Türkiyənin qaz kəşfində əsas zərər Rusiyaya dəyəcək

26/08/2020 [10:00] - İqtisadiyyat (1109)



Türkiyənin Qara dənizdə 320 milyard kubmetr ehtiyatlara malik qaz yatağı aşkarlaması faktı hələ də müzakirə olunmaqdadır. Dünya və Türkiyə mediası məhdud məlumatlar əsasında yatağın işlənməsi, hasilata başlanması müddətləri barədə çoxsaylı mütəxəssislərin rəylərini verirlər. Rəylər isə çox müxtəlifdir. Onların ortaq bir nöqtəsi budur ki, dünyada indiyədək hansısa yataqda ilk kəşfiyyat quyusunun açılması və oradan hasilata başlanmasının 2 il ərzində başa çatdırılması faktı olmayıb. Belə ki, ən müasir texnologiyalarla belə bir qaz yatağının işlənməsi və hasilata başlanması 7-8 il vaxt tələb edir. Bu halda Türkiyənin 2 ildə dənizin 2100 metr dərinliyində hələ ilk kəşfiyyat quyunun yarıya qədər qazıldığı bir yataqda hasilata başlamasının möcüzə olacağı təxmin edilir.

Mütəxəssislər hesab edirlər ki, açıqlanan yataqdakı çıxarılabilən ehtiyatlar 50 milyard kubmetr olsa belə, hasilat maliyyə baxımından əlverişli olarsa, bu, qaz təchizatında, demək olar ki, tamamən xaricdən asılı olan Türkiyə üçün çox mühüm əhəmiyyət kəsb edir.

Qaz bazarında baş verənlər həm də onu  göstərir ki, Türkiyənin heç də etibarlı tərəfdaş olmayan Rusiyadan qaz asılılığını azaltmaq üçün məqsədyönlü və kifayət qədər uğurlu siyasəti nəticəsini verməkdədir. Belə ki, “Qazprom”un Türkiyəyə qaz satışı 2019-cu ildən azalmağa başlayıb. Şirkətin açıqladığı məlumata görə, keçən il Türkiyəyə 2018-ci ilə nisbətən 35 faiz az - 15,51 milyard kubmetr qaz satılıb. Bu il isə daha yüksək həcmləri əhatə etməkdədir. Lakin ortada Türkiyəyə mane ola biləcək müqavilələr var. Həmin müqavilələrdə nəzərdə tutulan həcmləri almasa belə, Ankara onların 85 faizinin dəyərini ödəməlidir.

Qazprom" Türkiyəyə "Mavi axın"la qazın nəqlini müvəqətti dayandırır

Hazırda Rusiya ilə Türkiyə arasında “Mavi axın” xətti üzrə nəql olunan təbii qazın alqı-satqısına dair yeni müqaviləylə bağlı danışıqlar gedir. Müqavilənin müddəti 1 yanvar 2021-ci ildə bitir. Buna görə də danışıqlar bir neçə aydır başlayıb, lakin hələlik razılıq əldə olunmayıb. Rusiyadan Türkiyəyə qaz nəql edən ikinci kəmər - “Türk axını” üzrə müqavilənin müddəti isə 2025-ci ildə bitəcək. “Mavi axın”la bağlı razılaşma həm də digər kəmər üzrə müqavilənin şərtləri baxımından ciddi əhəmiyyət kəsb edir.

“Türk axını” ilə bağlı əsas müzakirələr alınacaq qazın qiyməti ətrafında gedir. Belə ki, hazırda Türkiyə bu xətlə aldığı qazın hər min kubmetrinə 250 dollar ödəyir. Rusiya yeni müqavilənin 10-15 illik bağlanmasını və qiymətin 180 dollar müəyyənləşməsini təklif edib. Lakin Türkiyə bununla razılaşmır, çünki boru xətti ilə tədarük edilən qazın qiyməti bütün dünyada çox aşağıdır. Türkiyə də müqaviləni indiki rəqəmlər əsasında bağlamaq niyyətindədir. Ankara həmçinin yeni kontraktda “Al, ya da pulunu ödə” prinsipinin nəql olunan qazın həcminin 85 faizinə deyil, 65 faizinə şamil olunmasına nail olmağa çalışır.

Türkiyə son 3 ildə 30 milyard kubmetrlik LNG-ni şəbəkəyə vurmaq imkanına sahiblənib. Hələlik bunun təxminən 3-də birindən istifadə edir. 2019-cu ildə Türkiyə sıxılmış maye qaz (LNG) idxalını 13 faiz artırıb və Əlcəzair, Qatar, Nigeriya ilə yanaşı, ABŞ-dan da LNG alıb: ümumilikdə 9,1 milyon ton. Dövlət şirkəti BOTAŞ-ın ötən ilin dekabr ayında 2020-ci ilin martına qədər 30 partiya LNG, noyabr ayında isə 2020-2023-cü illər üçün 70 partiya LNG idxalına dair tender keçirməsi göstərir ki, bu siyasət məqsədyönlüdür və Rusiyadan, eləcə də İrandan enerji asılılığını azaltma niyyəti açıq-aşkardır.

Bu ilin birinci yarısında Türkiyənin idxal etdiyi qazın 40 faizdən çoxunu LNG təşkil edib.

Açılan yataq, bundan sonra da açılması gözlənilən ehtiyatlar Türkiyənin Azərbaycandan qaz idxalına necə təsir göstərə bilər? Sual hazırda Azərbaycanda çox insanı düşündürür. Qeyd edək ki, TANAP-ın işə düşməsindən sonra Azərbaycan Türkiyəyə boru kəməri ilə qaz nəqlində birinci yerə çıxıb. Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsi (EPDK) tərəfindən verilən məlumata əsasən, Türkiyə bu ilin ilk yarısında miqdar ifadəsində ən çox təbii qazı - 5 milyard 444,099 milyon kubmetr - Azərbaycandan idxal edib. Beləliklə, Azərbaycandan alınan qazın miqdarı ötən illə müqayisədə 23,4 faiz artıb.

TÜRKİYƏ “QAZPROM”DAN İMTİNA EDİR? » Mediatv.az informasiya portalı

Digər tərəfdən, eyni dövrdə Rusiyadan idxal edilən qazın miqdarı 41,5 faiz azalaraq 4 milyard 678,066 milyon kubmetrə düşüb. Ötən ilin eyni dövründə Rusiyadan 7 milyard 993,086 milyon kubmetr qaz idxal edilib və Rusiya Türkiyəyə ən çox qaz idxal edən ölkə olub.Bu ilin birinci yarısında Türkiyənin İrandan aldığı təbii qazın miqdarı 46 faiz azalaraq 2,029 milyard kubmetr səviyyəsinə enib. Aprel, may və iyun aylarında Türkiyə İrandan təbii qaz almayıb. Ötən il Türkiyə Azərbaycandan 9,58 milyard kubmetrdən artıq qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz çoxdur.

Göründüyü kimi, Türkiyə qaz təchizatında Azərbaycanın payını artırmaq siyasəti yürüdür. Ölkələr arasındakı dostluq, qarşılıqlı münasibətlərin yüksək səviyyəsi bu payın artması fonunda Türkiyə üçün heç bir təhlükənin yaranmamasına imkan verir. Hətta mütəxəssislərin möcüzə hesab etdikləri baş verib, Türkiyə Qara dənizdəki yataqdan hasilata 2023-cü ildə başlasa belə, əldə olunacaq qazın ölkənin ehtiyaclarını tam qarşılamaq həcmdə olmayacağı aydındır. Digər tərəfdən, Azərbaycan qazını Avropaya çatdıracaq kəmərlərdən iki artıq istismardadır, 3-cüsü - TransAdriatik Boru Xətti(TAP) isə 97 faizdən yuxarı tamamlanıb. Bu dəhlizlə daşınacaq qazın alqı-satqısına dair uzunmüddətli sazişlər isə 2013-cü ildə imzalanıb. Həmin il sentyabrın 19-da Bakıda “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın Avropaya satışına dair Azərbaycan tərəfi ilə “Axpo Trading AG”, “Bulgargaz EAD”, “DEPA Public gas Corporation of Greece S.A.”, “Enel Trade SpA”, “E.ON Global Commodities SE”, “Gas natural Aprovisionamientos SDG SA”, “GDF Seuz S.A.”, “Hera Trading srl” və “Shell Energy Europe Limited” şirkətləri ilə imzalanan uzunmüddətli sazişlərə əsasən bu şirkətlər ildə 10 milyard kubmetr qazı hərəsinə təxminən 1 milyard kubmetr olmaqla Bolqarıstan və Yunanıstanı təchiz etmək niyyətində olan alıcılara, qalanını isə İtaliyanı və ona bitişik bazar mərkəzlərini təchiz etmək niyyətində olan alıcılara ötürəcəklər.

Avropanın da qaz idxalında Rusiya asılılığını azaltmaq istiqamətində qətiyyətli mövqe ortaya qoyması göstərir ki, hətta Türkiyə qaz alışını azaltsa belə,  Azərbaycan öz məhsulunu satmağa bazarı rahatlıqla tapa biləcək.

Ekspert: "SOCAR-ın əməliyyat effektivliyi əvvəlki səviyyədə qalıb"

İqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, Qara dənizdə açılan yataq Türkiyənin qaz bazarında oyun qaydalarını özünə sərf edən formada dəyişməsi üçün çox böyük imkanlar yarada bilər: “Türkiyə ən böyük təbii qaz istehlakçı və idxalçılarından biridir. Bu ölkə ən böyük qaz bazarlarından biri kimi qiymətləndirilir. Türkiyə öz mənbəyinə malik olduqdan sonra Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində nəzərdə tutulan qazı almaya bilərmi? Bilirsiniz, yatağın aşkarlanması hələ işin başlanğıcıdır. Ondan hasilatın başlanması böyük investisiyalar tələb edir. Türkiyə mütəxəssisləri təxminən 6 milyard dollar investisiyanın təlb olunduğunu deyirlər.Yataqdan ildə 14-15 milyard kubmetr qaz almağın mümkün olacağı bildirilir. Bu isə Türkiyənin qaz istehlakının üçdə birindən də azdır. Xarici alıcılar arasında seçim ediləcəksə, Türkiyənin Azərbaycanı seçəcəyi şübhə doğurmur. Digər tərəfdən, Cənub Qaz Dəhlizi daha çox Avropa bazarına hesablanmış layihədir. Onunla nəql olunan qazı çox hissəsi Avropaya çıxarılacaq. Bu baxımdan, hətta Türkiyə 100 qazı özü hasil etsə belə, bu layihəyə zərər vura bilməyəcək”.

Ekspert deyir ki, öz mənbələri olduğu zaman Türkiyə Avropaya qaz nəqlində üstün mövqelər əldə edə biləcək: “Xüsusilə Rusiyadan aldığı qazı Avropaya satmaq imkanı genişlənəcək. Yəni düşünürəm ki, Qara dənizdə aşkarlanan yataq daha çox Rusiyanın Avropanın, Türkiyənin qaz bazarındakı mövqelərinə zərər vuracaq”.


“Yeni Müsavat”
Sarkisyan: “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz”
“YAŞAT” Fondu: Daha bir qazinin yeni doğulan övladına hesab açılıb
"Mojaritar seçki sistemi ləğv etməliyik" - Qüdrət Həsənquliyev
Azərbaycan Avropa İttifaqından idxalı artırıb
BMT-də Azərbaycanın maraqlarına cavab verən bəyannamə qəbul olunub
Xəbər lenti
09/03/2021 [11:07]:
UEFA millimizin Qətərlə matçının yerini dəyişdirdi
09/03/2021 [10:16]:
Qadınlar pandemiyadan daha çox zərər görüb - ÜST-in Baş direktoru
09/03/2021 [09:29]:
Tanınmış türk aktyor Rasim Öztekin vəfat edib
08/03/2021 [23:33]:
Azərbaycanda ləğv olunan 4 bank üzrə kompensasiya ödənişlərinin 93%-i təmin olunub
08/03/2021 [21:56]:
Sarkisyan: “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz”
08/03/2021 [20:22]:
“YAŞAT” Fondu: Daha bir qazinin yeni doğulan övladına hesab açılıb
08/03/2021 [19:30]:
"Mojaritar seçki sistemi ləğv etməliyik" - Qüdrət Həsənquliyev
08/03/2021 [18:14]:
Azərbaycanda son sutkada 195 nəfər COVID-19-a yoluxub - 6 nəfər vəfat edib
08/03/2021 [16:32]:
Azərbaycan Avropa İttifaqından idxalı artırıb
08/03/2021 [15:06]:
BMT-də Azərbaycanın maraqlarına cavab verən bəyannamə qəbul olunub
08/03/2021 [13:33]:
2030-cu ildə Azərbaycanın dəmir yolu necə olacaq?
08/03/2021 [12:54]:
Azərbaycanla bağlı səhnələrin yer aldığı “Fast and Furious 9” filminin premyerası keçiriləcək
08/03/2021 [11:12]:
Cüdoçularımız 2 medal qazandı
08/03/2021 [09:47]:
Suriyada terror hadisəsi nəticəsində 18 nəfər ölüb - 3 nəfər yaralanıb
07/03/2021 [23:28]:
Səmərqənddə Türkiyənin baş konsulluğu açıldı
07/03/2021 [22:34]:
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
07/03/2021 [21:43]:
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - rəsmi
07/03/2021 [20:58]:
Bakı yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
07/03/2021 [20:09]:
Vilayət Eyvazov rəisi işdən çıxartdı
07/03/2021 [19:41]:
ABŞ-da COVİD-19-dan ölənlərin sayı 525 min nəfərə çatır
07/03/2021 [18:26]:
DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı
07/03/2021 [17:33]:
İsraildə yumşalmanın üçüncü mərhələsi başlayır
07/03/2021 [16:18]:
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanları başa çatıb
07/03/2021 [15:41]:
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
07/03/2021 [14:57]:
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Mübariz Mənsimov azadlığa buraxılıb
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
BƏƏ qadınları uğurlu iş qadınlarıdır
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
YAP İdarə Heyətinin yeni üzvləri - siyahı
"Qurdlar Vadisi"nin rejissoru Azərbaycanın Qurtuluş savaşında iştirakına dair film çəkəcək
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 36 %-dək azalıb
Azərbaycan kubokunda finalın vaxtı dəyişib
Keçmiş həmsədr: “Üçtərəfli bəyanat uzunmüddətli sülh üçün əsas olmalıdır”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin