Lənkəran şəhərində fəaliyyət göstərən “Hüquqi Yardım” ictimai birliyi 01 iyul 2020-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı və maliyyə yardımı ilə Lənkəran və ətraf 6 rayonda “Biz Sizinləyik!” adlı layihənin icrasını həyata keçirir.
Layihə insan alverinin qurbanlarını və ya potensial qurbanlarını (risk qrupuna daxil olan kontingent) ictimaiyyətin yaxından köməkliyi ilə aşkar edilməsinə, onlara hüquqi və psixoloji yardımların göstərilməsinə, onların sosial və mənəvi reabilitasiyasına, habelə bu problemlərin həllinə ictimaiyyətin diqqətinin cəlb edilməsindən ibarətdir.
Layihənin icra müddəti 4 ay təşkil edir. Layihənin icrası zamanı cənub bölgəsinin bölgələrində insan alveri qurbanları, habelə risk qrupuna daxil olan insanlarla pandemiya dövrünün tələblərinə uyğun surətdə görüşüb, onlara hüquqi, psixoloji və sosial reabilitasiya xidmətləri təşkil edilməkdə davam etdirilir. Hal-hazırda daha çox ikiüç rayonda işlər təşkil olunub. Lənkəran, Astara və Lerik. Karantin qaydaları yumşaldılınca daha üç rayon tərəfimizdən tam əhatə olunacaqdır.
Layihənin icrasına başlanıldığı 1,5 ay ərzində artıq 3 rayon ərazisində 38 nəfər şəxsə hüquqi yardım göstərilmiş, onlar üçün ərizə, şikayət, iddia ərizəsi, müraciətlər yazılmışdır. Həmçinin 19 nəfərə psixoloji yardım xidməti həyata keçirilmişdir. İnsanların sıx yerləşdiyi ərazilərdə (çayxanalar, meydanlarda) onlara insan alveri barədə layihə üzrə nəşr edilən bukletlərin paylanılması həyata keçirilmişdir.
Həmçinin bu müddətdə müraciət edən şəxslərə erkən nikahlar, ailə-nikah məsələləri, ailədaxili zorakılıq halları, nikah pozularkən tərəflər arasında əmlak bölgüsü, az yaşlı uşaqların konkret valideynin himayəsində saxlanılması, aliment məsələri ilə bağlı yerində əməli köməklik göstərilmişdir. Layihənin icrası davam edir.
Bizimlə (025) 2550273 saylı stasionar, 050-314-60-42 saylı mobil telefonlar, habelə huquq2003@gmail.com elektron poçtu ilə əlaqə saxlamaq olar.
“Hüquqi Yardım” ictimai birliyi
Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)