"Atletiko" yeni futbolçu transfer edib.
Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi Xorvatiya klubu "Lokomotiva"nın qapıçısı İvo Qrbiçi heyətinə qatıb.
24 yaşlı qolkiper ispanlarla 4 illik müqavilə imzalayıb. "Atletiko"ya 7 milyon avroya başa gələn Qrbiç komandadan ayrılan Antonio Adanın yerini tutacaq və ikinci qapıçı olacaq.
Qeyd edək ki, İvo Qrbiç geridə qalan mövsüm 35 oyunun 10-da qapısını toxunulmaz saxlayıb, qapısında ümumilikdə 35 qol görüb.