Yeni kənd təsərrüfatı layihəsi daha bir bölgəni əhatə edəcək

20/08/2020 [15:23] - Cəmiyyət (316)



Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə icra etdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” Layihəsinin əhatə dairəsinə Lənkəran-Astara regionu da əlavə edilib. 

İstiqlal.az xəbər verir ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihə ilkin olaraq, Gəncə-Qazax və Quba-Xaçmaz regionlarını əhatə etməyi nəzərdə tuturdu. 2019-cu ilin noyabrında başlamış layihədə başlanğıcda 2 pilot regionda aqrar məsləhət xidmətlərinin regional əsaslı inkişaf etdirilməsi planlaşdırılmışdı. Lakin tərəflər arasında razılaşmalardan sonra Lənkəran-Astara regionu da yerli xüsusiyyətlərinə və kənd təsərrüfatı məhsulları istehsalı potensialına görə fokus region kimi layihəyə daxil edilib.

2 illik layihə pilot rayonlarda fermerlərə aqrar məsləhət xidmətlərinin göstərilməsi üzrə sub-layihələr reallaşdıracaq. Layihə çərçivəsində bu regionlarda fermerlərin ehtiyac duyduqları aqrar xidmətlər, həmin xidmətləri əldə etmək üçün münasib üsullar öyrəniləcək, dövlət-özəl tərəfdaşlığı imkanları tətbiq edilərək, Avropa ölkələrinin uyğun modelləri sınaqdan keçiriləcək.

Qeyd edək ki, bu ilin fevral ayından başlayan layihə çərçivəsində Gəncə-Qazax və Quba-Xaçmaz regionlarında fermer və aqrar məsləhətçilər arasında sorğular başa çatıb. Sorğuların nəticələri yaxın vaxtlarda yekunlaşdırılıb, ictimaiyyətə təqdim ediləcək. Eyni zamanda, Lənkəran-Astara bölgəsində analoji sorğuların keçirilməsinə başlanılıb. Sorğularda hər bölgədən 200-dən artıq fermer, 50-dək aqrar məsləhətçi, o cümlədən, gübrə, toxum və pestisid təchizatçısı iştirak edib.

“Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” Layihəsinin həyata keçirilməsində əsas məqsəd müvafiq aqrar xidmət strategiyası yaradaraq, aqrar xidmətlər sistemini gücləndirmək, kənd təsərrüfatının məhsuldarlığını artırmaq və kənd yerlərinin dayanıqlı inkişafına nail olmaqdır.
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb
Liviyalı diplomat: "Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur"
Xəbər lenti
07/03/2021 [23:28]:
Səmərqənddə Türkiyənin baş konsulluğu açıldı
07/03/2021 [22:34]:
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
07/03/2021 [21:43]:
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - rəsmi
07/03/2021 [20:58]:
Bakı yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
07/03/2021 [20:09]:
Vilayət Eyvazov rəisi işdən çıxartdı
07/03/2021 [19:41]:
ABŞ-da COVİD-19-dan ölənlərin sayı 525 min nəfərə çatır
07/03/2021 [18:26]:
DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı
07/03/2021 [17:33]:
İsraildə yumşalmanın üçüncü mərhələsi başlayır
07/03/2021 [16:18]:
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanları başa çatıb
07/03/2021 [15:41]:
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
07/03/2021 [14:57]:
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
07/03/2021 [14:03]:
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
07/03/2021 [13:12]:
Rəssam qazi gözündən əməliyyat olunacaq
07/03/2021 [12:28]:
Tvitterin qurucusu ilk tvitini hərraca çıxardı
07/03/2021 [11:37]:
“Diriliş Ərtuğrul”un ssenaristi: "Azərbaycan türk dünyasının sənət mərkəzidir"
07/03/2021 [10:55]:
Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
07/03/2021 [10:46]:
“Qalatasaray” yenidən İtaliya millisinin sabiq hücumçusunu istəyir
07/03/2021 [10:09]:
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb
07/03/2021 [09:44]:
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə zirvə görüşü keçiriləcək
07/03/2021 [08:33]:
Bu gün 3254 şagird üçün buraxılış imtahanı keçirilir
06/03/2021 [23:28]:
ÜST: Bir gündə 353 mindən çox şəxsdə COVID-19 aşkarlanıb
06/03/2021 [22:37]:
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
06/03/2021 [21:42]:
Ermənistan müxalifəti yenidən ölkə prezidenti ilə görüşəcək
06/03/2021 [20:01]:
Əcnəbi diplomatlar işğaldan azad olunmuş torpaqlara növbəti dəfə səfər ediblər
06/03/2021 [19:16]:
Hava şəraitinə görə gəmilərin hərəkət təhlükəsizliyi gücləndirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Matviyenko: “Qarabağa dair sazişə zidd hər hansı hərəkət böyük faciəyə gətirib çıxara bilər”
Həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan çox ödəniş edilib - "Azərsığorta"
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
Paşinyan ermənilərdən xalqından üzr istədi
Dövlət xətti ilə ipoteka kreditləri 2 dəfədən çox artıb
Mübariz Mənsimov azadlığa buraxılıb
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
BƏƏ qadınları uğurlu iş qadınlarıdır
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin