İslahatçı Qad;nlar və İnnovasiyalar İctimai Birliyi Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi və Azərbaycan Respublikasının Prezidentı yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İctimai xidmətlər göstərən dövlət şirkətlərinin fəaliyyətində şəffafhq və hesabatlılığın təşkili”. ” layihəsinin icrasına başlayıb.
İctimai Birlikdən verilən məlumata görə, layihənin məqsədi pandemiya dövründə ictimai xidmətlər göstərən dövlət şirkətlərində şəffaflıq və hesabatlılığın, ictimai nəzarət imkanlarının, həmçinin korruspiyaya qarşı mübarizə tədbilərində ictimai iştirakçılığın artırılmasına yardım göstərilməsidir:
“ Bu gün ölkəmizin bir sıra sahələrində işlahatlar gedir. Bu layihə çərçivəsində şəffaflığın təmin olunması, əhaliyə xidmətlər göstərən dövlət şirkətlərinin fəaliyyətində cəmiyyətə informasiya açıqlılığı, nəzərdə tutulan qurumların hesabatlılığı, vətəndaş müraciətlərinə baxılması və problemlərin həllinə göstərilən həssaslıq, cəmiyyət qarşısında maliyyə hesabatlılığının ictimaiyyətə açıqlığının araşdırılaraq, qiymətləndiriləcəkdirüçün, ictimai nəzarətin gücləndirilməsi həyata keçiriləcəkdir.”
Xatırladaq ki, 15 iyul-15-noyabr tarixləri 2020-ci ili əhatə edən layihə çərçivəsində Azəriqaz İstehsalat Birliyi, Azərbaycan Dəmir Yolları QSC və Azərsu ASC-də şəffaflıq və hesabatlılıq səviyyəsinin qiymətləndirilməsi nəzərdə tutulub.