Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər

14/08/2020 [15:14] - Cəmiyyət (246)



1991-ci ildə  müstəqillik əldə edən Ermənistan hərbi vəziyyətini yaxşılaşdırmaq üçün Rusiya ilə əməkdaşlıq edib. Bunun davamı olaraq 1992-ci il 15 may tarixində Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Ermənistan Rusiyadan əlavə KTMT-yə üzv olan bəzi MDB ölkələri ilə hərbi-siyasi əməkdaşlıq saxlamağa çalışsa da bu əməkdaşlıqların heç biri Rusiya ilə olan əməkdaşlıq qədər uğurlu olmayıb.

Ermənistan Azərbaycanla sərhəddə hərbi təxribatlar hazırlayarkən indiyə qədər bir çox ölkələrdən hərbi dəstək alıb. Bu ölkələrdən biri Serbiyadır. Məlum olub ki, Serbiya Ermənistana çox sayda silah sursat, minaatan, həmçinin müxtəlif kalibrli döyüş sursatı göndərib. Bu hadisə Azərbaycan xalqı arasında böyük təəssüf hissi yaratmışdır. Azərbaycan çətin zamanlarında Serbiyaya dəstəyini heç bir zaman əsirgəməyib. Bu yaxınlarda Bakı Belqrada koronavirusla mübarizə üçün humanitar yardım göndərib. Həmçinin Serbiyaya dəstək olaraq Azərbaycan Kosovonun müstəqilliyini tanımır və Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan hökuməti Serbiyanın Ermənistana dəstək olaraq,  Azərbaycana qarşı qeyri-dost hərəkət etdiyinə görə Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Ermənistana böyük miqdarda silah-sursat verməsi ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb. Serbiya hökuməti bildirib ki, Azərbaycanın dəstəyi Serbiya üçün çox vacibdir və bu məsələni ölkələr arasında olan münasibətə heç bir zərər gətirmədən həll etmək lazımdır.7 avqust tarixində Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Serbiyadan Ermənistana olunan köməyə görə təəssüf hissi keçirdiyini bildirib və məsələnin həll olunması üçün Azərbaycana geniş nümayəndə heyəti göndərib. Nümayəndə heyəti Serbiyanın baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Azərbaycanı ziyarət edərək, bundan sonrakı əlaqələrin daha da güclənəciyinə ümid etdiklərini, və bir də bu cür hadisələrin təkrarlanmayacığını bildirib.

Ermənistanın silah- sursat aldığı digər ölkələrdən biri artıq çoxunun bildiyi kimi Rusiyadır. Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində 12 iyul tarixində baş vermiş gərginlikdən bir neçə gün sonra 17 iyuldan 4 avqust tarixinə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Gürcüstan bu silahların özünün hava istiqamətindən daşınmasına icazə vermədiyi üçün silahlar digər 3 xarici ölkə üzərindən daşınıb. Bu ölkələrdən olan Qazaxıstan və Türkmənistan Azərbaycan ilə yaxın siyasi əlaqələr və dostluq əlaqələri saxlamasına baxmayaraq silahların öz hava istiqamətlərindən daşınmasına icazə veriblər. Maraqlısı isə odur ki, Rusiya ilə Ermənistan arasında silah satışı ilə bağlı heç bir müqaviləyə rast gəlinməsə də, Rusiya Ermənistana silahları dünya bazarı yox , daxili bazar qiymətləri ilə, yəni olduqca ucuz qiymətə satmağa davam edir. Avqustun 12-də bu məsələ ilə bağlı Prezident İlham Əliyev Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə telefonla əlaqə saxlayaraq, Ermənistanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozmasını və vurduqları ziyanı bildirib. İlham Əliyev zəngdə Rusiyadan Ermənistana daşınan silahlar  nəticəsində Azərbaycan xalqında yaranan narahatlıq və sualları qeyd edib, və hərbi toqquşmalardan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan, və İran İslam Respublikasının hava yollarından istifadə edərək Ermənistana 400 tondan artıq hərbi yüklərin daşınması ilə bağlı məsələləri aydınlaşdırmağa çağırıb.

Qeyd etdiyim kimi, Ermənistan hərbi dəstək almaq üçün müxtəlif ölkələrə müraciət edir. Bu isə Ermənistanın hərbi cəhətdən  Azərbaycandan geri qalmasını və zəif ölkə olmasını sübut edir.


İslam Məmmədov
Nəsimi RİH könüllüsü

DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
18/09/2020 [23:58]:
Baş Nazir: sərt karantin rejimi tətbiq edilməyəcək
18/09/2020 [21:51]:
Xurma min bir dərdin dərmanıdır
18/09/2020 [20:25]:
Avropa Liqasında 42 oyun keçirilib
18/09/2020 [18:48]:
Koronavirusa effektiv qalib gəlmək üsulu aşkarlanıb
18/09/2020 [17:41]:
Dünya Bankı qlobal iqtisadiyyatın 5 ilə bərpa olunacağını proqnozlaşdırır
18/09/2020 [17:28]:
Prezident Şahin Mustafayevə yeni vəzifə verib
18/09/2020 [16:37]:
Yeni peyvəndin sınaqlarında kimlər iştirak edə bilər?
18/09/2020 [16:23]:
Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
18/09/2020 [16:00]:
Eldar Həsənovun apelyasiya şikayətinə baxılıb
18/09/2020 [15:45]:
İcra başçısı sakinlərlə görüşüb
18/09/2020 [15:42]:
Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib
18/09/2020 [15:41]:
Daha 117 nəfər COVID-19-a yoluxub
18/09/2020 [15:25]:
Mer özünü və administrasiyasını ödənişsiz məzuniyyətə buraxır
18/09/2020 [15:15]:
İlham Əliyev Nepal Prezidentini təbrik edib
18/09/2020 [14:30]:
"Sabah" klubu türkiyəli futbolçu ilə müqaviləni uzadıb
18/09/2020 [13:28]:
Məscid və məktəblər bağlandı
18/09/2020 [12:55]:
Turizm sənayesi nümayəndələrinə ATB-nin yeni layihələri təqdim olunub
18/09/2020 [12:36]:
Dünya iqtisadiyyatına dəyən ziyan 7 trln dollara çatacaq
18/09/2020 [12:12]:
Yarım milyon insanın təxliyəsinə hazırlıq görülür
18/09/2020 [11:45]:
"OPEC+" çərçivəsində razılaşdırılmış gündəlik səviyyədən daha çox neft hasil edilib
18/09/2020 [11:23]:
Misirə gələnlər üçün qaydalar dəyişdirildi
18/09/2020 [10:40]:
Ceyhun Bayramovun Baş katibə ünvanlandığı məktub BMT sənədi kimi yayılıb
18/09/2020 [10:22]:
Şəkərdən imtina xərçəngin müalicəsinə kömək edirmi?
18/09/2020 [10:01]:
DTX daha bir əməliyyat keçirdi: “Ceyşullah”ın tərkibində vuruşmuş şəxs həbs edildİ
18/09/2020 [10:00]:
Deputatlar narkoloji yoxlamadan keçiriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Mağara” abidəsinin ətrafında olan qanunsuz hasarlar sökülüb
“YARAT”ın virtual sərgisi davam edir
İranın xarici ticarət dövriyyəsi kəskin azalıb
Şirvanşahlar Sarayı Kompleksinin 3D virtual görüntüsü yaradılacaq
"Mercedes"lərin satışı qadağan oluna bilər
Azərbaycana İsveçrədən 1,3 mln. dollarlıq qol saatları idxal edilib
Azərbaycan Mərkəzi Bankı monitorinq sistemi alır
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin