Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi

11/08/2020 [13:19] - Gündəm (2516)



Keçmiş deputat, hazırda isə Ukraynada səfir olan Elmira Axundova və oğlu Həbib Axundovun adı yenə məhkəmə çəkişməsində keçir. Avqustun 5-də Bakı Apelyasiya Məhkəməsində onlarla bağlı daha bir məhkəmə qərarı çıxarılıb. Prosesdə jurnalistlərin iştirakına şərait yaradılmayıb, hakim İlham Kərimli zalda olan jurnalistlərdən zalı tərk etmələrini tələb edib. 

Bu cür addımların söz azadlığına qarşı olan səfirin işində baş verməsi təsadüfi deyil. Elmira Axundova oğlunun və özünün adı qarışan dələduzluq işləri üzrə keçiriıən məhkəmə proseslərinin də jurnalistlərin iştirakı olmadan keçirilməsinə səylər göstərib. 

2019-cu ildə Elmira Axundova həm özü, həm də oğlu barədə mediadakı yazı və müsahibələrə görə 5 nəfəri məhkəməyə verib, onların hərəsini 10 min manat cərimələtdirmişdi. İddiaçı qismində Həbib Axundovun adı keçsə də, Elmira Axundova “müstəqil tələb irəli sürən üçüncü şəxs” qismində prosesə qoşulmuşdu. Cərimələnənlərdən biri də 82 yaşlı jurnalist Firuz Həşimov idi. Ona şikayət imkanı gec yaradıldığına görə Bakı Apelyasiya Məhkəməsi şikayətinə indi baxıb.
“elmiraaxundovalar, ramizmehdiyevlər yox, mən mübarizə aparmışam”

Prosesdə Elmira Axundovanın, oğlu Həbib Axundovun vəkili olan Afət Qazıyeva Firuz Haşımovdan yazdıqlarını təkzib etməsini tələb edib. Firuz Haşımov isə səfifirin vəkilinin tələbini rədd edib. 

“Təkzib sözü mənim üçün ən dəhşətli təhqirdir. Mən yazdıqlarımın bir kəlməsini belə təkzib etmirəm. O üç rəngli bayrağın dalğalanması üçün elmiraaxundovalar, ramizmehdiyevlər yox, mən mübarizə aparmışam” –deyə Firuz Haşımov deyib.

“Elmira Axundova məni yazdıqlarıma görə,
 qanunsuz olaraq 2 min manat cərimə etdirdi”

Hakim onun fikirilərinə müdaxilə edib:

-Yaxşı, yaxşı burada Ramiz Mehdiyevin işinə baxılmır.
Firuz  Haşımov: 

-Elmira Axundova min ildə qalsa, mən yazdıqlarımı təkzib etmərəm. Mən çörəyə pul tapmayan adam, harınlara 10 min pul verməliyəm? Elmira Axundova məni yazdıqlarıma görə, qanunsuz olaraq 2 min manat cərimə etdirdi. O, iyirmi ay mənim qocalıq təqaüdümü kəsdirib. İyirmi ay mənin 193 manat qocalıq təqaüdümün 100 manatını alıblar. 

Elmira Axundova Firuz Haşımovu 
bu yaşında məhkəməyə verib

Firuz Haşımovun vəkili Sahib Məmmədov bildirib ki, müvəkkilin yazdıqlarında böhtan və təhqir yoxdur:

“Prezident İlham Əliyev çıxışlarında məmurların, onların övladlarının harın həyat tərzi yaşadıqlarını dəfələrlə deyib. Firuz Haşımov da “Məmləkətin indiki halında harınlıq milli xəyanətə bərabərdir” adlı məqaləsində bu fikirlərə istinad edib. Burda təhqir və böhtan yoxdur, ona görə də şikayətimizi müdafiə edirik” deyə bildirib.

 Firuz Haşımovun digər vəkili Elçin Sadıqov deyib ki, Binəqədi rayon məhkəməsi ümumiyyətlə müvəkkilini hansı məqalələri yazdığını müəyyən etməyib. Məhkəmə “Gündəlik Bakı” qəzetində dərc olunan bütün məqalələri Firuz Haşımovun adına çıxıb. Halbuki Firuz Haşımov tərəfindən bu mövzuda “Deputatın oğlu onlarla insanı piramidaya salıb” sərlöhvəli yazı yazıb. Həmin yazı o vaxt iş üzrə zərərçəkənlərin mətbuat konfransında söylədiklərinə əsaslanır. O vaxt məhkəmənin verdiyi qərar da yox idi. Jurnalist istəsəydi belə bilə bilməzdi ki, mətbuat konfransında söylənilən fikirlər yalnışdır və ya doğrudur. Həmin məqalədə də Elmira Axundovanın fikirlərinin dərc oluna biləcəyi də qeyd olunur. Bunun əvəzində Elmira Axundova Firuz Haşımovu bu yaşında məhkəməyə verib. Firuz Haşımov nə yazıb ki? Yazır ki, məmləkətin indiki halında harınlıq  milli xəyanətə bərabərdir. Bu fikirdə təhqir və böhtan haradadır? 

Ötən məhkəmə prossesində foto, video materialları, Həbib Axundovun, anası Elmira Axundovanın adları keçən dələduzluq işi ilə bağlı cinayət işinin materiallarını da məhkəməyə təqdim etdik və işə əlavə olundu. Bu adamın “Porşe”, “Porşe Panamera”, “Land Rover”, “Cip Vrangler”, yaxta, su motoskleti var. Bu adamlar bu qədər maşını, yaxtanı, sərvəti necə alıblar? Məmur övladının belə həyat yaşaması açıq aşkar harınlıqdır. Məmləkətin indiki durumunda, harınlıq milli xəyanətə bərabərdir. Bu qiymət verici mülahizədir. Yəni faktlar var, adam bir birindən bahalı maşınlar sürür, heç yerdə işləmir, anası da deputatdır, səfirdir. Həmin faktlara münasibətdə jurnalistin qiymətverici mülahizəsidir. Ali məhkəmənin 11 fevral 2014-cü il tarixli xüsusi ittiham qaydasında işlərə baxılması haqda qərarına görə qiymətverici mülahizənin doğruluğunu sübut etməyə ehtiyac yoxdur. Qiymətverici mülahizənin söylənilməsi üçün faktual baza var. Bütün maşınlarının nömrəsi 111-lədir. Maşınlarının qiyməti 100 min manatdan artıqdır. Bu jurnalistin özünün ideyası deyil. Digər məqalələrdə ümumiyətlə Firuz Haşımovun adı yoxdur. Eyni zamanda Elmira Axundovanın oğlu sübut etməyib ki, ona hansı zərər deyib. Məhz bu zərər bu məqalə ilə əlaqəlidir”. 

Prosesdə Firuz Haşımov hakimin sualına cavab olaraq bildirib ki iş üzrə  3 məhkəmə prossesi olub, heç birində onu fikirlərini söyləməyə imkan verməyiblər. 

Vəkili “Həbib Axundovun şərəf və ləyaqəti var” deyir

Həbib Axundovun vəkili Afət Qazıyeva deyib ki, hər kəsin toxunulmazlıq hüququ var:
“Həbib Axundovu harın kimi göstərirlər və o məlumatların yalnış olmadığını göstərə bilmirlər. Həbib Axundovu dələduz kimi göstərirlər. Həbib Axundovun şərəf və ləyaqəti var”.
Səfir vətəndaşların prezidentə məktub yazmasını məhkəmə qaydasında qadağan etdirmək istəyib! 
Elmira Axundova və oğlu iddia edir ki, prezidentə və başqa dövlət orqanlarına göndərilən şikayət məktublarında onlar haqda yazılanlar həqiqətə uyğun deyil. Ona görə həmin qurumlara təkzib məktubu göndərilməlidir. Cavabdehlərdən bəzilərində Elmira Axundova və oğlunun səs yazıları var. Həmin danışıqlarda keçmiş deputat Müdafiə Nazirliyilə işbirliyindən danışır. Elmira Axundova istəyirdi ki, məhkəmə qarşı tərəfin üzərinə onlarda olan səs yazılarının, fotoşəkillərin ləğvi və istifadəsinin qadağan edilməsi barədə vəzifə qoysun. Amma buna nail olmayıb. 

Bakı Apelyasiya Məhkəməsi Firuz Haşımovun şikayətini qismən təmin edib. Onun üzərinə təkzib verməsi öhdəliyi qoyub, Elmira Axundovaya 10 min manat ödənilməsi hissəsini isə ləğv edib. Firuz Həşimov Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini, əgər oradakı qərar da qane etməsə, bu işi Avropa Məhkəməsinə aparacağını vurğulayıb. Səfir və oğlunun adı bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan dələduzluq işində də hallanırdı. O işdə təqsirləndirilən Həbib Axundovun dostu Elnur İbrahimov idi. Amma zərərçəkmişlər deyirdilər ki, onlardan pulu Həbib Axundov alıb.
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
15/01/2021 [13:26]:
Azərbaycanda palçıq vulkanı püskürüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
Hərbi vəzifəli əsgər intihar edib
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin