Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar

09/08/2020 [12:18] - Cəmiyyət (1027)



Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Milli Referens Laboratoriyasının Bioloji müayinələr bölməsinin parazitoloqu Rəna Əkbərova "Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar" mövzusunda məqalə hazırlayıb.

AQTA-dan verilən məlumata görə, məqalədə deyilir:

"Balıq və balıq məhsulları yüksək qida dəyərliliyinə görə digər ət növlərindən fərqlənir. Balıq ətinin tərkibində zülallar, yüngül həzm olunan yağlar, B qrup vitaminləri, az miqdarda C vitamini və faydalı bir çox mineral maddələr (fosfor, kalsium, kalium, dəmir, yod, sink və s.) mövcuddur. Balıq yağı A və D vitaminləri, Omeqa-3 və Omeqa-6 ilə olduqca zəngindir. Xüsusilə də orqanizmin A vitamini ilə təmin olunmasında təbii mənbədir. Qeyd edək ki, okean balıqlarından əldə edilmiş yağlar daha yüksək bioloji dəyərə malikdir. Balıq kürüsü də faydalı qida məhsulu hesab olunur. Tərkibindəki vitamin və mineralların immun sistemin güclənməsində rolu böyükdür.

Belə bir fikir var ki, qış mövsümündə balıqla qidalanmaq daha faydalıdır. Əslində mütəxəssislərin fikrincə, balığın hansı mövsümdə istehlakının fərqi yoxdur. Əsas odur ki, saxlanma şəraitinə düzgün əməl edilsin. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı bütün mövsümlərdə həftədə 3 dəfə balıq yeyilməsini tövsiyə edir.

Balıq alarkən diqqətli olmaq lazımdır. Sanitariya-gigiyenik tələblərə cavab verməyən şəraitdə balıq və balıq məhsullarının satışı insan orqanizmi üçün ciddi fəsadlar yarada bilər. Növündən asılı olmayaraq balıq, həmçinin balıq konservləri alarkən saxlanma şəraitinə və temperaturuna diqqət yetirilməlidir. Konservləşdirilmiş məhsulun metal qabında əzik, batıq, pas, həmçinin alt və ya üst qapaqda şişmə (bombaj) müşahidə olunursa, istehlakı tövsiyə edilmir. Qablaşdırılmış balıq məhsulu alarkən onların istehsal və son istifadə tarixini, eyni zamanda etiketin üzərində istehsalçının adı və ünvanı, əmtəə nişanı, qida dəyəri, saxlanma müddəti və s. məlumatları diqqətlə nəzərdən keçirmək lazımdır.

Saxlanma temperaturuna və gigiyenik tələblərə riayət edilmədikdə balıq və balıq məhsulları yoluxucu mikroorqanizmlərin və zəhərlənmələrin mənbəyi ola bilər. Həmçinin balıq bir çox parazit törədicilərinin daşıyıcısıdır. Çiy və ya kifayət qədər emal edilməmiş balıq və balıq məhsullarını istifadə etdikdə orqanizm parazit qurdların sürfələri ilə yoluxur. Qeyd edək ki, balıq ətində müxtəlif xəstəliklərə səbəb ola biləcək 20 parazit növü (yastı, lentvari və yumru qurdlar) vardır. Bu parazitlər həm insan üçün təhlükəlidir, həm də balığın fiziki-kimyəvi xassələrini dəyişir. Bunların arasında yastı qurdlar orqanizm üçün daha ciddi təhlükə mənbəyi sayılır. Yastı qurdlar qaraciyər və öd yollarında parazitlik edir. Lentvari qurdlar isə bağırsaqda inkişaf edir. Ürəkbulanması, başgicəllənməsi, zəiflik və qanazlığı kimi hallara səbəb olur.

Balığın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün emalı zamanı müəyyən texnoloji qaydalara ciddi əməl olunmalıdır. Belə ki, balıqdan yemək hazırlayarkən dad və faydalı keyfiyyətlərini qorumaq üçün düzgün bişirilməsi şərtdir. Balıq 20 dəqiqə qaynadılmalı və ya qızardılmalıdır. Unutmayın ki, çiy və ya kifayət qədər bişməmiş balıq əti ilə parazitlərin səbəb ola biləcəyi bir çox xəstəliklər yaranır. Parazitlər aşağı temperaturda da yaşama qabiliyyətinə malik olduğundan dondurulmuş balıqdan belə yoluxma baş verə bilər. Parazitlərlə yoluxmuş balığı yalnız qaynatdıqdan sonra və ya müvafiq baytarlıq-sanitariya ekspertizasının rəyi olduğu təqdirdə pişik, it və ya zooparkdakı vəhşi heyvanlara qida məhsulu kimi vermək olar. Duza qoyularkən də texniki tələblərə əməl olunması vacibdir.

Xüsusilə qeyd etmək lazımdır ki, balıq təmizləndikdən sonra istifadə olunan alətlər (taxta, bıçaq və s.) və əllər sabunlu su ilə təmiz yuyulmalıdır. Balıq və digər ərzaq məhsullarında istifadə olunan taxta və alətlər müxtəlif olmalıdır.

Parazitar xəstəliklər balıq əmtəə təsərrüfatına ciddi zərər vurur. Belə ki, xəstəlik törədicilərinə yoluxan balıqlar inkişafdan qalır, ətinin keyfiyyəti aşağı düşür, həmçinin bəzi hallarda kütləvi qırılır. Bu baxımdan Azərbaycanın müxtəlif bölgələrində yaradılmış balıqçılıq təsərrüfatlarında parazitoloji vəziyyəti müəyyən etmək, xəstəliklərin törənmə səbəblərini bilmək və vaxtında səmərəli mübarizə tədbirlərini həyata keçirmək olduqca vacibdir. Əhalinin keyfiyyətli və təhlükəsiz balıq və balıq məhsulları ilə təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun tabeliyində fəaliyyət göstərən müvafiq laboratoriyada bütün balıq növlərinə məxsus təhlükəsizlik göstəricilərinin təyini üzrə aparılan müayinələri də xüsusi qeyd etmək olar. Belə ki, laborator sınaq müayinələri nəticəsində məhsulun istifadəyə tam uyğunluğu və qida məhsullarının təhlükəsizliyi baxımından yararlılığını müəyyən etmək mümkündür".
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
18/09/2020 [23:58]:
Baş Nazir: sərt karantin rejimi tətbiq edilməyəcək
18/09/2020 [21:51]:
Xurma min bir dərdin dərmanıdır
18/09/2020 [20:25]:
Avropa Liqasında 42 oyun keçirilib
18/09/2020 [18:48]:
Koronavirusa effektiv qalib gəlmək üsulu aşkarlanıb
18/09/2020 [17:41]:
Dünya Bankı qlobal iqtisadiyyatın 5 ilə bərpa olunacağını proqnozlaşdırır
18/09/2020 [17:28]:
Prezident Şahin Mustafayevə yeni vəzifə verib
18/09/2020 [16:37]:
Yeni peyvəndin sınaqlarında kimlər iştirak edə bilər?
18/09/2020 [16:23]:
Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
18/09/2020 [16:00]:
Eldar Həsənovun apelyasiya şikayətinə baxılıb
18/09/2020 [15:45]:
İcra başçısı sakinlərlə görüşüb
18/09/2020 [15:42]:
Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib
18/09/2020 [15:41]:
Daha 117 nəfər COVID-19-a yoluxub
18/09/2020 [15:25]:
Mer özünü və administrasiyasını ödənişsiz məzuniyyətə buraxır
18/09/2020 [15:15]:
İlham Əliyev Nepal Prezidentini təbrik edib
18/09/2020 [14:30]:
"Sabah" klubu türkiyəli futbolçu ilə müqaviləni uzadıb
18/09/2020 [13:28]:
Məscid və məktəblər bağlandı
18/09/2020 [12:55]:
Turizm sənayesi nümayəndələrinə ATB-nin yeni layihələri təqdim olunub
18/09/2020 [12:36]:
Dünya iqtisadiyyatına dəyən ziyan 7 trln dollara çatacaq
18/09/2020 [12:12]:
Yarım milyon insanın təxliyəsinə hazırlıq görülür
18/09/2020 [11:45]:
"OPEC+" çərçivəsində razılaşdırılmış gündəlik səviyyədən daha çox neft hasil edilib
18/09/2020 [11:23]:
Misirə gələnlər üçün qaydalar dəyişdirildi
18/09/2020 [10:40]:
Ceyhun Bayramovun Baş katibə ünvanlandığı məktub BMT sənədi kimi yayılıb
18/09/2020 [10:22]:
Şəkərdən imtina xərçəngin müalicəsinə kömək edirmi?
18/09/2020 [10:01]:
DTX daha bir əməliyyat keçirdi: “Ceyşullah”ın tərkibində vuruşmuş şəxs həbs edildİ
18/09/2020 [10:00]:
Deputatlar narkoloji yoxlamadan keçiriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Mağara” abidəsinin ətrafında olan qanunsuz hasarlar sökülüb
“YARAT”ın virtual sərgisi davam edir
İranın xarici ticarət dövriyyəsi kəskin azalıb
Şirvanşahlar Sarayı Kompleksinin 3D virtual görüntüsü yaradılacaq
"Mercedes"lərin satışı qadağan oluna bilər
Azərbaycana İsveçrədən 1,3 mln. dollarlıq qol saatları idxal edilib
Azərbaycan Mərkəzi Bankı monitorinq sistemi alır
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin