"12 ildir Gürcüstanın və beynəlxalq ictimaiyyətin səylərinə baxmayaraq, Rusiya Aİ-nın 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əməl etməyərək, təxribatçı hərəkətlərini davam etdirir və silahlı qüvvələrini geri cəkmək əvəzinə işğal altındakı ərazilərdə hərbi iştirakını daha da gücləndirir".
İstiqlal.az xəbər verir ki, bunu 2008-ci ilin avqust ayında baş vermiş Rusiya-Gürcüstan müharibəsinin 12-ci ildönümünə həsr olunan tədbirdə bu ölkənin Azərbaycandakı Səfiri Zurab Pataradze deyib.
Səfir deyib ki, Rusiyanın Gürcüstana qarşı təcavüzkar hərəkətləri 90-ci illərdən başlayıb, 2008-ci ildə Rusiya Abxaziya və Tsxinvali bolğələrinin tamamilə hərbi işğalı və əhalinin etnik təmizlənməsi ilə nəticələnən geniş miqyaslı hərbi təcavüz həyata keçirib və bundan sonra Gürcüstanın bu ərazilərini qondarma müstəqil dövlətlər kimi elan edib. Diplomat əlavə edib ki, Rusiya işğal etdiyi bölgələrdə de-fakto ilhaqı (aneksiya) istiqamətlərində fəal addımlar atmaqla, 2000-ci illərdən orada yaşayan əhaliyə pasport və Rusiya vətəndaşlığı verib, əhali Rusiyada keçirilən seçkilərdə iştirak edir, hər iki ərazidə Rusiya qanunvericiliyi tətbiq olunur, gürcü dilində təhsil qadağan edilib.
Tədbir məlum olaya həsr olunan foto sərgi və "Şindisi" adlı filmin nümayişi ilə davam edib.
Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)