Qazaxıstanda epidemioloji vəziyyət yaxşılaşır

07/08/2020 [12:50] - Dünya (216)



Qazaxıstan, iyulda Covid-19-un geniş yayılması ilə əlaqədar yaranan kritik vəziyyəti dəf etdi. 

İstiqlal az. xəbər verir ku, iyul ayının əvvəlində xəstəxanalar dolu idi, təcili tibbi yardım telefonları vətəndaşların zənglərinə çatdırmırdı, xəstəxanaların dolu olması ilə əlaqədar ümumi ajiotaj vəziyyəti yaranmışdır. Lakin, koordinasiya olunmuş tədbirlər epidemioloji böhranının öhdəsindən gəlməyə və səhiyyəni nəzarətə almağa imkan verib. Bu günə kimi Qazaxıstanda 92 662 koronavirus infeksiyasından yoluxma halları qeydə alınıb, onlardan təqribən 69%-i sağalıb. Xəstəxanaların yüklənməsi 36%-a düşüb, yoluxma halları artması isə sutkada 1,2%-dan çox deyil.

1 avqust tarixindən Qazaxıstanda Covıd-19-a yoluxmuş birləşmiş statistikada, Ümumdünya Səhiyyə Təşkilatının məsləhəti ilə yeni infeksiyanın səbəb olduğu sətəlcam halları da qeydə alınacaq. Statistikaların birləşdirilməsinə iki həftəyə yaxın vaxt tələb olunub, çünki Səhiyyə Nazirliyi kodlaşdırılmasının yeni alqoritmlərini hazırlayırdı, informasiya sistemini tənzimləyirdi və, ən əsası, tibbi işçiləri koronavisrus sətəlcamının simptomlarını müəyyən etməyə öyrədirdi. Belə bir zəhmətli proses xəstəliyin müəyyən olunması ilə bağlı böyük çətinliyi ilə əlaqədardir. Bəzi hallarda, koronavirus sətəlcam xəstələrin PZR testlərinin nəticələri mənfi nəticə verir, nəticədə də sonrada diaqnozun qoyulması çətinləşir. Xüsusilə, qeydə olunmasının yeni sistemi ilə əhaliniz dezinformasiyaya səbəb ola biləcək dedi-qodular və əsassız bəyanatlar aradan qaldırılıb. Qurum, əhaliyə vaxtında və keyfiyyətli xidmətinin göstərilməsi qeyri-ənənəvi müalicə üsulların yayılmasının aradan qaldırılması məqsədilə Covid-19-un hərtərəfli işıqlandırılmasını məqsəd qoyub.

Vaxtla mübarizə - ölkədə yaranmış vəziyyəti bu cür ifadə etmək olar. Səhiyyə Nazirliyi digər qurumları ilə sıx əməkdaşlığı çərçivəsində epidemioloji stabilliyinin təmin edilməsi üçün ağır bir iş görür. Hər il payız-qış mövsümündə müşahidə olunan KRVİ və qrip yoluxmaların sayının artmasını nəzərə alaraq, Qazaxıstanın Səhiyyə Nazirliyi belə bir ssenariyə fəal şəkildə özünü hazırlayır. Bununla əlaqədar, planlaşdırılmış qrip peyvəndləşməsi nəzərdə tutulub. Ölkənin demək olar ki, bütün resursları payız mövsümünə hazırlığı üçün atılıb. Mövcud və ehtiyatda olan çarpayı yerləri xəstələrin qəbulu üçün tam hazır vəziyyətə gətirilib. PZT testlərin aparılması üçün ehtiyatlar doldurulur. Pərakəndə şəbəkəsinin və anbarların doldurulması üçün medikamentlər alınır. Ölkənin hər bir yerində tibbi təşkilatların individual qorunma vasitələrin ehtiyatına bütün diqqət yetirilir. Səhiyyə Nazirliyi, həmçinin, ehtiyacda olan vətəndaşlara keyfiyyətli və vaxtında tibbi yardımın göstərilməsi üçün bir sıra mexanizmləri nəzərdən keçirib. Əhaliyə hərtərəfli həkim yardımın göstərilməsi məqsədilə, koronavirus sətəlcamı olan xəstələrlə bağlı sonradan poliklinikalara ötürülməsi üçün nəzərdə tutulan Covid-19 müalicə sxemləri hazırlıq mərhələsindədir. Bununla yanaşı, bu cür sətəlcamların və koronavirusun erkən müalicəsi praktikasında istifadə edilməsi məsləhət görülən preaparatların siyahısı 5 yeni dərmanların ilə genişləndirilib. Demək olar ki, bütün regionlar süni nəfəs aparatların və oksigen konsentratların alınmasını gücləndirilmiş şəkildə həyata keçirirlər.
Stabilləşdirmə və Covid-19-un sonrakı mümkün dalğasına hazırlıq məqsədilə, Səhiyyə Nazirliyi çarpayı fondunu 30,4 mindən 49,7 minədək artırıb. Evdə vaxtında tibbi yardımın göstərilməsi məqsədilə ambulator səviyyədə 2962 ilkin tibbi-sanitariya yardımı mobil briqadalar yaradılıb. Mobil briqadaların sayını 3500-ə qədər çatdırılması nəzərdə tutulur. Eyni zamanda, vaxtında məsləhətlərin verilməsi və poliklinikalarda çağırışların qəbul edilməsi üçün çağrı mərkəzlərin sayı 16% artıb.
 
Son məlumata görə, infeksiya və provizor xəstəxanalarda 1958 süni nəfər aparatı mövcuddur. Əlavə olaraq, 4183 ədədin alınması və 21 min çarpayının oksigenə və 6237 çarpayının oksigen konsentratlara qoşulması planlaşdırılır. Hazırda, laboratoriyaların sutkada 32 min PZR testin həyata keçirməyə imkanı var, sonradan isə, sentyabrın əvvəlinə kimi, testlərin aparılması imkanları sutkada 64 minə qədər çatdırılacaq.

Həmçinin, həm klinikalarda, həm də evdə effektiv tibbi yardımın göstərilməsi üçün kifayət edən dərman vasitələrin alınması da nəzarətdədir. Hökuməti “SK-Farmasiya” MMC-yə iki ay üçün kifayət edən dərman vasitələrin alınmasını tapşırıb. Bununla yanaşı, evdə müalicəsi üçün dərmanların əhaliyə pərakəndə şəbəkələrdə satışı məqsədilə ehtiyatı diqqətə alınır. 
Regionlarda tibbi yardımın tələb olunan müddətdə göstərilməsi məqsədilə, Səhiyyə Nazirliyi, həmçinin, tibbi yardımın tələb olunan səviyyədə göstərilməsini də diqqətə alıb. Kəndlərdə ambulator yardımın göstərilməsi üçün 1493 mobil briqadalar yaradılıb və fəaliyyət göstərir, bu da, şərti olaraq, ehtiyacların 94%-ni əhatə edir. Tibbi yardımın göstərilməsi üçün 641 təcili tibbi yardım maşının istifadə olunur.
Hökumətin tapşırığına əsasən, akimatlar və Səhiyyə və Sənaye Nazirlikləri regionları tələb olunan sünu nəfəs aparatları ilə avqustun sonunadək təmin etməlidirlər.

Bir sıra nazirliliklər də, regionların effektiv tibbi yardımı ilə təmin edilməsi çərçivəsində vacib tapşırıqlar alıblar. Sənaye, Səhiyyə və Maliyyə Nazirlikləri regionların mobil diaqnostika kompleksləri ilə təmin edilməsi, yerli istehsalı olan rəqəmsal rentgen aparatların rayon xəstəxanalara verilməsi məsələsini təcili sürətdə həll etməlidirlər. Akimatlar və Səhiyyə Nazirliyi bundan öncə olduğu kimi, oksigen konsentratların və tibbi qazların ölkənin hər bir guşəsinə çatdırılmasına görə cavabdehdilər.
Hökumət tərəfindən irəli sürülən təşəbbüslər, həmçinin, regionlarda operativ şəkildə reaksiya verilməsinə yönələn bir sıra vacib tədbirləri də əhatə edir. Məsələn, Səhiyyə Nazirliyinə və Akimatlara regionlarda baytarlıq laboratoriyalar bazasında PZR testlərin aparılması işini təşkil edilməsi və yeni müəyyən olunmuş ocaqları personalla təmin edilməsi işi taprşılıb. Akimatlar isə, öz növbəsində, analizlərin regionlardakı yeni laboratoriyalara çatdırılması üçün effektiv logistikanın təşkil edilməsinə cavabdeh olublar.

Bu gün, vəziyyət bir sıra regionlarda stabilləşib. Epidemioloji vəziyyəti ilə bağlı ən yaxşı nəticələr Qərbi Qazaxıstan, Almatı, Türkistan, Kostanay, Akmola və Manqistau vilayətlərdə müşahidə olunur. Nikbin vəziyyət, həmçinin, Qazaxıstanın paytaxtında da yaranıb - Nur-Sultanda sağalanların sayı ilə bağlı göstəricilər 73% civarındadır. Paytxatda Covid-19 ilə bağlı təcili tibbi yardıma müraciətlərin sayı 10 dəfə azalıb. Əgər bundan öncə, sutkada KVİ ilə bağlı sutkada təqribən 500 çağırış qəbul olunurdusa, bu gün bu rəqəm 50 çağırış təşkil edir. Səhiyyə sisteminin hazırda olan əsas məqsədi mövcud olan vəziyyətin qorunmasıdırı, çünki, karantinin tətbiq edilməsi ilə infeksiyaya yoluxma piki geridə qalıb. Bundan əlavə, hazırkı karantin yazda olanı ilə fərqlənir. Digər ölkələrin təcrübəsini nəzərə alaraq, hökumət karantin zamanı kiçik qruplarla gəzmək, küçədə məşqlər keçirtmək və açıq havada ictimai iaşə obyektlərini ziyarət etmək kimi əhali üçün yumşalmalar tətbiq edib.

Hökumət tərəfindən dəfələrlə, təkcə xəstələnən vətəndaşların müalicəsi ilə bağlı intensiv işini aparılması deyil, eyni zamanda, sanitariya normalara və karantinin tətbiq olunan tələblərə riayət edilməsinə yönələn əhali arasında maarifləndirmə işinin aparılması vacibliyi də qeyd olunurdu. QR-nın Baş Naziri Askar Maminin xəbərdarlığına əsasən, dünyada gərgin vəziyyət qalmaqdadır və dünyanın təqribən 126 ölkəsində Covid-19-un yenidən geniş yayılması müşahidə olunur. Hazırkı dünya epidemioloji xəritəyə əsasən və qarşıdan gələn payız-qış mövsümünü nəzərə alaraq, Qazaxıstan yoluxmanın mümkün yeni dalğasına hazırlığı ilə bağlı hərtərəfli tədbirlər görür və qabaqlayıcı tədbirlərin kompleksini hazırlayır. Səhiyyə Nazirliyinin Karantin Tədbirlərin Tədricən Aradan Qaldırılması Planını hazırlamasına baxmayaraq, Hökumət bildirir ki, epidemioloji vəziyyətinin pisləşməsi halda, əlavə məhdudlaşdırıcı tədbirlər görüləcək.  
Yuxarıda sadalanan tədbirləri ilə əlavə, Səhiyyə Nazirliyi, həmçinin, Covid-19-a qarşı Qazaxıstanın vaksininin istehsalı üzərində fəal iş görür. Bütün dünya vaksinin hazırlanması üzrəində çalışır və qazaxıstanlı elmi işçiləri öz beynəlxalq həmkarlardan heç də geri qalmırlar. İndiki mərhələdə Qazaxıstanın vaksini sıçanlar, hind donuzu və makakalar üzərində klinikdən əvvəl sınaqlardan uğurla keçib. Bundan başqa, Bioloji Təhlükəsizlik Problemləri üzrə Elmi-Tədqiqat İnstitutunun bir sıra əməkdaşı vaksinanın öz üzərində sınamasına razılıq verib. Bu günə kimi, vaksini öz üzərində sınayan 5 könüllünün allergiya, qızdırma, ümumi halsızlıq kimi narahatedici simptomlar müşahidə olunmur. Sınaqlar avqustun 20-dək sona çatmalıdır və sonradan, əldə olunan nəticələr Səhiyyə Nazirliyinə ötürüləcək.
Səhiyyə Nazirliyi bundan öncə Covid-19-a yoluxmayan və buna görə də, bədənində anticismlərə sahib olmayan 44 könüllünü seçib. Səhiyyə Nazirliyinin icazəsi ilə, sentyabrda insanlar üzərində kliniki sınaqların birinci mərhələsinə start veriləcək. İkincə mərhələ, vaksinin daha çox insan üzərində sınanmasını nəzərdə tutur. Təqribən iki yüz nəfər könüllü cari ilin oktyabrdan dekabradək vaksinin təkrar sınanması üçün müraciət edib. Sözügedən tədqiqatların Almatı klinikalarda keçirililməsi nəzərdə tutulub. Vətəndaşların Covid-19 təhlükəsinə qarşı vaksinasiyasının yolunda növbəti addım Jambıl vilayətində PXETİ yanında imun-bioloji preparatların istehsalı zavodun işə salınması olacaq. Bu zavod sayəsində yerli bazarda hər il vaksinin 60 milyon dozanın satışı təşkil olunacaq.

Bununla belə, Qazaxıstan ümidini təkcə yerli vaksinin hazırlanmasına bağlamır. Qurumlararası komissiyanın iclasına uyğun olaraq, Səhiyyə və Xarici İşlər Nazirlikləri Covid-19-a qarşı vaksinin əldə olunması ilə bağlı ilkin müqavilələrin bağlanması işinə fəal şəkildə cəlb olunub.

Hazırda, qurumlar, vaksinasiya olunacaq insanların qrupunun müəyyən edilməsi, xərclər üzrə maliyyə hesablamaların aparılması və Qazaxıstanın “COVAX Facility” proqramında iştirakın mümkünlüyünün nəzərdən keçirilməsi işini həyata keçirirlər. 

Sözügedən proqramda iştirak Covid-19-a qarşı bir sıra mümkün vaksinlərin əldə olunması imkanını yaradır.
Nəticələri vurğulayaraq, əminliklə demək olar ki, Qazaxıstanda epidemioloji vəziyyət stabilləşib. Kəskin dövr artıq arxada qalıb və indi Qazaxıstanın rəhbərliyi əldə olunmuş nəticələrin qorunmasına və səhiyyə sisteminin gələcəkdə gücləndirilməsinə səylərini yetirir.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
18/09/2020 [23:58]:
Baş Nazir: sərt karantin rejimi tətbiq edilməyəcək
18/09/2020 [21:51]:
Xurma min bir dərdin dərmanıdır
18/09/2020 [20:25]:
Avropa Liqasında 42 oyun keçirilib
18/09/2020 [18:48]:
Koronavirusa effektiv qalib gəlmək üsulu aşkarlanıb
18/09/2020 [17:41]:
Dünya Bankı qlobal iqtisadiyyatın 5 ilə bərpa olunacağını proqnozlaşdırır
18/09/2020 [17:28]:
Prezident Şahin Mustafayevə yeni vəzifə verib
18/09/2020 [16:37]:
Yeni peyvəndin sınaqlarında kimlər iştirak edə bilər?
18/09/2020 [16:23]:
Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
18/09/2020 [16:00]:
Eldar Həsənovun apelyasiya şikayətinə baxılıb
18/09/2020 [15:45]:
İcra başçısı sakinlərlə görüşüb
18/09/2020 [15:42]:
Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib
18/09/2020 [15:41]:
Daha 117 nəfər COVID-19-a yoluxub
18/09/2020 [15:25]:
Mer özünü və administrasiyasını ödənişsiz məzuniyyətə buraxır
18/09/2020 [15:15]:
İlham Əliyev Nepal Prezidentini təbrik edib
18/09/2020 [14:30]:
"Sabah" klubu türkiyəli futbolçu ilə müqaviləni uzadıb
18/09/2020 [13:28]:
Məscid və məktəblər bağlandı
18/09/2020 [12:55]:
Turizm sənayesi nümayəndələrinə ATB-nin yeni layihələri təqdim olunub
18/09/2020 [12:36]:
Dünya iqtisadiyyatına dəyən ziyan 7 trln dollara çatacaq
18/09/2020 [12:12]:
Yarım milyon insanın təxliyəsinə hazırlıq görülür
18/09/2020 [11:45]:
"OPEC+" çərçivəsində razılaşdırılmış gündəlik səviyyədən daha çox neft hasil edilib
18/09/2020 [11:23]:
Misirə gələnlər üçün qaydalar dəyişdirildi
18/09/2020 [10:40]:
Ceyhun Bayramovun Baş katibə ünvanlandığı məktub BMT sənədi kimi yayılıb
18/09/2020 [10:22]:
Şəkərdən imtina xərçəngin müalicəsinə kömək edirmi?
18/09/2020 [10:01]:
DTX daha bir əməliyyat keçirdi: “Ceyşullah”ın tərkibində vuruşmuş şəxs həbs edildİ
18/09/2020 [10:00]:
Deputatlar narkoloji yoxlamadan keçiriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Mağara” abidəsinin ətrafında olan qanunsuz hasarlar sökülüb
“YARAT”ın virtual sərgisi davam edir
İranın xarici ticarət dövriyyəsi kəskin azalıb
Şirvanşahlar Sarayı Kompleksinin 3D virtual görüntüsü yaradılacaq
"Mercedes"lərin satışı qadağan oluna bilər
Azərbaycana İsveçrədən 1,3 mln. dollarlıq qol saatları idxal edilib
Azərbaycan Mərkəzi Bankı monitorinq sistemi alır
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin