Yenilənən büdcə hazırki iqtisadi situasiyaya adekvatdır -Təhlil

06/08/2020 [15:08] - İqtisadiyyat (2515)



Milli Məclisdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” layihə birinci oxunuşda qəbul edilib. Dövlət büdcəsinə dəyişiklik edilməsi uzun müddət idi ki, müzakirə edilirdi və təbii ki, gözlənilən idi.. Çünki neftin dünya bazarında ucuzlaşması və mart ayından tətbiq edilən karantin rejimi yeni iqtisadi və sosial reallıqların yaranmasına səbəb olmuşdu. Bu səbəbdən də yeni çağırışlar fonunda büdcə zərfinə yenidən baxılması zəruri idi.

Məlum olduğu kimi, koronavirusa görə Azərbaycan iqtisadiyyatı hər gün təqribən 120-150 milyon manat itirir. Karantin rejimin 6 aydır davam etdiyini nəzərə alsaq, bu müddət ölkə iqtisadiyyatı bir neçə milyard manat gəlirlərdən məhrum olub və bu proses hələ də davam etməkdədir. Sözsüz ki, ölkədə iqtisadi aktivliyin zəifləməsi, əlavə dəyər yaradan sahələrin çətinliklərlə üzləşməsi, dövlət büdcəsinin gəlirlərini təmin edən fiskal orqanların yığım imkanlarının azalması büdcə gəlirlərinə də ciddi təsir edir. Baş verən proseslər bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da iqtisadi şərtlərin dəyişməsini meydana çıxarır. Karantin rejiminin hələ də davam etməsi və və nə vaxt bithcəyi ilə bağlı əminliklər olmadığından büdcənin yeni iqtisadi situasiyaya uyğunlaşdırılması qaçılmazdır. Mövcud təhlilləri nəzərə alsaq dövlət büdcə siyasətində kifayət qədər ehtiyatlı olmalıdır. 

Pandemiyanın diktə etdiyi keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, səhiyyə sahəsinin artan ehtiyacları, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsinin davam etdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması və digər dövlət ehtiyaclarının təmin edilməsi dövlət büdcəsinin xərclərinin artırılmasını labüdləşdirir. Bu baxımdan dəyişikliklərin parlamentdə müzakirəyə çıxarılması normaldır. 

Dürüstləşdirilmiş büdcə layihəsində 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmindədir. Təklif edilən dəyişikliklərdən sonra İcmal büdcənin gəlirləri mövcud gəlirdən təxminən 5 milyard az olacaq. İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin kəsrləri üzrə azalmalara daxili bazarlarda neft məhsullarına tələbatın azalması, həmçinin bir sıra vergilər üzrə güzəştlərin tətbiqi ilə əlaqədardır.
Dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb. Yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin digər daxilolmaları müvafiq olaraq 850 milyon manat artırılır. Bunlar nəzərə alınmaqla 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Beləliklə, yeni layihəyə əsasən 2020-ci ilin büdcə kəsiri, 3 milyard 368 milyon manat təşkil edəcək ki, bu da ÜDM-in 5 faizi həcmindədir. Qeyd edək ki, dövlət büdcəsinin kəsrləri üzrə azalmalar daxili bazarlarda neft məhsullarına tələbatın azalması, həmçinin bir sıra vergilər üzrə güzəştlərin tətbiqi ilə əlaqədardır. İndiki iqtisadi və sosial reallıqlar baxımından normal həddir. Beynəlxalq təcrübəyə əsasən, büdcə kəsiri ÜDM-in 40 faizini ötdükdə təhlükəli vəziyyət yaranır. Yəni nəzərdə tutulan büdcə kəsiri təhlükəli həddən xeyli azdır.
Neftin baza qiymətinin büdcədə 35 dollardan hesablanması da (indi 50 dollardı) normaldır. Çünki dünya  bazarında durum ürəkaçan deyil. Epedemiya ilə bağlı neftin əsas alıcıları olan Avropa ölkələrində enerjiyə tələbat azalıb. Bu baxımdan neftin qiymətinə konservativ yanaşma düzgündür. Bununla belə, dövlət proqramlarına dəstək üçün ayrılan 600 milyon manatdan əlavə digər dəstək tədbirlərinin göstərilməsi məqsədəmüvafiq olardı. Çünki karantin rejiminin nə vaxta qədər davam edəcəyi bəlli deyil və ilin sonuna qədər belə proqramlara ehtiyac var. Bütövlükdə isə dəyişiklik layihəsi yeni iqtisadi situasiyaya adekvatdır.

Qadir İbrahimli
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
18/09/2020 [23:58]:
Baş Nazir: sərt karantin rejimi tətbiq edilməyəcək
18/09/2020 [21:51]:
Xurma min bir dərdin dərmanıdır
18/09/2020 [20:25]:
Avropa Liqasında 42 oyun keçirilib
18/09/2020 [18:48]:
Koronavirusa effektiv qalib gəlmək üsulu aşkarlanıb
18/09/2020 [17:41]:
Dünya Bankı qlobal iqtisadiyyatın 5 ilə bərpa olunacağını proqnozlaşdırır
18/09/2020 [17:28]:
Prezident Şahin Mustafayevə yeni vəzifə verib
18/09/2020 [16:37]:
Yeni peyvəndin sınaqlarında kimlər iştirak edə bilər?
18/09/2020 [16:23]:
Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
18/09/2020 [16:00]:
Eldar Həsənovun apelyasiya şikayətinə baxılıb
18/09/2020 [15:45]:
İcra başçısı sakinlərlə görüşüb
18/09/2020 [15:42]:
Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib
18/09/2020 [15:41]:
Daha 117 nəfər COVID-19-a yoluxub
18/09/2020 [15:25]:
Mer özünü və administrasiyasını ödənişsiz məzuniyyətə buraxır
18/09/2020 [15:15]:
İlham Əliyev Nepal Prezidentini təbrik edib
18/09/2020 [14:30]:
"Sabah" klubu türkiyəli futbolçu ilə müqaviləni uzadıb
18/09/2020 [13:28]:
Məscid və məktəblər bağlandı
18/09/2020 [12:55]:
Turizm sənayesi nümayəndələrinə ATB-nin yeni layihələri təqdim olunub
18/09/2020 [12:36]:
Dünya iqtisadiyyatına dəyən ziyan 7 trln dollara çatacaq
18/09/2020 [12:12]:
Yarım milyon insanın təxliyəsinə hazırlıq görülür
18/09/2020 [11:45]:
"OPEC+" çərçivəsində razılaşdırılmış gündəlik səviyyədən daha çox neft hasil edilib
18/09/2020 [11:23]:
Misirə gələnlər üçün qaydalar dəyişdirildi
18/09/2020 [10:40]:
Ceyhun Bayramovun Baş katibə ünvanlandığı məktub BMT sənədi kimi yayılıb
18/09/2020 [10:22]:
Şəkərdən imtina xərçəngin müalicəsinə kömək edirmi?
18/09/2020 [10:01]:
DTX daha bir əməliyyat keçirdi: “Ceyşullah”ın tərkibində vuruşmuş şəxs həbs edildİ
18/09/2020 [10:00]:
Deputatlar narkoloji yoxlamadan keçiriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Mağara” abidəsinin ətrafında olan qanunsuz hasarlar sökülüb
“YARAT”ın virtual sərgisi davam edir
İranın xarici ticarət dövriyyəsi kəskin azalıb
Şirvanşahlar Sarayı Kompleksinin 3D virtual görüntüsü yaradılacaq
"Mercedes"lərin satışı qadağan oluna bilər
Azərbaycana İsveçrədən 1,3 mln. dollarlıq qol saatları idxal edilib
Azərbaycan Mərkəzi Bankı monitorinq sistemi alır
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin