Gürcüstandan Rusiyaya çağırış

06/08/2020 [12:17] - Siyasət (369)



 "12 il əvvəl, 2008-ci ilin avqustunda Gürcüstana qarşı genişmiqyaslı hərbi təcavüz və Gürcüstanın bölünməz bölgələrinin işğalı ilə Rusiya Federasiyası suveren bir dövlət olan Gürcüstanın sərhədlərini zorla dəyişdirməyə çalışıb və Avropa təhlükəsizlik sisteminə də ciddi ziyan vurub". İstiqlal.az xəbər verir ki, 2008-ci ildə Rusiya Federasiyasının Gürcüstana qarşı geniş miqyaslı hərbi təcavüzünün 12-ci ildönümü münasibətilə, Gürcüstanın Azərbaycandakı Səfirliyinin beyanatinda bele deyilir. On iki ildir ki, Gürcüstan hökuməti və beynəlxalq ictimaiyyətin səylərinə baxmayaraq, Rusiya hər il işğal olunmuş ərazilərdə təhlükəsizliyi, insan haqlarını və humanitar vəziyyətini ağırlaşdıran qanunsuz və təxribatçı hərəkətlərini davam etdirir. Rusiya Federasiyası, AB-nin vasitəçiliyi ilə əldə olunmuş 12 Avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əməl etməməyə davam edir və silahlı qüvvələrini geri çəkmək əvəzinə, Gürcüstanın işğal edilmiş ərazilərində hərbi iştirakını daha da gücləndirir. Eyni zamanda, Moskva Abxaziya və Tsxinvalinin de-fakto ilhaqı istiqamətində addımlar atır. Hər gün əsas insan hüquqlarının kobud şəkildə pozulması halları baş verir. Abxaziya və Tsxinvali / Cənubi Osetiyanın işğal olunmuş ərazilərindəki vəziyyəti sürünən işğal və qondarma Sərhədləşmə prosesi daha da gərginləşir. Yerdə davamlı təxribatlar, istərsə tikanlı məftillərin salınması, qanunsuz həbslər, etnik zəmində ayrıseçkilik, Gürcüstan vətəndaşlarının həyatına qəsd, sərbəst hərəkətin məhdudlaşdırılması, ana dilində təhsilin qadağan edilməsi və sairə müharibə və münaqişə əziyyət çəkən əhali üçün ağır bir yükdur. Eyni zamanda, etnik təmizləmə nəticəsində işğal olunmuş ərazilərdən qovulmuş yüz minlərlə məcburi köçkün və qaçqınların hələ də evlərinə qayıtmasına icazə verilmir. Paralel olaraq, Rusiya hibrid vasitələrdən fəal şəkildə istifadə edir və istədiyi mesajları yaymaqla, o cümlədən tarixi saxtalaşdırmaqla qondarma "Yeni bir gerçəkliyin" qurulmasına çalışır. Gürcüstan münaqişənin sülh yolu ilə həlli siyasətini əzmlə davam etdirir və Gürcüstan hökuməti beynəlxalq birliyin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi, tanımama siyasətini və münaqişənin sülh yolu ilə həlli prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirir. Məhz beynəlxalq birliyin möhkəm və konsolidə edilmiş səyləri ilə, 2008-ci il avqust müharibəsinin ağır nəticələrini aradan qaldırmaq və Rusiya-Gürcüstan münaqişəsinin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həll edilməsi yolunda uğur əldə edilə bilər. Gürcüstan tərəfi bir daha Rusiya Federasiyasını Gürcüstan ərazisindəki qanunsuz əməllərini dayandırmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə, xüsusən də Gürcüstanın işğal olunmuş bölgələrin qondarma müstəqilliyin tanınması qərarını dəyişdirməyə və AB-nin vasitəçiliyi ilə əldə edilmiş 12 Avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əməl etməyə çağırır.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
18/09/2020 [23:58]:
Baş Nazir: sərt karantin rejimi tətbiq edilməyəcək
18/09/2020 [21:51]:
Xurma min bir dərdin dərmanıdır
18/09/2020 [20:25]:
Avropa Liqasında 42 oyun keçirilib
18/09/2020 [18:48]:
Koronavirusa effektiv qalib gəlmək üsulu aşkarlanıb
18/09/2020 [17:41]:
Dünya Bankı qlobal iqtisadiyyatın 5 ilə bərpa olunacağını proqnozlaşdırır
18/09/2020 [17:28]:
Prezident Şahin Mustafayevə yeni vəzifə verib
18/09/2020 [16:37]:
Yeni peyvəndin sınaqlarında kimlər iştirak edə bilər?
18/09/2020 [16:23]:
Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
18/09/2020 [16:00]:
Eldar Həsənovun apelyasiya şikayətinə baxılıb
18/09/2020 [15:45]:
İcra başçısı sakinlərlə görüşüb
18/09/2020 [15:42]:
Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib
18/09/2020 [15:41]:
Daha 117 nəfər COVID-19-a yoluxub
18/09/2020 [15:25]:
Mer özünü və administrasiyasını ödənişsiz məzuniyyətə buraxır
18/09/2020 [15:15]:
İlham Əliyev Nepal Prezidentini təbrik edib
18/09/2020 [14:30]:
"Sabah" klubu türkiyəli futbolçu ilə müqaviləni uzadıb
18/09/2020 [13:28]:
Məscid və məktəblər bağlandı
18/09/2020 [12:55]:
Turizm sənayesi nümayəndələrinə ATB-nin yeni layihələri təqdim olunub
18/09/2020 [12:36]:
Dünya iqtisadiyyatına dəyən ziyan 7 trln dollara çatacaq
18/09/2020 [12:12]:
Yarım milyon insanın təxliyəsinə hazırlıq görülür
18/09/2020 [11:45]:
"OPEC+" çərçivəsində razılaşdırılmış gündəlik səviyyədən daha çox neft hasil edilib
18/09/2020 [11:23]:
Misirə gələnlər üçün qaydalar dəyişdirildi
18/09/2020 [10:40]:
Ceyhun Bayramovun Baş katibə ünvanlandığı məktub BMT sənədi kimi yayılıb
18/09/2020 [10:22]:
Şəkərdən imtina xərçəngin müalicəsinə kömək edirmi?
18/09/2020 [10:01]:
DTX daha bir əməliyyat keçirdi: “Ceyşullah”ın tərkibində vuruşmuş şəxs həbs edildİ
18/09/2020 [10:00]:
Deputatlar narkoloji yoxlamadan keçiriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Mağara” abidəsinin ətrafında olan qanunsuz hasarlar sökülüb
“YARAT”ın virtual sərgisi davam edir
İranın xarici ticarət dövriyyəsi kəskin azalıb
Şirvanşahlar Sarayı Kompleksinin 3D virtual görüntüsü yaradılacaq
"Mercedes"lərin satışı qadağan oluna bilər
Azərbaycana İsveçrədən 1,3 mln. dollarlıq qol saatları idxal edilib
Azərbaycan Mərkəzi Bankı monitorinq sistemi alır
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin