Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var

31/07/2020 [13:00] - Cəmiyyət (754)



Məqaləmə Ali Baş Komandan İlham Əliyevin nitqindən olan ifadə ilə başlıq vermək istədim. Çünki bu ifadə hər bir Azərbaycan vətəndaşını, əsgərini, zabitini qürurlandıran və düşmənlə mübarizəyə hazır edən bir ifadədir.

Vətəni qorumaq üçün ilk növbədə Vətənə qarşı sevgi, məhəbbət olmalıdır. Bu sevgi vətənpərvərlik adlanır. Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Özünü ölkənin əsl vətəndaşı hesab edən hər bir ləyaqətli, əqidəli vətənpərvər gənc əməli fəaliyyəti ilə millətin adı və varlığı ilə fəxr edir, onda milli xarakter və milli mənəviyyat formalaşır. Çünki milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, müstəqillik arzuları, milli qürur hissi ehtiva olunur. Milli mənlik hər bir şəxsin özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətinin və xalqının qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün çalışmağa sövq edir. Azərbaycan xalqı öz ata-babalarının keçdiyi qəhrəmanlıq yolunu layiqincə davam etdirir.

Müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Müasir dövrdə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin bir dövlətin qorxmaz, mərd, cəsur əsgərləri yoxdursa, həmin dövlət məğlub olar. "Öncə Vətəndir!" deyən oğullardır bizi yenilməz edən. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidir.

Ordumuzun hər bölməsində vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq.  Bu gün də hərbi hissələrimizin düşmənlə təmas xəttində yerləşən bölməsində vətənpərvər əsgərlərimiz düşmənə- mənfur ermənilərə qarşı qətiyyətlə mübarizə aparırlar.Torpaqlarımıza keşik çəkən bu oğulların qətiyyəti, məğrurluğu sübut edir ki, torpaqlarımız inamla qorunur. Düşmən hər an nəzarətdə saxlanılır.

Ermənilərin həm kompromisə gəlməmələri, həm də arasıkəsilməyən təxribatları Azərbaycanı qətiyyətli addımlar atmağa vadar edirdi. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində Azərbaycanın mövqeləri və yaşayış məntəqələri bütün cəbhə boyu Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə güclü artilleriya atəşinə tutuldu. 
          
Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün Ağdərə–Tərtər–Ağdam və Xocavənd–Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul etdi. Döyüş nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, həmçinin Seysulan məntəqəsi azad olundu. Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də Azərbaycan ordusunun nəzarəti altına keçdi. Beləliklə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu.
2016-cı ilin aprel hadisələri erməni qəsbkarlarına Azərbaycan dövlətinin və xalqının qətiyyətli mövqeyini və öz torpaqlarının azad edilməsi uğrunda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan xalqı Qarabağ münaqişəsini, lazım gəlsə, silah yolu ilə həll etmək hüququnu daim özündə saxlayır.

12 iyul 2020-ci il  tarixindən etibarən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu  əraziləri boyunca başlayan döyüşlərdə Vətənini böyük igidliklə qoruyan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev kimi mərd əsgər, zabitlərimiz şəhid oldu.  Lakin bu bizi zəiflətmədi, çünki “Torpaq, uğrunda ölən varsa, Vətəndir!”. Baş verən hadisələr xalqımızda vətənpərvərlik hissinin yüksək olmasını bir dana sübut etdi. Minlərlə vətəndaşımız Vətənin qorunması naminə könüllü şəkildə torpaqlarımızı qorumaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdi. 
     
Xalqımız öz əsgərinə hər zaman arxa-dayaq olub və olacaq! Ümid sənədir ancaq, Azərbaycan əsgəri!


Aysun Bayramova
Nəsimi RİH könüllüsü. 

Azərbaycanda daha 3 712 nəfər koronavirusa yoluxub - 35 nəfər ölüb
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
Azərbaycan Fransaya nota verdi
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Xəbər lenti
27/11/2020 [17:02]:
Özbəkistanda bu il Azərbaycan kapitallı 65 müəssisə fəaliyyətə başlayıb
27/11/2020 [16:34]:
Azərbaycanda daha 3 712 nəfər koronavirusa yoluxub - 35 nəfər ölüb
27/11/2020 [15:46]:
Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq
27/11/2020 [15:09]:
Allahverdi Bağırovun zabit qızları 27 illik işğaldan sonra atalarının məzarı başında
27/11/2020 [14:18]:
Noyabrın 28-ə hava proqnozu
27/11/2020 [13:40]:
Fuad Nağıyev: “Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq”
27/11/2020 [13:32]:
Ermənistandan Zod qızıl yatağı barədə açıqlama: “Azərbaycanın nəzarətindədir”
27/11/2020 [13:20]:
Koreya Səfirliyindən Məcburi Köçkünlərə Dəstək Tədbiri
27/11/2020 [12:23]:
Rusiyalı politoloq: “Fransa Qarabağ münaqişəsinin həlli prosesindən çoxdan çıxıb”
27/11/2020 [11:37]:
İsrailli ekspert: "Kəlbəcərdəki dini abidələrin erməni kilsəsinə dəxli yoxdur"
27/11/2020 [10:48]:
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
27/11/2020 [09:56]:
"Qarabağ" klubu Ağdama gedəcək
27/11/2020 [00:34]:
İşxan Saqatelyan: - Ermənistanda hakimiyyət yoxdur
26/11/2020 [23:47]:
Azərbaycanla Belarus arasında birbaşa aviareyslər bərpa edilir
26/11/2020 [23:02]:
Qüdrət Həsənquliyev amnistiya təklif edir - movqe
26/11/2020 [22:34]:
Türkiyə və İranın Azərbaycandakı səfirləri görüşüb
26/11/2020 [21:53]:
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
26/11/2020 [21:06]:
Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü
26/11/2020 [20:21]:
Azərbaycan Fransaya nota verdi
26/11/2020 [19:32]:
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
26/11/2020 [18:56]:
Azərbaycanda gündəlik yoluxma sayı 3705-ə çatdı
26/11/2020 [18:19]:
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
26/11/2020 [18:10]:
Qızıl sərmayə əhəmiyyətini itirir?
26/11/2020 [17:48]:
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
26/11/2020 [17:11]:
Çavuşoğlu və NATO Baş katibi Qarabağı müzakirə etdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Fransa ilə bütün əlaqələrin kəsilməsi müzakirəyə çıxarılmalıdır
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Şəfiqə Məmmədova: “Rasim Ocaqov Milli Kinomuzun simvolikasıdır”
"Taqovı"da vandallıq - hansı dövlət qurumu məsuliyyət daşıyır?
Oktyabr ayı üzrə bütün müavinət və təqaüdlər ödənildi - rəsmi
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Bu gündən özəl sektorda çalışanların sayı 30 faizədək azaldılacaq - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin