Xalqımızla ordumuzun vəhdəti qürurvericidir

31/07/2020 [12:44] - Cəmiyyət (706)



Azərbaycan ordusunun uğurları XXI əsrdə də davam etməkdədir. Xüsusilə də Azərbaycan ordusunun Ali Baş Komandanı  İlham Əliyevin uğurlu ordu siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri şanlı qələbələrə imza atmışdır. Həmçinin ordumuz dünya reytinqində 50-ci pillədə qərarlaşmışdır.
2016-cı ildə Aprel döyüşləri ordumuzun qüdrətini bir daha sübut etmişdir. Bu döyüş nəticəsində  Lələtəpə və Talış yüksəklikləri düşməndən azad edilmiş və Dağlıq Qarabağa nəzarət imkanı artmış, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi tam təmin olunmuş və Cəbrayıl, Ağdərə, Füzuli rayonlarında Azərbaycan bayrağı dalğalanmışdır.

Aprel döyüşləri zamanı 300-dən çox canlı erməni qüvvəsi məhv edilib, 500-dən çoxu yaralanıb, 30 tank və 15-dən çox artilleriya qurğusu sıradan çıxarılıb. Sözsüz ki, hər müharibədə olduğu kimi bu müharibə də bizim üçün şəhidsiz bitmədi. Neçə-neçə Mübariz İbrahimovlar, Fərid Əhmədovlar qəhrəmancasına vətən uğrunda canlarından keçdilər.

XXI əsrdə vətənimizin digər uğuru 2018-ci ildə Naxçıvan MR ərazisində yerləşən Şərur rayonunun Günnüt kəndi və ətraf ərazilər mənfur düşmən əsarətindən azad edildi və 11 min hektar ərazi ordumuzun nəzarəti altına keçdi. Qızılqaya yüksəkliyinin geri qaytarılması nəticəsində İrəvan-Yexeknadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı yarandı. Bu qələbələr millətimizin orduya inamının artmasına daha da təkan verdi.

2020-ci ilin 12 iyulunda Ermənistanın atəşkəsi növbəti dəfə pozaraq Tovuz rayonu istiqamətində hücuma keçməsi yeni bir döyüşün başlamasına səbəb oldu. Bu döyüşdə Ermənistanın 100 nəfərə yaxın canlı qüvvəsi və texnikası məhv edildi. Lakin Ermənistan hələ də bu faktları təkzib etməkdə davam edir. 

Bu döyüş zamanı General-Mayor Polad Həşimov, Polkovnik İlqar Mirzəyev və onların timsalında bir neçə qəhrəmanlarımız şəhidlik zirvəsinə yüksələrək vətənimizin qanlı tarixinə adını yazdırdı.
Prezident İlham Əliyev həmişəki kimi şəhid ailələrinə xüsusi diqqətlə yanaşaraq şəxsən özü General-Mayor Polad Həşimovun anası Səmayə xanım və Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə telefonda danışıb baş-sağlığı verərək hər iki şəhidin ailəsinə mənzil verimişdiri.
Orduya dəstək və şəhidləri anmaq məqsədilə Bakı və ətraf ərazilərdə əhali küçəyə axışaraq yürüş həyata keçirtdi.Daha sonra isə Ali baş komandanın çağırışına səs verərək 55000-dən çox vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən könüllü olaraq qeydiyyatdan keçmişlər.Bu toplum arasında kifayət qədər qadın könüllülərimiz də yer alır.
Ölkənin 43 siyasi partiyası birgə, 4 siyasi partiyası isə ayrılıqda bəyanat verərək, erməni təxribatına qarşı mübarizədə Ali Baş Komandanın ətrafında birləşdiyini bildiriblər. Erməni təxribatına qarşı qardaş Türkiyə Cümhuriyyəti də laqeyd yanaşmayaraq  öz dəstəyini nümayiş etdirən ilk ölkə oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər çıxışında Azərbaycana dəstək olduğunu bildirirdi. O cümlədən, Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib: “Ermənistan ağlını başına yığsın, Azərbaycan tək deyil, biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq”. 
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da bu məsələyə biganə qalmayaraq öz dəstəklərini nümayiş etdirdilər. “Erməni təcavüzünü dayandırın!”, “Qarabağ – Azərbaycandır!”, “Ali Baş Komandan, biz sizin əsgərlərinizik!” kimi şüarlar səsləndirilib. 
Yazımın sonunu Azərbaycan Respublikasının Ali Baş Komandanıİlham Əliyevin sözləri ilə bitirmək istəyirəm: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusuvar!”
  
Əhmədli Xəmməd
Nəsimi RİH könüllüsü

Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
Azərbaycan Fransaya nota verdi
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
Xəbər lenti
27/11/2020 [16:34]:
Azərbaycanda daha 3 712 nəfər koronavirusa yoluxub - 35 nəfər ölüb
27/11/2020 [15:46]:
Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq
27/11/2020 [15:09]:
Allahverdi Bağırovun zabit qızları 27 illik işğaldan sonra atalarının məzarı başında
27/11/2020 [14:18]:
Noyabrın 28-ə hava proqnozu
27/11/2020 [13:40]:
Fuad Nağıyev: “Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq”
27/11/2020 [13:32]:
Ermənistandan Zod qızıl yatağı barədə açıqlama: “Azərbaycanın nəzarətindədir”
27/11/2020 [13:20]:
Koreya Səfirliyindən Məcburi Köçkünlərə Dəstək Tədbiri
27/11/2020 [12:23]:
Rusiyalı politoloq: “Fransa Qarabağ münaqişəsinin həlli prosesindən çoxdan çıxıb”
27/11/2020 [11:37]:
İsrailli ekspert: "Kəlbəcərdəki dini abidələrin erməni kilsəsinə dəxli yoxdur"
27/11/2020 [10:48]:
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
27/11/2020 [09:56]:
"Qarabağ" klubu Ağdama gedəcək
27/11/2020 [00:34]:
İşxan Saqatelyan: - Ermənistanda hakimiyyət yoxdur
26/11/2020 [23:47]:
Azərbaycanla Belarus arasında birbaşa aviareyslər bərpa edilir
26/11/2020 [23:02]:
Qüdrət Həsənquliyev amnistiya təklif edir - movqe
26/11/2020 [22:34]:
Türkiyə və İranın Azərbaycandakı səfirləri görüşüb
26/11/2020 [21:53]:
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
26/11/2020 [21:06]:
Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü
26/11/2020 [20:21]:
Azərbaycan Fransaya nota verdi
26/11/2020 [19:32]:
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
26/11/2020 [18:56]:
Azərbaycanda gündəlik yoluxma sayı 3705-ə çatdı
26/11/2020 [18:19]:
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
26/11/2020 [18:10]:
Qızıl sərmayə əhəmiyyətini itirir?
26/11/2020 [17:48]:
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
26/11/2020 [17:11]:
Çavuşoğlu və NATO Baş katibi Qarabağı müzakirə etdi
26/11/2020 [16:38]:
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Fransa ilə bütün əlaqələrin kəsilməsi müzakirəyə çıxarılmalıdır
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Şəfiqə Məmmədova: “Rasim Ocaqov Milli Kinomuzun simvolikasıdır”
"Taqovı"da vandallıq - hansı dövlət qurumu məsuliyyət daşıyır?
Oktyabr ayı üzrə bütün müavinət və təqaüdlər ödənildi - rəsmi
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Bu gündən özəl sektorda çalışanların sayı 30 faizədək azaldılacaq - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin