Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı

31/07/2020 [14:04] - Cəmiyyət (1763)



Azərbaycanının Ukraynadakı səfiri Elmira Axundova söz azadlığına qarşı addımlarını davam etdirir. Avqustun 4-də Bakı Apelyasiya Məhkəməsində onun qocaman jurnalist Firuz Haşımova qarşı şikayətinə baxılacaq. Hakim İlham Kərimlinin icraatında olan apelyasiya şikayəti Azərbaycanda geniş ictimaiyyətin diqqət mərkəzindədir. 

Elmira Axundova kimdir və bu iddia necə ortaya çıxıb?  

Elmira Axudnova 2005-ci ildə Masallıdan deputatlığa namizədliyini verərkən mal-mülk siyahısı haqda yazanda 1 evi, bir də 1972-ci ildə istehsal olunmuş “Moskviç-408” markalı maşına sahib olduğunu bəyan edib. Sonradan Elmira Axundova 2010, 2015, 2020-ci ildə deputat olub.
Bu zaman kəsiyində, daha doğrusu 3-cü deputatlıq dönəmində Elmira Axundova hər kəsin gözü qarşısında fantastik surətdə varlanmağa başlayıb. Bu gün onun varidatı “Forbes” jurnalının son səhifəsinə düşməsinə imkan verir. Eks deputatın, hazırki səfirin ən yuvarlaq hesablamalarla 30 milyon manat varidatı var. Əlbəttə ki, Elmira Axundova 15 il deputat olmasaydı, kimsə onun varidatını hesablamaq kimi işə baş vurmazdı. İllərlə onun cibində Azərbyacan parlamentinin vəsiqəsini gəzidrməsi belə hesablamalara yol açıb.

“Biznes ruxnul” dedi, 30 milyonluq varidatı üzə çıxdı

Bakı Apelyasiya Məhkəməsində hakim İlham Kərimlinin sədrliyi keçiriləcək iclasda müzakirə mövzusu Elmira Axundova və oğlu Həbib Axundovun əməlləri haqda yazılardır. Belə ki, 2013-cü ildən başlayaraq Elmira Axundovanın xeyir-duası və birbaşa himayəçiliyi ilə oğlu Həbib Axundov xeyli insanı ətrafına toplayıb. Elmira Axundova oğlunun biznes qurduğunu, hər kəsi həmin biznesə pul yatırmağı çağırıb. Qeyri-rəsmi məlumatlara görə 30 milyon, məhkəmə sənədlərinə görə 10 milyon manata yaxın pul toplanıb. İlk dövrlərdə Həbib Axundov biznes adı ilə pul aldığı insanlara dividend verib, onlara verdiyi pulları biznesdən gələn gəlir kimi verib. Az müddət sonra isə Elmira Axudnova oğlunun pul aldığı insanları toplayıb və “biznes ruxnul” deyib. 

Səfirin “harınlıq milli xəyanətə bərabərdir” sözlərindən xoşu gəlməyib

Mərəkə də bundan sonra qopub, insanlar pullarını Elmira Axundovadan, onun oğlundan tələb etməyə başlayıblar. Bu vaxt ortaya “günah keçisi” Elnur İbrahimov atılıb. Elmira Axundovanın evinin daimi sakini, onun evinə günaşırı 5 min manat(bu fakt məhkəmə sənədləri ilə təsbit olunub) pul aparan Elnur İbrahimov baş verən külli miqdarda dələduzluğa görə 9 illik həbsə göndərilib. Bu qalmaqal ortaya çıxandan sonra Firuz Haşımov mətbuatda iş üzrə zərərçəkənlərin prezidentə müraciətlərini işıqlandırıb, baş verən dələduzluqla bağlı yazılar yazıb. Həmin yazılaırn birində “indiki dönəmdə harınlıq milli xəyanətə bərabərdir” fikirləri yer alıb. 

Həqiqəti söyləmək, prezidentə müraciət zərərçəkənlərə 10 min manata başa gəlib! 

Elmira Axundova bu fikirlərə görə iş üzrə Firuz Haşımovu məhkəmə qaydasında cərimə olunmasına nail olub. Bundan başqa ondan pullarını tələb edən zərərçəkənləri də susdurmaq üçün məhkəmə üz tutub. Zərərçəkənlərin prezidentə müraciətlərinin dayandırılması kimi absurd iddia ortaya qoyub. Tam qanunsuz olsa da, hakimlər Elmira Axundovanın istədiyi qərarı veriblər  - zərərçəkənlərin hər birini 10 min manat cərimə etdirib. Üstəlik özünün bu cinayətə aidiyyatını subut edən səs yazılarının yayılmasını məhkəmə qaydasında qadağan etdirmək kimi mürtəce iddiaya da baş vurub. Elmira Axundovanın, onun oğlu Həbib Axundovun əməllərindən zərərçəkənlə bu gün də borc içində çətin günlər yaşayırlar. Elmira Axundovanın oğlu Həbib Axundov gündə bir maşın dəyişir, yaxtalarda, villalarda ərəb şeyxlərindən geri qalmayan həyat tərzini gizlətmir. Model xanımlarla əyləncələri də Həbib Axundovun həyat tərzi haqda Firuz Haşımovun qiymətverici mülahizələrinə tam uyğun gəlir. 
Eyş-işrət məclisləri, müəmmalı ölüm, bahalı maşınlar, villalar, yaxtalar... 

Yeri gəlmişkən onu da qeyd edək ki, iş üzrə keçirilən ötən proses zamanı Elmira Axundovanın oğlu Həbib Axundovun həyat tərzini əks etdirən fotolar, videomateriallar məhkəməyə təqdim olunub. Həmin fotolarda, videomaterillarda Günel Mirzəyevanın da Həbib Axundovla olduğu məqamlar var. Yada salaq ki, Günel Mirzəyeva Həbib Axundovun yaxtasından müəmmalı şəkildə suya yıxılıb və günlərlə Xəzər sularında axtarışlardan sonra meyiti aşkar olunub. Elmira Axundova əvvəlcə oğlunun bu məsələyə aidiyatı olmadığını deyib, sonra isə mətbuatın araşdırmaları səfiri geri çəkilməyə, oğlunun dəhşətli olay zamanı hadisə yerində olduğunu deməyə məcbur edib. Bu müəmmalı ölüm işi də bu günə qədər araşdırılmamış qalıb... 

Bakı Apelyasiya Məhkəməsində iş üzrə baş tutacaq proses haqda da məlumat verəcəyik. 
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Xəbər lenti
11/08/2020 [23:59]:
Beynəlxalq təşkilatlar dağılmış tarixi irsin bərpası üçün Livana yardım edəcəklər
11/08/2020 [21:37]:
"Messi dünyanın ən yaxşı oyunçusu ilə qarşılaşacaq"
11/08/2020 [21:05]:
Ceyhun Bayramov türkiyəli həmkarı ilə görüşüb
11/08/2020 [20:20]:
Gümüşün qiyməti 50 manata yaxınlaşır
11/08/2020 [18:18]:
Karantin qaydalarını pozan iaşə obyektlərinin lisenziyası ləğv olunacaq
11/08/2020 [17:49]:
Öz dəfnindən iki gün sonra evinə qayıdıb
11/08/2020 [16:48]:
Daha 84 nəfər koronavirusa yoluxub
11/08/2020 [15:28]:
Türkiyə Prezidenti Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib
11/08/2020 [14:44]:
İlk vaksin qeydiyyatdan keçdi - Putinin qızına da vurulub
11/08/2020 [13:41]:
Koronavirus böhranı nəticəsində 2,5 milyon məktəbli təhsili atmağa məcbur olub
11/08/2020 [13:19]:
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
11/08/2020 [12:40]:
Alman deputat: "Azərbaycandakı iqtisadi stabillik təqdirəlayiqdir"
11/08/2020 [12:35]:
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
11/08/2020 [12:15]:
Aİ: Belarusdakı vəziyyəti yaxından izləməyə davam edəcəyik
11/08/2020 [11:43]:
Prezidentin tənqidindən sonra AZAL-da təmizləmə əməliyyatı başladı
11/08/2020 [11:38]:
"Real"ın yeni transfer hədəfi - Dibala
11/08/2020 [11:13]:
İsraildə Çin vətəndaşı üçün qızıl və brilyantdan tibbi maska hazırlanır
11/08/2020 [10:36]:
ABŞ və Rusiya arasında strateji sabitlik danışıqlarının növbəti mərhələsinin vaxtı müəyyənləşib
11/08/2020 [10:00]:
"Şkupi"nin futbolçusu: "Neftçi"nin avrokuboklarda böyük təcrübəsi var"
10/08/2020 [23:58]:
“Sileks”in baş məşqçisi: “Qarabağ” qarşılaşmanın aşkar favoritidir"
10/08/2020 [21:39]:
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
10/08/2020 [20:38]:
Beynəlxalq Turizm Təşkilatı: Qlobal turizm sektoru 320 milyard dollar zərərə uğrayıb
10/08/2020 [18:34]:
Püşkatma: "Qarabağ"ın potensial rəqiblərinin sayı 4-ə endi
10/08/2020 [17:32]:
Tramp demokratları "radikal solçuluq"da günahlandırıb
10/08/2020 [16:39]:
Antikorrupsiya tədqiqatlarına dair Bələdçi hazırlanacaq
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Yenilənən büdcə hazırki iqtisadi situasiyaya adekvatdır -Təhlil
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdirilib
Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
Azərbaycan İnvestisiya Holdinqi yaradılıb FƏRMAN
UFC təxribata əl atan ermənini cəzalandırdı
"Çelsi"nin futbolçusu "Arsenal"la anlaşdı
“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Ən heyrətamiz kitab dizaynları
"Roma"nın məğlubiyyəti "Latsio"ya Çempionlar Liqasına vəsiqə qazandırdı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin