ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların hansı səbəbdən Almaniyanı Rusiyadan qorumalı olduğunu anlamadığını bildirib.
Musavat.com xarici agentliklərə isitnaədn xəbər verir ki, o bu barədə özünün tvitter səhifəsində yazıb.
“Almaniya hər il enerji layihələrinə görə Rusiyaya milyardlarla pul ödəyir, İndi biz Almaniyanı niyə Rusiyadan qoruyaq. Ümumiyyətlə, bu, nə deməkdir axı?”-deyə o, sosial şəbəkə platformasında yazıb.
Donald Tramp bununla ABŞ ordusunun Almaniyadan çıxaırlması ilə bağlı çıxan xəbərlərə, habelə ünvanına gələn tənqidlərə cavab verib.
Bundan başqa, o, rəsmi Berlini bir daha NATO-nun kollektiv müdafiəsinin dəstəklənməsinə kifayət qədər vəsait ayırmamaqda suçlayıb.
ABŞ lideri Almaniyanın NATO üçün ÜDM-in 2%-ni ayırmaqla bağlı öhdəliklərini tam yerinə yetirmədiyini bildirib. Donald Tramp məhz buna görə ABŞ qoşunlarının bir qismini Almaniydan çıxardığını vurğulayıb.