Alimlər: Pandemiyaya səbəb olan koronavirusun əcdadı Çində 40-70 il əvvəl ortaya çıxıb

30/07/2020 [15:29] - Gündəm (967)



SARS-CoV-2 virusu ailə ağacında ona qohum olan RaTG13 kimi yarasa koronaviruslarından ötən il və hətta bu minillikdə deyil, təxminən 40-70 il əvvəl törəyib.

“Report” “Liga.net” portalına istinadən xəbər verir ki, bunu SARS-CoV-2 və ona yaxın virusların təkamülü ilə bağlı hərtərəfli genetik təhlillər aparan Edinburq Universitetinin Təkamül Biologiyası İnstitutu və Qlazqo Universitetindəki Virus Tədqiqatları Mərkəzinin alimləri bildiriblər.

Müəlliflər “Nature Microbiology”də yazırlar ki, nalburunkimilər fəsiləsinə daxil olan yarasalarda görünən koronavirus, çox güman, panqolin və ya digər heyvanlarda olan viruslarla “çarpazlaşma” (gen mübadiləsi) yolu ilə deyil, öz təkamülü zamanı Homo sapiens növünü yoluxdurma qabiliyyəti əldə ediblər. Onlar SARS-CoV-2 genomunun sabit bölgələrini müəyyən edə bilib və onlar üzərindən təkamülünü qurublar.

SARS-CoV-2 və RaTG13-ün ortaq əcdadı olduğunu fərz edən tədqiqatçılar belə nəticəyə gəliblər ki, birinci 1948-1982-ci illər aralığında təkamül ağacında “tumurcuqlayıb”.

Müəlliflərin yazdıqlarına görə, sarbekoviruslar tez-tez rekombinasiyaya məruz qalırlar və Çində regional miqyasda məkan quruluşlu genetik müxtəlifliyi nümayiş etdirirlər, lakin SARS-CoV-2, çətin ki rekombinasiya məhsulu olsun. Çünki onun insanı yoluxduran əsas komponenti – zülalı, görünür, yarasa virusları üçün ümumi irsi əlamətdir və bu yaxınlarda əldə edilməyib.

“Təhlilimizdən aydın olur ki, SARS-CoV-2 ilə yaxından əlaqəli olan viruslar on illərdir nalburunkimilərdə dolaşır. SARS-CoV-2 və RaTG13-ün ümumi əcdadından keçən inanılmaz müxtəliflik universal xüsusiyyətləri olan yarasaların sarbekoviruslar “xəzinəsini” yaradır və bu, məməlilərin bir sıra hüceyrələrini yoluxdurmağı asanlaşdırır, nəticədə virusun insana keçməsi də asanlaşır”, - deyə alimlər yazırlar və bunun təkrar-təkrar baş verə biləcəyini söyləyirlər.

Müəlliflər vurğulayıb ki, bəşəriyyət SARS-CoV-2-nin yayılmasına gec cavab verib, lakin bu, koronavirusların son pandemiyası deyil. Çünki onlar çoxdur və aralarında dinamik rekombinasiya prosesi gedir, bu isə pandemiya potensialı olanları qısa zamanda müəyyənləşdirməyi çətinləşdirir. Alimlər yoluxma halları üçrəqəmli həddə çatmamış xəbərdarlıq edə biləcək real vaxtda qlobal nəzarət sistemi yaradılmasına çağırış ediblər.

Alimlər koronavirusların belə patogen xətlərinin olub-olmadığını, varsa, nə qədər olduğunu və onlardan necə qorunmaq lazım gəldiyini öyrənmək üçün işlərinin davam etdirilməli olduğunu söyləyiblər.
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
29/09/2020 [21:39]:
İsveçrə iqtisadiyyatı 40 illik minimuma enib
29/09/2020 [20:30]:
Qətlə yetirilmiş 100-ə yaxın insanın meyiti aşkarlandı
29/09/2020 [19:59]:
İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu
29/09/2020 [19:32]:
27 sentyabr
29/09/2020 [19:05]:
Hikmət Hacıyev: “Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğu barədə xəbərlər cəfəngiyyatdır”
29/09/2020 [18:45]:
Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var
29/09/2020 [18:32]:
Misir 2023-cü ilədək benzin idxalından imtina edəcək
29/09/2020 [17:59]:
Hərbi vəziyyət milli birliyə çağırışdır
29/09/2020 [17:35]:
Xalq, dövlət, ordu birliyi
29/09/2020 [17:26]:
"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı
29/09/2020 [17:20]:
Bütün xalqın birliyi!
29/09/2020 [17:00]:
Dövlət, Xalq, Ordu Birliyi
29/09/2020 [16:49]:
“Srvena Zvezda” Ermənistana getmək istəmir
29/09/2020 [16:41]:
Siyasi həmrəyliyin nümunəsi
29/09/2020 [16:24]:
Ölkənin siyasi partiyaları Prezidentin yanındadır
29/09/2020 [15:44]:
Çin yuanı ABŞ dollarına qarşı son 10 ilin ən yüksək dinamikasını nümayiş etdirib
29/09/2020 [15:33]:
Hərbi vəziyyət elan edilməsi haqqında Fərman tarixi ədalətin bərpa olunması qərarıdır
29/09/2020 [15:17]:
SİYASİ PARTİYALAR AZƏRBAYCAN HÖKÜMƏTİNIN YANINDADIR
29/09/2020 [15:00]:
Xalqı birləşdirən siyasət
29/09/2020 [14:40]:
AZƏRBAYCAN XALQI HAQQ UĞRUNDA MÜBARİZƏYƏ DƏSTƏKDİR
29/09/2020 [14:39]:
Qış hazırlığını edərkən bunlara DİQQƏT EDİN
29/09/2020 [14:12]:
Azərbaycan Respublikası Prezidentinin Hərbi Vəziyyət elan edilməsi haqqında fərmanı.
29/09/2020 [13:50]:
Azərbaycan siyasi partiyaları dövlətin yanındadır
29/09/2020 [13:41]:
Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır
29/09/2020 [13:02]:
Siyasi Partiyalarımız bizi dəstəkləyir!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir
"Barselona"nın futbolçusu İngiltərə klubunda
Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb
Qulamhüseyn Əlibəyli: Tofiq bəyin tezliklə tam azadlıqda olmasını arzu edirəm
"Alverçi deputat" kimdir? - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin