İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu vəfat edib.
Etikxeber.az məlumat verir ki, o, bu gün həyatını itirib.
Faktı mediaya TƏBİB-dən də təsdiqləyiblər.
Bildirilib ki, Ə. Fəqanoğlu bu gün səhər dünyasını dəyişib.
Qeyd edək ki, əslən Ağsu rayonundan olan Ə. Fəqanoğlu BDU-nun jurnalistika fakültəsini bitirib.
Bir neçə kitabın müəllifidir.
İki övladı-bir qızı və bir oğlu var.
Qızı ailəlidir.