Azərbaycanda benefisarlar haqda niyə danışılmır?

28/07/2020 [08:01] - İqtisadiyyat (1186)



“Azərbaycanda şirkətlər əksər vaxtlarda benefisiarların adını açıqlamaq istəmir, amma zaman keçdikcə bu cür problemlər olmayacaq”. Bunu keçən ilin fevralında vergilər nazirinin müavini Sahib Ələkbərov demişdi. Üstündən il yarım ötür, Vergilər Nazirliyi ləğv edilərək Dövlət Vergi Xidməti yaradılıb, nazir müavini vəzifədən gedib, Azərbaycan hökuməti kölgə iqtisadiyyatına qarşı mübarizə apardığını bəyan etsə də, ekspertlərə görə vəziyyət dəyişməz qalır. 

Benefisiar sahiblik şirkət və ya hüquqi şəxs üzərində sahibliyi olan, ondan yararlanan, nəzarəti və idarəetməni həyata keçirən, qərarların qəbul edilməsində təsirə malik fiziki şəxsdir.
Böyük Səkkizlik ölkələrinin rəhbərləri 7 il öncə - 2013-cü ilin mayında keçirilən sammitdə bəyan etdilər ki, bundan sonra benefisiar sahiblərin gizlədilməsinə qarşı tədbir görəcəklər. Artıq bir sıra ölkələr benefisiar sahiblərin mərkəzi qeydiyyat sistemlərində icbari şəkildə qeydiyyatdan keçmələri üçün addımlar atıb. Maliyyə Tədbirləri üzrə İşçi Qrupu  şəffaflıq və benefisiar sahibliklə bağlı göstərişlərini yayıb, benefisiar sahiblik məlumatlarının toplanması məqsədilə Yüksək Səviyyəli Prinsiplər razılaşdırılıb. 2015-ci ildə isə Avropa Birliyi “Çirkli pulların yuyulması ilə bağlı dördüncü direktivi”ni qəbul edib. Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü öz standartlarını sərtləşdirib. 

Azərbaycana gəlincə, ölkədə benefisiar sahibliklə bağlı konkret qanun yoxdur, 2012-ci ildə qanuna edilən dəyişikliklərdən sonra kommersiya sirri sayıldığından reyestr məlumatlarına çıxış mümkün deyil, şirkətlər və ya başqa hüquqi şəxslər əksər vaxtlarda benefisiarların adını açıqlamaq istəmir. 
Həmin məlumatlar rəsmi qurumlar, o cümlədən Dövlət Vergi Xidməti üçün açıqdır. Yazı müəllifi Xidmətdən bu mövzuda bir neçə suala cavab almağa çalışıb. Məsələn, ölkədə benefisar sahiblik nə qədər geniş yayılıb, bununla necə mübarizə aparılır, benefisiarlara xəbərdarlıq göndərilirmi, nəticə varmı?  Ancaq bu suallara DVX-dən cavab almaq mümkün olmayıb. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili də bu mövzuda konkret fikri olmadığını, qanunvericiliyə aid olmadığı üçün danışmaq istəmədiyini söyləyib. O, benefisiar sahibliklə bağlı qanun hazırlanıb-hazırlanmaması haqda da məlumatsız olduğunu bildirib.   
Hökumət üzvlərinin bu mövzuda çıxışlarına da az hallarda rastlanır. Yuxarıda qeyd etdiyimiz kimi ləğv edilmiş Vergilər Nazirliyinin rəsmisi, keçmiş vergilər nazirinin müavini Sahib Ələkbərov bu haqda bir il öncə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya, Asiya İnkişaf Bankı və “Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqinə dəstək” layihəsini icra edən yerli və xarici məsləhətçilərin birgə təşkilatçılığı ilə plenar iclasda danışıb. Mənbə “Trend” xəbər agentliyidir.

S.Ələkbərovun sözlərinə görə, benefisiarlar barədə məlumatın açıqlanması çox vacibdir: “Azərbaycanda hamı üçün bərabər şərait yaradılıb və sağlam rəqabət mövcuddur, ona görə də benefisiarların adını və ya şirkətin dövriyyəsini gizlətməyin mənası yoxdur”.

O bildirib ki, prezident İlham Əliyevin dövlət strukturları qarşısında qoyduğu əsas tapşırıqlardan biri kölgə iqtisadiyyatının payının azaldılmasıdır və bu təşəbbüs iqtisadiyyatda şəffaflığın təmin olunmasına kömək edəcək.

Rəsmi səviyyədə “benefisiarların adını və ya şirkətin dövriyyəsini gizlətməyin mənası yoxdur” bəyan edilsə də, mütəxəssislərə görə vəziyyət dəyişməz qalır, buna səbəb də ölkədə bəzi şərtlərin benefisar sahibliyə imkan yaratmasıdır. İqtisadi Təhlil İnstitutunun rəhbəri Məhəmməd Talıblının söylədiyinə görə Azərbaycan bu məsələdə, yəni benefisiar sahibliklə mübarizədə ən geridə qalan ölkədir. O, benefisarlarların açıqlanmamasının səbəbini belə izah edir: “Azərbaycanda sahibkarlıqla məşğul olan şəxslər şirkətlərin dövriyyəsi, işçi sayı, nə qədər vergi ödəməsi ilə bağlı məlumat vermək istəmirlər, çünki bu, onlar üçün əlavə baş ağrısına çevrilir”. 

İqtisadçının fikrincə, başqa ölkələrdə şirkətlər dövriyyələrini göstərməklə beynəlxalq maliyyə qurumlarının, o cümlədən, biznes dünyasının marağını cəlb etdiyi halda Azərbaycanda buna maraq yoxdur: “Ölkədə zəngin olmaq ağ qarğa kimi görünməkdir. Şirkətlər imkanlarını nümayiş etdirən kimi onlara basqılar artır”. 

M.Talıblı özəl sektora iki formada basqı göstərildiyini bildirir: adminsitrativ və maliyyə basqıları. 
“Dövlətin yığım funksiyasını yerinə yetirən qurumların - Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Vergi Xidmətinin maliyyə baxımından həmin şirkətlərə təzyiq mkanları yaranır. Eyni zamanda onlara zorakı, administrativ təzyiqlər də var. Xüsusi-xidmət orqanları, hüquq-mühafizə orqanlarının həmin şirkətlərə, hüquqi şəxslərə əlavə basqılar göstərirlər. Bu, bir az da zorakı basqılardır”.

2015-ci ildə ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli əməkdaşlarının həbsindən sonra məlum oldu ki, onlar çox sayda iş adamlarından, imkanlı şəxslərdən müxtəlif basqılar altında külli miqdarda vəsait alır, onların obyektlərini özəlləşdirir, buna etiraz edənləri başqa ittihamlarla uzun müddətə həbs edirlərmiş. Azərbaycanda buna qədər belə ehtimallar səslənsə də, təsdiqi yox idi, amma keçmiş MTN-çilərin həbsindən sonra bir çox məsələlər üzə çıxdı. Məsələn, iş adamı Vidadi Əzizov məhkəmədə başına gələnləri belə nəqal edib: “Orada elə hərəkət edirdilər, elə bil MTN-də yox, bazardasan. Mənə qarşı qanunsuzluq dövlətin binasında baş verib. Dövlətdən də mənə dəymiş ziyanın ödənilməsini istəyirəm”.

Vidadi Əzizov deyir ki, o, İspaniya və Argentinadan alınan gübrənin Rusiya və İran bazarına çıxarılması biznesində vasitəçi kimi iştirak edib. Amma MTN əməkdaşları onu tutub, dövlətə xəyanətdə, İranın xüsusi xidmət orqanlarına casusluq etməkdə, 2012-ci ildə Bakıda "Eurovision" ərəfəsində partlayışlar planlaşdırmaqda suçlayaraq, 300 min dollarını alıblar. . 

Daha bir nümunə. 14 il öncə Səid Dadadşbəylinin və onunla bərabər bir neçə nəfərin xeyli suallara səbəb olmuşdu. Rəsmi məlumatda “Dadaşbəyli və dəstəsi” ictimaiyyətə dövlət çevrilişinə cəhd edən islamçı dəstə kimi təqdim olunmuşdu. Onlar ən ağır maddələrlə - dövlətə xəyanətdə, cinayətkar birlik yaratmaqda, qanunsuz odlu silah saxlamaqda, saxta pul və qiymətli kağızlar hazırlamaqda və ya satmaqda ittiham edilmişdilər. Həmin şəxslər 12-14 il həbs cəzası almışdılar. 

Səid Dadaşbəyli bugünlərdə azadlığa çıxıb. O, AzadlıqRadiosuna müsahibəsində haqqındakı ittihamları rədd edib və həbsinin səbəbini “maliyyə bazarıyla bağlı fəaliyyəti, maddi imkanları” ilə izah edib. 
“O vaxt mənim xaricdə investorlarım var idi, "Forex"də dövriyyələr edirdim. İngiltərədə qeydiyyatdan keçmiş şirkətim var idi. Maliyyə köçürmələrini bankların vasitəsilə edirdim. Banklar da müəyyən şəxslərin nəzarətindədir. Baxırdılar ki, gənc oğlandır, bu qədər böyük dövriyyəsi var. Əvvəl çağırıb 500 min pul tələb etdilər, hədələdilər”. 

S.Dadaşbəyli daha sonra deyib: “2015-ci ildə MTN-də üstü açılan hadisələr 2006-cı ilin sonu, 2007-ci ilin əvvəlində mənim başıma gəlib. Əvvəl məni MTN-ə çağırıb pul istədilər”.

İTİ rəhbəri Məhəmməd Talıblı hesab edir ki, son illər bu cür həm maliyyə, həm də administrativ təzyiqlərə tuş gəlməmək üçün şirkətlər əsl kimliklərini, dövriyələrini gizlətməyə məcburdurlar, bu da Azərbaycanda benefisar sahibliyin açqılanmasına əngəl yaradan səbəblərdir.
 
“Onlar kiçik və orta sahibkarlıq subyekti adı altında bir neçə şirkətə parçalanırlar, həmin fəaliyyəti bir neçə şirkətin adı altında həyata keçirirlər. Bir var korporasiya və ya holdinq olsun - holdinq olanda bazar payları olur, bankları olur, sığorta kampaniyaları,  kommersiya şirkətləri, istehsal müəssisələri olur -, bir də var bir neçə şirkətə parçalanırlar, orda kimlikləri ifadə etmək çətindir, ailə üzvlərinin adlarına bir neçə şirkət yaradılır. Əslindəsə onlar eyni mərkəzdən idarə olunur. Onların maliyyə problemləri eyni mərkəzdən idarə edilir, dövlət qurumlarından gələn təzyiqlər eyni mərkəzdən neytrallaşdırlır. Yəni bu kimi problemlər həmin şirkətlərin real kimliklərini ifadə etməyə imkan vermir”.
İqtisadçı M.Talıblı “MTN əməliyyatı”ndan sonra da iş adamlarına basqıların davam etdiyi fikrində qalır. O hesab edir ki, bazarda boy göstərən şirkətlərə qarşı səlib yürüşü başlanır, vergi yükləmələri artır, onlara adminsitrativ təzyiqlər olur. 

“Vergilər Nazirliyi, Gömrük Komitəsi şirkətlərin gətirdiyi və ya istehsal etdikləri məhsullara, iqtisadi fəaliyyətlərinə müdaxilə edir. Koronavirusla bağlı şirkətlərin ödədikləri ianələrə baxanda  görürsən ki, o şirkətlərin çoxu indiyədək sosial layihələrdə iştirak etməyiblər. Amma indi dövlətin dirijor çubuğu ilə Koronavirusla Mübarizə Fonduna illik gəlirlərindən daha çox ianələr ödəyiblər. Bu ondan xəbər verir ki, şirkətlər real imkanlarına uyğun olaraq ora ianə ödəməyiblər, onlara yuxarıdan verilən tapşırıq əsasında idarə olunurlar”. 
Ekspertlər Azərbaycanda benefisar sahibliyin açıqlanmamasını həm də məmur sahibkarlığının  kök atması ilə əlaqələndirirlər. Vaxtaşırı mətbuatda birinci ailəyə yaxın paşayevlərin, heydərovların, eləcə də başqa məmurların biznesi haqqında araşdırmalar yer alıb. Bəzən bir holdinqin çətiri altında yüzlərlə şirkət yaradılsa da, çoxu haqqında məlumat almaq mümkün olmur. 

İş adamı, iqtisadçı Nazim Bəydəmirli danışır ki, bəzən hansısa nazir işdən çıxarıldıqdan sonra onun milyonlarla dollarla ölçülən əmlakı, şirkətləri, vəsaiti mövcud olduğu üzə çıxır. 
“Azərbaycanda benefisiarlar dövlət səviyyəsində gizlədilir. Məmur sahibkarlığı, inhisarçılıq “sahibkarlar” ordusu meydana çıxarıb. Jurnalist araşdırmaları nəticəsində dəfələrlə sübut olunub ki, bir hüquqi ünvanda, iki otaqlı mənzildə 300-dək şirkət qeydə alınıb və şirkətlərin əksəriyyəti ya SOCAR-ın, ya da digər vergi ödəyicisi adlandırdığımız, dövlət tenderlərində əhəmiyyətli paya sahibdirlər, onlar tenderlərin qalibi olurlar. Bu tenderlər kağız üzərində olduğu kimi həmin sahibkarlar da kağız üzərindədir. Vergilər Nazirliyinin bir neçə il bundan qabaq açdığı cinayət işlərində də bu faktlar əksini tapıb ki, elə şəxslər var hansısa şirkətin rəhbəri kimi qeyd olunsa da,  bundan xəbəri yoxdur. Hardasa məcburi köçkündür, hardasa yataqxanada qalır, ayda ona 300-500 manat vəsait veririlər və onun adından etibarnamə alaraq şirkəti idarə edirlər”.

Məhəmməd Talıblı da Azərbaycanda benefisiar sahibliyin açıqlanmamasının bir səbəbi kimi biznesin araxasında çox vaxt oliqarxların dayanması, həmin şirkətlərin deputatlara, nazirlərə, komitə rəhbərlərinə məxsus olması ilə əlaqələndirir.

“Bazar payları böyük olan şirkətlər demək olar ki, ya hər hansısa oliqarxındır ya da oliqarxın müdafiə etdiyi şirkətindir, onun ailəsinə yaxın çevrədəndir. Belə olduğu halda şübhəzsiz ki, onlar real dövriyyələrini gizlədirlər, bununla yalnız az vergi ödəmir, eyni zamanda ölkədəki qeyri-leqal iqtisadiyyatın, kölgə iqtisadiyyatın miqyasını artırırlar. Dünya Bankının Azərbaycanda qeyri-leqal iqtisadiyyatın payını 61 fazi göstərməsi də bununla bağlıdır. Azərbaycanda bazar payı çox olan şirkətlərin  real dövriyələri gerçəkliyi əks etdirmir. Həmin şirkətlərin kimə məxsus olması açıq ifadə olunmur. Onlara təzyiq də çətindir. Məlumatlar açıq olmadığından hansı şirkətin arxasında kimin durduğunu, ondan faydalanan şəxslərin, benefitlərin aşkarlanması problemə çevrilir”. 
İş adamı N.Bəydəmirli ona təəssüflənir ki, əksər hallarda tenderlərdə əldə olunan milyonlarla, milyardlarla vəsait ölkədən çıxarılır: “2012-ci ildən üzü bu yana, yəni polad istehsalçılarına qarşı hücumlardan sonra daxili investisiya da ölkədən qaçdı. Ölkəyə investisiya gəlməməsi bir yana daxildəki investisiya da ölkədən çıxdı. Təkcə bir il ərzində Gürcüstana 600 milyon dollar investisiya çıxarılıb. Bu faktlar Azərbaycan iqtisadiyyatı üçün fəlakətli nəticələrə çıxardı. Böyük devlavasiya baş verdi”.
N.Bəydəmirli uzun illərdir haqqında danışılılan məmurların gəlir bəyannaməsini təqdim etməməsinin də məmur sahibkarlığına zəmin yaratdığını vurğulayır. O qanunvericilikdə “kosmetik dəyişikliklər” edildiyini, vegilər sahəsində müsbət addımlar atılsa da, köklü dəyişiklik olmadığını qeyd edir. İş adamının iddiasına görə hökumət bunda maraqlı görünmür. O hesab edir ki, real iqtisadiyyata, real sahibkarlığa dəstək olmaq üçün şəffaflıq, rəqabət mühiti təmin edilməlidir, iqtisadi fəaliyyəti gücləndirmək üçün bank resursları əlçatan olmalıdır.

Mütəxəssislərin fikrincə, bu yöndə başlıca addımlardan biri də benefisiar sahibliyin açıqlnması ilə bağlı həm qanunun qəbulundan, həm də hökumət səviyyəsində ciddi addımların atılmasından keçir. 

İran ABŞ-la əməkdaşlıq etməyə hazırdır
Naxçıvanda yenidən zəlzələ olub
Moskvada mitinq qarşıdurmaya çevrilib - Saxlanılanlar var
Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb
SOCAR-da struktur dəyişikliyi - yenilənib
Xəbər lenti
23/01/2021 [23:42]:
İran ABŞ-la əməkdaşlıq etməyə hazırdır
23/01/2021 [22:16]:
Azərbaycanın Çindən idxalı ötən il 1,4 mlrd. dollardan çox oub
23/01/2021 [21:18]:
Naxçıvanda yenidən zəlzələ olub
23/01/2021 [20:09]:
Azərbaycanın aparıcı broyler müəssisəsi iflas edib
23/01/2021 [19:27]:
Moskvada mitinq qarşıdurmaya çevrilib - Saxlanılanlar var
23/01/2021 [18:54]:
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib
23/01/2021 [17:41]:
Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb
23/01/2021 [16:38]:
SOCAR-da struktur dəyişikliyi - yenilənib
23/01/2021 [15:15]:
2783 şəhidin ailə üzvlərinə sosial ödənişlər təyin olunub - rəsmi
23/01/2021 [14:41]:
Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyası ilə əlaqədar Strasburqa səfər edəcək
23/01/2021 [13:36]:
“Qalatasaray”ın yeni transferi İstanbula gəlib
23/01/2021 [12:23]:
Qarabağda daha 5 erməni hərbçisinin qalıqları tapıldı
23/01/2021 [11:12]:
Ermənistanda Rusiya hərbçisi diri-diri yandı
23/01/2021 [09:56]:
Azərbaycanın valyuta ehtiyatları son 1 ildə cüzi artıb
23/01/2021 [00:22]:
Yaponiya səfirliyi “Tokio-2020” ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
22/01/2021 [23:29]:
Maliyyə Nazirliyi hərbçilərin maaşlarının azalmasına aydınlıq gətirib
22/01/2021 [22:34]:
Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Qarabağ məsələsi müzakirə olunub
22/01/2021 [21:47]:
Mərkəzi Bank: Tədavülə 500 manatlıq pul nişanı buraxılmayıb
22/01/2021 [20:58]:
Gürcüstan bütün istiqamətlərə aviareysləri bərpa edir
22/01/2021 [20:02]:
Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı
22/01/2021 [19:18]:
Azərbaycanda son sutkada 280 nəfər yoluxub - 11 nəfər vəfat edib
22/01/2021 [18:32]:
Zinəddin Zidan koronavirusa yoluxub
22/01/2021 [17:47]:
XİN Avropa Parlamentinin qətnaməsini pisləyib
22/01/2021 [17:05]:
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
22/01/2021 [16:44]:
Azərbaycanlı abayşünaslar TÜRKSOY-un “Abay 175 il” medalı və fəxri fərmanlarla ilə təltif olunub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda qadın itkin düşüb
Qazaxıstanlı deputat: Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Səfirlik: “Azərbaycanı ADSW-də həmişə görmək istəyirik”
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Yanvarın 21-ə hava proqnozu
SOCAR-da struktur dəyişikliyi - yenilənib
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikandan cavab gəlib
Azərbaycanlı rejissor vəfat edib
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin