Ölüm aclığı keçirən jurnalist prezidentə yazdı

27/07/2020 [11:21] - Cəmiyyət (316)



“Yeganə günahım sizin çağırışınıza uyğun olaraq rayonda baş verən neqativ hallar barədə məqalələr yazmağımdır”  

Jurnalist Zaur Qənbərov ölüm aclığına başlayıb. Bununla bağlı o, özünün facebook divarında status paylaşıb.
 
Həmin statusu təqim edirik:
ÖLÜM ACLIĞI ELAN EDİRƏM

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Möhtərəm Prezident,

Ölkəmizin çox ciddi problemlərlə üzləşdiyi bir zamanda Sizə müraciət etmək mənim üçün çox ağır olsa da, başqa əlacım yoxdur.

Bu ilin may ayının 4-də peşə fəaliyyətimi həyata keçirərkən Gədəbəy rayon İcra Hakimiyyəti başçısı İbrahim Mustafayevin tapşırığı ilə DSMF-nın Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov tərəfindən döyülmüşəm. Buna baxmayaraq, İbrahim Mustafayevin göstərişi ilə Gədəbəy rayon Polis Şöbəsində qarşı tərəfə yox, mənə qarşı cinayət işi qaldırılıb və qərəzli şəkildə tamamlanaraq prokurorluğa göndərilib. Keçmiş prokuror Allahverdi Səfərov mənə qarşı Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə saxta cinayət başlayıb. İstintaqa və prokurorluğa təqdim etdiyim heç bir sübut və etiraz qəbul edilmədən mən təqsirli hesab edilmişəm. İstintaqın qərəzli aparıldığına dair daxili işlər nazirinə və baş prokurora yazdığım bütün şikayətlər araşdırılmaq üçün yerli qurumlara, bu qərəzli istintaqı aparan qurumlara göndərilib. Belə görünür ki, İbrahim Mustafayev qardaşı İsgəndər Mustafayev vasitəsilə bu orqanların rəhbərlərindən mənim həbsimə icazə alıb.

Cənab Prezident,

Mən Azərbaycan Konstitusiyasına və Müqəddəs Qurana and içərək bildirirəm ki, mənim günahım yoxdur. Mənim guya onları döyməyim haqqında DSMF-nin Gədəbəy rayon şöbəsinin 11 nəfər korrupsiyaya qurşanmış işçisinin imzaladığı akt saxtadır. 

Əksinə həmin gün mən döyülmüsəm, telefonum sındırılıb, təhqir edilmişəm. Mənim yeganə günahım sizin çağırışınıza uyğun olaraq rayonda baş verən neqativ hallar barədə məqalələr yazmağım və həmin məqalənin aid olduğu qurumların rəhbərlərindən, o cümlədən İbrahim Mustafayevdən bu yazıları silmək müqabilində "hörmət" qəbul etməməyimdir. Mənim əlimdə günahsızlığımı sübut edən çoxsaylı əsaslı sübutlar var və həmin sübutları obyektiv istintaq aparılacağı təqdirdə təqdim edəcəm. Mən öz qanunsuz mühakiməm ilə barışa bilmərəm və bu qanunsuzluğa etiraz olaraq bu gündən ölüm aclığına başlayıram. 

Sizin bu hadisəni öz nəzarətinizə götürəcəyiniz günədək aclığı davam etdirəcəm”.

İran ABŞ-la əməkdaşlıq etməyə hazırdır
Naxçıvanda yenidən zəlzələ olub
Moskvada mitinq qarşıdurmaya çevrilib - Saxlanılanlar var
Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb
SOCAR-da struktur dəyişikliyi - yenilənib
Xəbər lenti
23/01/2021 [23:42]:
İran ABŞ-la əməkdaşlıq etməyə hazırdır
23/01/2021 [22:16]:
Azərbaycanın Çindən idxalı ötən il 1,4 mlrd. dollardan çox oub
23/01/2021 [21:18]:
Naxçıvanda yenidən zəlzələ olub
23/01/2021 [20:09]:
Azərbaycanın aparıcı broyler müəssisəsi iflas edib
23/01/2021 [19:27]:
Moskvada mitinq qarşıdurmaya çevrilib - Saxlanılanlar var
23/01/2021 [18:54]:
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib
23/01/2021 [17:41]:
Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb
23/01/2021 [16:38]:
SOCAR-da struktur dəyişikliyi - yenilənib
23/01/2021 [15:15]:
2783 şəhidin ailə üzvlərinə sosial ödənişlər təyin olunub - rəsmi
23/01/2021 [14:41]:
Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyası ilə əlaqədar Strasburqa səfər edəcək
23/01/2021 [13:36]:
“Qalatasaray”ın yeni transferi İstanbula gəlib
23/01/2021 [12:23]:
Qarabağda daha 5 erməni hərbçisinin qalıqları tapıldı
23/01/2021 [11:12]:
Ermənistanda Rusiya hərbçisi diri-diri yandı
23/01/2021 [09:56]:
Azərbaycanın valyuta ehtiyatları son 1 ildə cüzi artıb
23/01/2021 [00:22]:
Yaponiya səfirliyi “Tokio-2020” ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
22/01/2021 [23:29]:
Maliyyə Nazirliyi hərbçilərin maaşlarının azalmasına aydınlıq gətirib
22/01/2021 [22:34]:
Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Qarabağ məsələsi müzakirə olunub
22/01/2021 [21:47]:
Mərkəzi Bank: Tədavülə 500 manatlıq pul nişanı buraxılmayıb
22/01/2021 [20:58]:
Gürcüstan bütün istiqamətlərə aviareysləri bərpa edir
22/01/2021 [20:02]:
Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı
22/01/2021 [19:18]:
Azərbaycanda son sutkada 280 nəfər yoluxub - 11 nəfər vəfat edib
22/01/2021 [18:32]:
Zinəddin Zidan koronavirusa yoluxub
22/01/2021 [17:47]:
XİN Avropa Parlamentinin qətnaməsini pisləyib
22/01/2021 [17:05]:
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
22/01/2021 [16:44]:
Azərbaycanlı abayşünaslar TÜRKSOY-un “Abay 175 il” medalı və fəxri fərmanlarla ilə təltif olunub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda qadın itkin düşüb
Qazaxıstanlı deputat: Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Səfirlik: “Azərbaycanı ADSW-də həmişə görmək istəyirik”
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Yanvarın 21-ə hava proqnozu
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikandan cavab gəlib
SOCAR-da struktur dəyişikliyi - yenilənib
Azərbaycanlı rejissor vəfat edib
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin