22 iyul – Azərbaycanda
Milli Mətbuat və Jurnalistika günü kimi qeyd edilir. Düz 145 il öncə, 1875-ci
il iyulun 22-də, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük maddi və
senzura çətinliklərinə rəğmən ana dilində "Əkinçi" qəzetinin nəşrinə
başlayır.
Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas
zamanlarda məhz şücaətli jurnalistlər öz çevik fəaliyyətilə içtimaiyyətin köməyinə
gəlib. Bu gün də, dünyada və cəmiyyətimizdə baş verən mühüm hadisələr zamanı
yorulmadan çalışanlar, həqiqəti göstərmək üçün vuruşanlar, daim araşdıranlar,
olanları çatdıranlara ən böyük ehtiyac duyulur.
“Azercell Telekom” MMC də Milli Mətbuat və Jurnalistika
Günündə jurnalistlərin əhəmiyyətli fəaliyyətini qiymətləndirərək, onların çevik
və fasiləsiz şəkildə çalışmalarına dəstək vermək üçün öz hədiyyəsini təqdim
edir. 21-27 iyul müddətində 7.000 Mediacell tarifi istifadəçiləri simvolik
“1875” açar sözünü “5005” qısa nömrəsinə göndərməklə Azercell-dən hədiyyə
olaraq 5GB mobil internet əldə edə bilər. Qeyd edək ki, 5GB həcmində mobil
internetdən yükləndiyi gündən etibarən bir ay (30 gün) ərzində istifadə etmək
mümkündür.
Daha ətraflı məlumatla https://www.azercell.com/az/personal/campaigns/monthly/metbuat
səhifəsindən tanış olmaq mümkündür.
Mətbuat nümayəndələri üçün “Mediacell” adlı xüsusi tarif
paketi təklif edən ilk operator olan, ölkəmizdə jurnalistikanın inkişafına yönəlik
bir sıra layihələr həyata keçirən Azercell, hər zaman bu istiqamətdə müxtəlif təşəbbüslərlə
çıxış edib. Şirkət xaricdən dəvət olunan təlimçilərin iştirakı ilə seminarlar və
məlumat sessiyaları təşkil edərək, jurnalistlərin peşəkar inkişafına öz töhfəsini
verib, onların beynəlxalq təcrübələrdən bəhrələnməsinə şərait yaradıb.
Vurğulamaq istərdik ki, indiyədək 450-dən çox jurnalist Azercell-in ingilis
dili üzrə təşkil etdiyi kursların iştirakçısı olub.
Bizi xəbərsiz qoymadığınız üçün təşəkkür edirik, dəyərli
media əməkdaşları!