Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil
operatoru “Azercell Telekom” MMC
internet istifadəçilərini sevindirərək növbəti kampaniyaya başlayır.
Kampaniya çərçivəsində müştərilər cəmi 119 AZN ödəməklə 4G MİFİ cihazına,
pulsuz Data tarifində olan Fakturasız Xətt nömrəyə və 3 ay boyunca 10 GB həcmində
internetə sahib olur.
Xatırladaq ki, 4G MiFi cihazları eyni zamanda 10
istifadəçiyə uzunmüddətli işləmək imkanı, sabit siqnal və sürətli internetdən
yararlanmaq imkanı təqdim edir.
Kampaniya yalnız fiziki şəxs
olan abunəçilər üçün nəzərdə
tutulub. Cihazların sayı məhdud
olduğundan bu fürsətdən faydalanmağa tələsin!