Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətinin uğurlu nəticələri olaraq ölkəmizdə aparılan infrastruktur layihələrin ardıcıl şəkildə icrasının şahidi oluruq. Su həyat mənbəyi olduğu üçün bu infrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu işlərin nəticəsi olaraq enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratdı ki, biz özümüzü artıq uzun müddət ərzində elektrik enerjisi ilə təmin edə bilək. Bizim əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranıb və 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir. Ölkəmizdə qazlaşdırma 96 faizə çataraq dünya miqyasında ən yüksək göstəricilərdən biri olub.
Aparılan siyasətin müsbət tərəflərindən biri də nəqliyyat infrastrukturu böyük dərəcədə müasirləşib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə öz çıxışında qeyd etmişdir ki, bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıbdır. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Və mütləq şəkildə Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır.
Bu infrastrukturda aparılan uğurlu işlərdən biri də Oğuz-Qəbələ-Bakı su kəməridir. Bununla belə Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Buradan su təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir;
Digər böyük layihələr olan Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğularının, cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarlarının inşa edilməsi də xüsusi qeyd edilməlidir.
Dövlətimiz hər zaman içməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyaraq bu sahəni də müasir texnologiyalarla təmin edir.
Biz öz Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyir, Azərbaycanın inkişafı naminə həyata keçirdiyi bütün layihələri alqışlayırıq.
Çingiz Dadaşov
Nəsimi rayon sakini