"Tovuz rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal cəhdi nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı onu göstərir ki, çətin müharibə və pandemeya şəraitində də dövlətimiz təcavüz aktından zərər cəkən vətəndaşların yanında olmağa çalışır".
İstiqlal.az xəbər verir ki, bu fikirləri Qulamhüseyn Əlibəyli bildirib. O, vurğulayıb ki, erməni qüvvələrinin intensiv atəşinin davam etməsinə baxmayaraq Tovuz rayonunda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinə başlanılması əhəmiyyətli bir addımdır və düşmənə layiqli cavablardan biridir.