Dünyada COVID-19-a yoluxanların ümumi sayı 16 milyon 189 min 617 nəfərə çatıb.
Musavat.com xəbər verir ki, statistikaya əsasən, dünyada 647 min 597 insan pandemiyanın qurbanı olub, 9 milyon 907 min 232 nəfər sağalıb.
Dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb - 4 milyon 315 min 684 nəfər. Burada 149 min 397 nəfər virusun qurbanı olub.
Siyahıda ikinci yerdə Braziliya gəlir. Cənubi Amerika ölkəsində 2 milyon 396 min 434 insan koronavirusa yoluxub, 86 min 496 nəfər ölüb.
Hindistan COVID-19-a yoluxma hallarının sayına görə 3-cü yerdədir. Burada 1 milyon 385 min 494 insan koronavirusa yoluxub, 32 min 096 nəfər pandemiyanın qurbanı olub.
Rusiyada isə 806 min 720 koronavirusa yoluxub, 13 min 192 insan ölüb.
Qeyd edək ki, virusa ən çox yoluxma hallarının sayına görə siyahıda Peru, Meksika, İspaniya, Almaniya, Britaniya, Türkiyə və digər ölkələrin də adı var. Ötən gün Koreya Xalq Demokratik Respublikasında da koronavirusa ilk yoluxma qeydə alınıb. Bununla da koronavirusun qeydə alındığı ölkələri sayı 214-ə çatıb.