
Bütün dünyanı cənginə almış pandemiya tibbi-sağlamlığ poblemləri ilə yanaşı sosial-iqtisadi, mənəvi –psixoloji çətinliklər də yaşadır insanlara. Ona görə də istər-istəməz insanlar arasında haqlı narazılıqlar, cəmiyyətdə mütəmadi olaraq sarsıntılar yaşanır. Lakin pandemiyanın ilk günlərindən Azərbaycan Dövləti başçısı cənab İlham Əliyevin göstərişi və qəbul etdiyi qərarlarla bütün qabaqlayıcı tədbirlər nəticəsində hər şey tam nəzarətə götürüldü. Bununla yanaşı xalqımız neçə illərdir ki, daha təhlükəli düşmənlə mübarizə və müharibəni davam etdiri. Torpaqlarımızın 20 faizini tapdaq altında saxlayan Ermənistan elan olunmuş atəşkəs rejimini mütəmadi olaraq pozmaqda davam edir, təxribatlar törədir. Amma əlbəttə ki, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun vasitəsi ilə bu təxribatların qarşısı layqincə alınır və düşmənə tutarlı cavablar verilir. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirakı zamanı cənab Prezident bir daha səsləndirdi. Bir daha şahidi olduq ki, dövlət başçısı yenədə ən çətin zamanlarda öz vətəndaşının yanındadır. Bildiyimiz kimi, iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozaraq gərginliyi artırmaq məqsədilə növbəti təxribatı törətdi. İşğalçı ölkənin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iriçaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir.İşğalçı ermənilər sevinir, çünki başa düşürlər ki, əgər bu müharibə davamlı olarsa, Azərbaycanın gəlirləri azalacaq, ona görə öz xərclərini azaldacaq, lazımi həcmdə silah-sursat ala bilməyəcək və beləliklə, zəifləyəcək və Ermənistan da bundan faydalanacaq. Lakin buna baxmayaraq,bizim dövlət başçımız İlham Əliyev onların sevinməyinə icazə vermiyəcək. O, hər zaman öz xalqının yanında olubdur və hər zaman da olacaqdır. Biz bunun bariz nümunəsi kimi 2016-cı il Aprel döyüşləri zamanı mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı görülən işlər zamanı şahidi olmuşuq.
Hal-hazırda dövlət başçısının müvafiq sərəncamı ilə Tovuz rayonuna dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər görülür. Onu da qeyd etməliyik ki, hər bir dövlətin tərəqqisini sürətləndirən başlıca amillərdən biri də cəmiyyətdə stabilliyin, vətəndaş rifahının təmin edilməsidir. Bu yöndə ölkəmizdə görülən işlər göz qabağındadır. Bütün bu işlər ölkə Prezidentinin uğurlu siyasətinin nəticəsidir.
Günel Fərəczadə
Nəsimi RİH könüllüsü