"Hindistan-Çin sərhəd bölgələrində münaqişənin azaldılması istiqamətində razılığa gəliblər"

24/07/2020 [12:47] - Dünya (286)



Hindistan-Çin sərhədi boyunca Faktiki Nəzarət Xətti (LAC) məsələsinə dair Hindistanın Xarici İşlər Nazirliyinin sözçüsü Anurag Srivastava son bir neçə həftə ərzində Faktiki Nəzarət Xətti sərhəd bölgələrindəki vəziyyətlə əlaqədar bir sıra açıqlamalar verərək Hökumətin mövqeyini açıq şəkildə bildirib. 

İstiqlal.az xəbər verir ki, Faktiki Nəzarət Xəttinə hörmətlə yanaşmaq və ciddi şəkildə əməl etmək sərhəd bölgələrində sülhün və əmin-amanlığın əsasını təşkil edir. Hindistan və Çin tərəfindən 1993-cü ildən bəri bağlanmış bir neçə müqavilə bunu qətiyyətlə təsdiqləyir. 26 iyun tarixli açıqlamasında, o qeyd edib ki, Çin qüvvələrinin bu ilki davranışları, o cümlədən böyük qoşunların yerləşdirilməsi və davranışdakı dəyişikliklərin əsassız və səbəbsiz iddialarla müşayiət olunması bütün qarşılıqlı razılaşmalara tam riayət edilmədiyini göstərir. Hindistan tərəfinin Faktiki Nəzarət Xəttinə tam hörmətlə yanaşmağa və əməl etməyə sadiq olduğu və Faktiki Nəzarət Xətti boyunca status-kvonun dəyişdirilməsi üçün birtərəfli cəhdlərin qəbul edilməyəcəyini də açıq şəkildə bildirilib.

Xüsusi Nümayəndələrin söhbəti zamanı tərəflər sülh və əmin-amanlığın tam bərpası üçün Faktiki Nəzarət Xətti boyunca qoşunların tamamilə geri çəkilməsi və Hindistan-Çin sərhəd bölgələrində münaqişənin azaldılması istiqamətində müəyyən tədbirlərin görülməsinə dair razılığa gəliblər.
Bu məqsədə sürətlə nail olmaq üçün hər iki tərəf qurulmuş diplomatik və hərbi kanallar vasitəsilə müzakirələr aparır. İyulun 14-də baş komandirlərin görüşünün dördüncü mərhələsi keçirilib və burada da geri çəkilməni təmin etmək üçün planlaşdırılan növbəti tədbirlər müzakirə edilib. Bununla əlaqədar, Hindistan-Çin Sərhəd Məsələlərinə dair Məsləhətləşmə və Əlaqələndirmə üzrə İş Mexanizminin daha bir görüşünün də  həmçinin yaxın vaxtlarda planlaşdırılması gözlənilir. Daha əvvəl qeyd edildiyi kimi, sərhəd bölgələrində sülhün və əmin-amanlığın qorunması ikitərəfli münasibətlərimizin əsasını təşkil edir. Beləliklə, Çin tərəfinin Xüsusi Nümayəndələrin razılığa gəlinən ən qısa müddətdə sərhəd bölgələrində sülhün və əmin-amanlığın bərpa edilməsi, eləcə də geri çəkilmə və münaqişənin azaldılması üçün Hindistanla birgə səmimiyyətlə fəaliyyət göstərməsi gözlənilir.
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
29/09/2020 [23:58]:
Pens yaxın günlərdə ABŞ-da koronavirusa yoluxanların sayının artcağını hesab edir
29/09/2020 [21:39]:
İsveçrə iqtisadiyyatı 40 illik minimuma enib
29/09/2020 [20:30]:
Qətlə yetirilmiş 100-ə yaxın insanın meyiti aşkarlandı
29/09/2020 [19:59]:
İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu
29/09/2020 [19:32]:
27 sentyabr
29/09/2020 [19:05]:
Hikmət Hacıyev: “Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğu barədə xəbərlər cəfəngiyyatdır”
29/09/2020 [18:45]:
Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var
29/09/2020 [18:32]:
Misir 2023-cü ilədək benzin idxalından imtina edəcək
29/09/2020 [17:59]:
Hərbi vəziyyət milli birliyə çağırışdır
29/09/2020 [17:35]:
Xalq, dövlət, ordu birliyi
29/09/2020 [17:26]:
"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı
29/09/2020 [17:20]:
Bütün xalqın birliyi!
29/09/2020 [17:00]:
Dövlət, Xalq, Ordu Birliyi
29/09/2020 [16:49]:
“Srvena Zvezda” Ermənistana getmək istəmir
29/09/2020 [16:41]:
Siyasi həmrəyliyin nümunəsi
29/09/2020 [16:24]:
Ölkənin siyasi partiyaları Prezidentin yanındadır
29/09/2020 [15:44]:
Çin yuanı ABŞ dollarına qarşı son 10 ilin ən yüksək dinamikasını nümayiş etdirib
29/09/2020 [15:33]:
Hərbi vəziyyət elan edilməsi haqqında Fərman tarixi ədalətin bərpa olunması qərarıdır
29/09/2020 [15:17]:
SİYASİ PARTİYALAR AZƏRBAYCAN HÖKÜMƏTİNIN YANINDADIR
29/09/2020 [15:00]:
Xalqı birləşdirən siyasət
29/09/2020 [14:40]:
AZƏRBAYCAN XALQI HAQQ UĞRUNDA MÜBARİZƏYƏ DƏSTƏKDİR
29/09/2020 [14:39]:
Qış hazırlığını edərkən bunlara DİQQƏT EDİN
29/09/2020 [14:12]:
Azərbaycan Respublikası Prezidentinin Hərbi Vəziyyət elan edilməsi haqqında fərmanı.
29/09/2020 [13:50]:
Azərbaycan siyasi partiyaları dövlətin yanındadır
29/09/2020 [13:41]:
Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir
"Barselona"nın futbolçusu İngiltərə klubunda
Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb
Qulamhüseyn Əlibəyli: Tofiq bəyin tezliklə tam azadlıqda olmasını arzu edirəm
"Alverçi deputat" kimdir? - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin