Ermənistan ordusu iyulun 12-dən başlayaraq Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq xaincəsinə və həmişə olduğu kimi qəsdən Azərbaycan ordusunun mövqelərini və eyni zamanda da mülki əhalini, yaşayış məntəqələrini intensiv atəşə tutub. İri çaplı silahlardan ağır artilleriya qurğularından açılan atəşlər nəticəsində sərhəd kəndlərində yaşayan dinc əhaliyə dövlətə məxsus əmlaka, infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Həmişə olduğu kimi, bu dəfə də Azərbaycan dövləti öz vətəndaşlarını darda qoymayıb. Prezident İlham Əliyev mülki əhaliyə, kəndlərə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəyən ziyanın aradan qaldırılmasına dair sərəncam imzalayıb. Bu sərəncamla dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi müvafiq qurumlara tapşırıb.
Dəymiş ziyanın aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçirilir. Bu məqsələ işçi qrupu yaradılıb və mütəxəssislər Tovuz rayonuna ezam edilib.
Dəymiş ziyan qısa müddətdə qiymətləndiriləcək və dəymiş ziyanın aradan qaldırılması üçün tədbirlər planı hazırlanacaq. Tovuz rayonunun 6 kəndi – Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü ciddi dağıntıya məruz qalıb. Vətəndaşlarımıza məxsus 35 ev müxtəlif dərəcədəziyan çəkib. Dövlətə məxsus əmlak – qaz borularına, elektrik xətlərinə, sosial və rabitə infrastrukturuna da zərər dəyib. Dəymiş zərərin tezliklə aradan qaldırılması işlərinə dövlət başçısı şəxsən nəzarət edir. Azərbaycan dövləti həmişə olduğu kimi yenə də öz vətəndaşının yanındadır. Görülən işlər təkcə bərpa ilə bitmir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş hərbiçilərimizin ailələrinin qayğıları da dövlətin diqqət mərkəzindədir. Atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində həlak olan şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsi, qayğıları daim Heydər Əliyev Fondunun nəzarətində olacaq. Bu istiqamətdə artıq müvafiq tədbirlərə başlanılıb. Azərbaycan vətəndaşlarının, Azərbaycanın ərazi bütövlüyüynü qoruyan qəhrəman, igid hərbiçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır.
Səkinə Zülfiqarova
Nəsimi rayonu təhsil işçisi