Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il iyul ayının 12-dən başlayaraq Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində qəsdən və hədəflənmiş şəkildə mülki əhalini,yaşayış məntəqələrini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhaliyə,dövlətimizin əmlaklarına,o cümlədən infrastruktur obyektlərimizə ciddi ziyan vurmuşdur. Bu ziyanın aradan qaldırılması ilə bağlı Cənab prezident İlham Əliyevin 20 iyul 2020-ci il sərəncamı bir vətəndaş kimi mənim və mənim kimi vətənimizin bir çox oğul və qızlarının ürəyincə oldu.
Əsas ziyanın Tovuz rayonunun 6 yaşayış kəndinə - Ağdam, Əlibəyli, Dondar-Quşçu,Vahidli,Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəydiyi məlum olmuşdur. Kəndə, dinc əhalinin şəxsi əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün tədbirlər planı hazırlanıb, zərər dəymiş obyektlərin tam bərpası işlərinin həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilmişdir.
Cənab Prezident İlham Əliyevin Tovuz rayonunda bərpa işlərinin həyata keçirilməsi ilə bağlı verdiyi sərəncam onu deməyə əsas verir ki,dövlət hər zaman öz vətəndaşlarının yanındadır.
Biz ölkə vətəndaşı olaraq inanırıq ki,2016-cı ildə Aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəki aparılan bərpa işləri kimi,Tovuz rayonunun kəndlərinə də dəymiş ziyan tez bir zamanda aradan qalxacaq və yenidən bərpa olunacaqdır.
Prezident-xalq birliyinə eşq olsun!
Nəsimi rayon sakini
Vaqif Qasımov