Xalqın rifahı dövlətin ən başlıca məsələlərindəndir.

23/07/2020 [14:05] - Cəmiyyət (298)



Vətənimizin torpaqlarına qarşı hər zaman ərazi iddiaları irəli sürən Ermənistan dövləti yenidən 12 iyul tarixində Tovuz rayonu istiqamətində ağır artilleriya silahlarından  istifadə edərək növbəti təxribatlara cəhd göstərmişdir.Təxribatlar zamanı əsas ziyan Tovuz rayonunun 6 kəndinə- Ağdam,Əlibəyli, Dondar Quşçu,Vahidli,Yuxarı  Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib.Xüsusilədə dinc əhaliyə və əsgərlərimizə qarşı göstərilən bu pis niyyətli əməllər nəticəsində ordumuzda hərbi xidmətini yerinə yetirən 12 nəfər əsgərimiz şəhid olmuş və eyni zamanda  dövlət əmlakına və 35 yaşayış məntəqəsinə zərər dəymişdir.Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə Tovuz rayonunun zərər dəymiş ərazilərinin yenidən bərpası üçün müxtəlif tədbirlər həyata keçirilmişdir və dərhal işçi qurupu yaradılıb,mütəxəssislər cəlb edilib,ekspertlər həmin ərazilərə ezam olunmuşlar.Ekspertlər tərəfindən zərər çəkmiş ərazilər yoxlanılıb qiymətləndirildikdən sonra hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaqdır.Zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikası Prezidentinə  təqdim ediləcəkdir.Bütün işlərin gedişi dövlət başçısının  şəxsi nəzarətindədir.Tez bir zamanda Tovuz rayonunun zərər dəymiş əraziləri əvvəlki vəziyyətinə qaytarılacaqdır.Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır. Dövlətimiz vətən uğrunda vuruşanları,şəhid olanları canını fəda edənləri heç vaxt unutmur,onlara və ailə üzvlərinə hər zaman dəstək olur.Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilmişdir. Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçinin ailə üzvlərinin bütün qayğılarının daim Heydər Əliyev Fondunun nəzarətində olması haqqında tapşırıq vermişdir. Şəhid ailələri birdəfəlik yardım  və dövlət hesabına evlə təmin olunur (indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib).  2016-cı il Aprelin 1-dən 2-nə keçən gecə Ağdam və Tərtərdə baş vermiş Aprel döyüşlərində də Erməni silahlı qüvvələrinin intensiv atəşi nəticəsində mülki əhaliyə ziyan dəymiş və ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında 2016- cı il may ayının 2-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən,mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat vəsait ayrılmışdır Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib,8 ev bərpa olunub həmçinin 19 evdə əsaslı,231 evdə isə cari təmir işləri aparılıb.Bundan başqa Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir edilib.Ağdam rayonunda 5-i üçotaqlı,3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib,15 ev tamamilə bərpa olunub,27 ev əsaslı təmir edilib,693 evdə cari təmir işləri görülüb.Bundan əlavə bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilib.Bütün ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi,təmiri və bərpası işləri 6 ay ərzində başa çatdırılmışdır.Cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur,yeni qəsəbələr salinir,yeni təsərrufatlar,müəssisələr yaradılır.Aprel döyüşləri nəticəsində düşməndən geri aldığımız Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və “Böyük Qayıdış” ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər buna əyani misaldır.
Bütün bu görülən işlər bir daha təsdiqlədi ki Azərbaycan dövləti və Xalqı hər zaman bir-birini dəstəkləyir.

Zidan Həsənli
Nəsimi RİH könüllüsü

Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Xəbər lenti
24/09/2020 [23:58]:
Dünyanın 100 nüfuzlu şəxsi bəlli oldu - SİYAHI
24/09/2020 [21:27]:
Bişmiş qarğıdalının FAYDALARI
24/09/2020 [20:39]:
Almaniya əlavə 96 mlrd. avro borc alacaq
24/09/2020 [18:49]:
Hikmət Hacıyev: “Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur”
24/09/2020 [18:22]:
“Trabzonspor” klubu “Lester”in futbolçusunu transfer edib
24/09/2020 [17:33]:
"S&P": Qlobal bank sektoru 2023-cü ildən tez bərpa olunmayacaq - PROQNOZ
24/09/2020 [16:19]:
"Lukaşenko Almaniyadan təbrik gözləməsin" - Rəsmi Berlin
24/09/2020 [16:03]:
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
24/09/2020 [15:43]:
Yaxın günlərdə güclü maqnit fırtınası olacaq
24/09/2020 [15:11]:
Bundan sonra onlayn sifarişlərlə bağlı gömrüyə getməyə ehtiyac yoxdur
24/09/2020 [14:30]:
Bir ili 3,14 sutkaya bərabər olan planet tapılıb
24/09/2020 [13:15]:
İran Təbriz-İstanbul-Təbriz marşrutu üzrə fövqəladə aviareys təşkil edəcək
24/09/2020 [13:00]:
Lukaşenkodan gizli inauqurasiya ilə bağlı
24/09/2020 [12:52]:
İlham Əliyev sərəncam imzaladı
24/09/2020 [12:51]:
İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur
24/09/2020 [12:44]:
Xərçəngin qeyri-adi simptomu bəlli oldu
24/09/2020 [12:31]:
Tbilisidə Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlərinin görüşü keçirilib
24/09/2020 [12:23]:
Pentaqon rəhbəri İsrailin Yaxın Şərqdəki üstünlüyünü qoruyacaqlarına söz verib
24/09/2020 [11:45]:
"Barselona"nın futbolçusu İngiltərə klubunda
24/09/2020 [11:15]:
Avstraliya koronavirus vaksininə 88 milyon dollardan çox sərmayə yatıracaq
24/09/2020 [10:52]:
“COVİD-19 əleyhinə kollektiv immunitetin əldə olunmasına hələ çox var”
24/09/2020 [10:00]:
"WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ! Yeni funksiya gəlir
23/09/2020 [23:59]:
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
23/09/2020 [21:48]:
Bu vitaminlər gözü xəstəlikdən qoruyur
23/09/2020 [20:22]:
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avropa Liqasında 42 oyun keçirilib
Amerikalilar Lenin mumiyasının alınmasına görə 50 milyon dollar topladılar
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
Vyanada bal mövsümü ləğv edilib
Qara pullar - tanınmış iş adamı yazır
Səfərbərlik Xidməti açıqlama yaydı
Əsgərimiz yaralanıb - Rəsmi açıqlama
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin