Tovuz döyüşləri

23/07/2020 [13:15] - Cəmiyyət (517)



Azərbayacan Ordusu şanlı Aprel, uğurlu Naxçıvan əməliyyatından sonra Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat zamanı sarsıdıcı zərbə alıb. İşğalçı ölkənin Silahlı Qüvvələri erməni xislətinə tam uyğun şəkildə yenə də mülki əhalini, yaşayış məntəqlərini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub. Bunun nəticəsində həmin kəndlərdə yaşayan əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Prezident İlham Əliyev dərhal sərəncam imzalayıb.
     
Artıq qarşıya qoyulan vəzifələrin icrasına başlanılıb. Bu onun göstəricisidir ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır. Prezidentin sərəncamından dərhal sonra Tovuz rayonunda başlanan bərpa işləri və görülən təcili tədbirlər, məhz deyilənlərin əyani sübutudur. Bu məqsədlə İşçi Qrupu yaradılıb, ekspertlər rayona ezam olunub. Təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq.
İlkin qiymətləndirmələrə görə Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə ciddi ziyan dəyib, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. Eyni zamanda kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturu ziyan çəkib.
      
Həm vətəndaşlar, həm də dövlət əməlakına dəyən ziyanın tezliklə aradan qaldırılması biləvasitə Prezidet İlham Əliyevin nəzarətindədir. Bütün qüvvələr səfərbər edilib ki, kəndlərdə həyat tezliklə  əvvəlki axarına qayıtsın. Bununla yanaşı Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısının tapşırığı ilə  şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib. Yeri gəlmişkən, Birinci vitse-prezident Mehriban Əliyeva da Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib, onların ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq. Azərbaycan dövləti eyni zamanda vətəndaşının təhlükəsiz yaşaması üçün bütün təbirlər görülür.  Azərbaycan xalqı Ordumuzun qüdrətinə arxayındır.
      
Məlumdur ki, Ermənistan illərdir vandalizm siyasətinin davam etdirir. Təsadüfi deyil ki, zaman-zaman atəşkəs dövründə 30-dan çox azyaşlı uşaq erməni snayperinin qurbanı olub. Xatırlatmaq yerinə düşər ki, 2016-cı ilin Aprel döyüşləri zamanı da düşmən Ağdam və Tərtər rayonlarının təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iri çaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmuşdu. Nəticədə mülki əhalidən 6 nəfər həlak olmuşdu, 26 nəfər yaralanmışdı, 445 evə, 2 tibb məntəqəsinə, 5 məktəbə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ciddi ziyan dəymişdi. Ancaq Prezidentin sərəncamı ilə həmin vaxt Ağdam və Tərtər rayonlarının hər birinə 3 milyon manat vəsait ayrıldı, dəymiş ziyan altı ay ərzində bərpa olundu. Azərbaycan  eyni zamanda cəbhəyanı rayonlarda infrastruktur bərpa etməklə yanaşı  yeni qəsəbələr salır, yeni təsərrüfatlar, müəssisələr yaradılır.
       
Onu da bildirim ki, bu gün Ermənistanla həmsərhəd olan bütün yaşayış məntəqələrimizdə həyat öz axarında davam edir. Çüki hər kəs Ali Baş Komadana, dövlətinə və qüdrətli Azərbaycan Ordusuna güvənir. Azərbaycan əsgəri kimi, cəbhə bölgəsində yaşayan hər bir Azərbaycan vətəndaşı da öz əzmi, şücaəti ilə düşmənin istənilən təxribatına cavab verməyə hazırdır.

Aşur Cəbiyev 
 Nəsimi RİH künüllüsü

Hərbçilərimiz Laçını bayraqla bəzədi
Dövlətə məxsus müəssisələrdə şəffaflıq və səmərəliliyin təşviqi
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - sərəncam
Rusiya səfiri: “BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir”
Azərbaycanda daha 4426 nəfər COVID-19-a yoluxub
Xəbər lenti
01/12/2020 [22:32]:
Çavuşoğlu NATO XİN rəhbərləri ilə Qarabağı müzakirə etdi
01/12/2020 [21:43]:
Türkiyə İsrail ilə münasibətləri normallaşdırır
01/12/2020 [21:01]:
Azərbaycanla Özbəkistan arasında film sənayesində əməkdaşlıq müzakirə olunub
01/12/2020 [20:12]:
Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 63 hərbçi saxlanılıb
01/12/2020 [19:38]:
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib
01/12/2020 [18:46]:
Hərbçilərimiz Laçını bayraqla bəzədi
01/12/2020 [18:34]:
Fransa mükafatlarını almış Azərbaycanın elm və mədəniyyət xadimləri bəyanat imzalayıblar
01/12/2020 [18:13]:
Dövlətə məxsus müəssisələrdə şəffaflıq və səmərəliliyin təşviqi
01/12/2020 [18:07]:
Qırğızıstan işğaldan azad olunmuş ərazilərə investiya yatıra bilər
01/12/2020 [17:32]:
Azərbaycan qeyri-neft sektorunda ÜDM artıb
01/12/2020 [17:24]:
Azərbaycandakı monitorinq mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçi olacaq
01/12/2020 [16:53]:
Bakıda xüsusi hərəkət zolaqları yaradılır
01/12/2020 [16:11]:
“Kəpəz”in baş məşqçisi 5 oyunluq cəzalandırılıb
01/12/2020 [15:58]:
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - sərəncam
01/12/2020 [15:26]:
Rusiya səfiri: “BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir”
01/12/2020 [14:44]:
Azərbaycanda daha 4426 nəfər COVID-19-a yoluxub
01/12/2020 [14:42]:
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb
01/12/2020 [14:31]:
Dekabrın 2-ə hava proqnozu
01/12/2020 [13:56]:
Post-müharibə dövrünün prioritetləri – qurculuq və sosial təminatın təşkili
01/12/2020 [13:48]:
Bu il 13 862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib
01/12/2020 [13:22]:
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
01/12/2020 [12:05]:
İlham Əliyev: Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub-yenilənib
01/12/2020 [11:48]:
OPEK neft hasilatının səviyyəsinə dair qərarı 1 il təxirə saldı
01/12/2020 [11:43]:
Türkiyə MN: Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb
01/12/2020 [11:29]:
Türkiyə Səfirliyi Azərbaycanı təbrik etdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin