Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?

20/07/2020 [12:11] - Gündəm (3648)



Çox təəssüf ki, koronavirusn ikinci dalğası başlayıb. 5 ay öncə gündəlik yoluxma 40-50 nəfər idisə, indi bu göstərici 10 dəfə artıb. Problem böyüdükcə sosial durum da gərginləşir. Xidmət və turizm obyektlərinin bağlanması təkcə orada çalışan insanların yox, həm də bu obyektləri ərzaqla təmin edən fermer təsərrüfatlarına, təchizatçılara böyük ziyanlar  vurub və vurmaqdadır.

Koronavirusa görə Azərbaycan iqtisadiyyatı hər gün 120-150 milyon manat itirir. Karantin rejimin 5 aydır davam etdiyini nəzərə alsaq, bu müddət ölkə iqtisadiyyatı 22-23 milyard manata qədər ziyana düşüb və düşməkdədir. Bu büdcə gəlirlərinin 90 faizindən çoxdur.

Üstəlik də neftin dünya bazarında ucuzlaşması büdcə gəlirlərinə əhəmiyyətli dərəcədə mənfi  təsir edir. Ancaq bəziyyət ümidsiz də deyil - ölkənin valyuta ehtiyatları da yetərincədir - həm Neft Fondunda, həm də Mərkəzi Bankın ehtiyat fondunda. 

Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 47  milyard 743,3 milyon  dollar təşkil edib.
Bunun 86,6%-i və yaxud 41 milyard 349,5 milyon dolları  Neft Fondunun , 13,4%-i və yaxud 6 milyar 393,8 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının  payına düşüb. Bu vəsait epedemiyanın ziyanlarını aradan qaldırmağa yetərlidir.

Bununla belə, hökumər həm karantin rejimindən minimal itki ilə çıxmaq, həm də post-epedemiya dövründə iqtisadiyyatın dirçəldilməsi üçün bir çox məsələləri həll etməlidir.

Birincisi, Neft Fondunun vəsaitləri hesabına ilin sonunadək əhali kommunal ödənişlərdən azad edilməlidir. Gəlirlərdən məhrum olan insanlar heç olmasa kommunal xərc yükündən azad olunmalıdır. 

İkincisi, ilin sonuna qədər yüksək maaş və pensiya alan zümrələrdən başqa bütün ailələrə yardımlar edilməlidir. İlin sonuna qədər bu yardımlar davamlı olsa, sosial gərginlik ocaqları passivləşmiş olacaq. Əks halda sosial gərginlik artan xətlə davam edəcək. Yaşamaq üçün heç bir resursu olmayan insanlarla sonsuzluğa qədər zor gücünə davranmaq mümkün deyil. Bütün bölgələrdə İsmayıllı hadisələrinin yaşanması istisna deyil. Nəzərə alın ki, İsmayıllı hadisləri hələ indiki ilə müqayisədə "xoşbəxt illərdə" baş vermişdi - 2013-cü ildə ölkəyə böyük neft pulları axırdı və 1 dollar 78 qəpik idi. Əhalinin ən azı kredit resurslarına çıxışı vardı - indi bunların heç biri yoxdur. Kasıb təbəqənin dəstəklənməsi həm də biznes strukturlarının çöküşününün qarşısını alacaq.

Üçüncüsü, Neft Fondunun vəsaitləri hesabına karantin rejimdən ziyan çəkən iş adamlarına da yardım edilməlidir. Əks-halda post-epedemiya dövrünə onlar fəaliyyətini bərpa edə bilməyəcək.

Dördüncüsü, iri dövlət şirkətləri və iri holdinqlər kasıb ailələrə yardım kampaniyaları təşkil etməlidir. Bu halda sosial gərginlik ocaqlarından biri də passivləşmiş olacaq. Hazırda yoxsul təbəqədə varlı zümrəyə qarşı total nifrət var və təəssüf bu nifrətin əsasları da var. Çünki iri şirkətlər karantin rejinində kasıb insanların yanında olmadı və olmaq da istəmədi. Belə kampaniyaları təşkili orta və kiçik iş admlarının da prosesə qoşulmasını şərtləndirə bilər və sosial gərginlik ocaqları xeyli  passivləşə bilər.  Bu kampaniyanın əsas şüarı belə olmalıdır - hər bir iş damı öz kəndinin, rayonun və şəhərinin kasıb insanlarına sahib çıxmalıdır.

Qadir İBRAHİMLİ
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
Xəbər lenti
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
15/01/2021 [13:26]:
Azərbaycanda palçıq vulkanı püskürüb
15/01/2021 [12:32]:
“Yeralaş” kinojurnalının bədii rəhbəri Boris Qraçovski koronavirusdan vəfat edib
15/01/2021 [11:48]:
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
Hərbi vəzifəli əsgər intihar edib
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin