Qazaxıstan COVID-19 ilə mübarizədə ÜST ilə sıx işləyir

17/07/2020 [23:15] - Dünya (239)



Cari ilin 17 iyul tarixində Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun regional direktoru, doktor Hans Kluqe, Qazaxıstanın paytaxtında Qazaxıstan Respublikasınln Səhiyyə Nazirliyinin mətbuat konfransı üçün video müraciətində, bunları qeyd edib: “Son bir neçə ay ərzində COVID-19 xəstəliyi və onunla mübarizə ilə bağlı yeni bilikləri əldə edərək, ÜST bu xəstəliyin təsnifatı üçün yeni kodları istifadəyə verib. Qazaxıstandan pnevmoniya hallarının nəzərəçarpacaq dərəcədə artması və bunun izahlarından biri də COVID-19 olması barədə məlumatlar daxil olub". 

İstiqlal.az xəbər verir ki, doktor H.Kluqe, ÜST-nin referans laboratoriyalarında testlərin keçirilməsi imkanını təsdiqləməyə razılıq verdiklərinə görə Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinə təşəkkürünü bildirib. Beləliklə, Qazaxıstanda yeni təhlükəli infeksiya yoxdur, bundan öncə aşkar olunmuş pnevmoniya ilə bağlı hallar ÜST-ün təsnifatına görə COVID-19-a aiddir. Bundan öncə bəzi xarici KİV-lər səhvən Qazaxıstan Respublikasında bundan öncə məlum olmayan xəstəliyin aşkar olunduğunu yazırdılar. Bu, dünyada böyük rezonans doğurub.  

Qazaxıstan yardım üçün dərhal Ümumdünya Səhiyyə Təşkilatına müraciət edib. Məlumatın diqqətlə araşdırılmasından sonra ÜST Qazaxıstanda COVID-19 nəticəsində yay pnevmoniyanın yayıldığını təsdiqlədi. Bu pnevmoniyanın özəlliyi ondan ibarətdir ki, bütün hallarda PZR test nəticələrin mənfi, lakin koronavirusun klinik və epidemioloji əlamətlərinə malik olmasıdır. Həm də ÜST-nın Qazaxıstan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kerolayn Klarinvalın bildirdiyinə görə Qazaxıstan Respublikasına ÜST-dən əlavə ekspert qrupu gələcək.

Bununla da, epidemiya ilə mübarizə çərçivəsində Qazaxıstan ÜST ilə sıx əlaqədə işləyir. Təşkilatla müntəzəm işçi məsləhətləşmələr Qazaxıstan Respublikasına epidemiyanın inkişaf uçotunun metodologiyasında düzəlişlər etməyə və onun müxtəlif formaları qeydə etməyə imkan verir. Bu günə kimi Qazaxıstanda digər əksək ölkələrdəki kimi, yalnız laboratoriya səviyyəsində təsdiq olunan COVID-19 halların uçotu aparılırdı.

Məsələ ondadır ki, iyunun üçüncü ongünlüyündən başlayaraq, ölkədə yoluxucunun qeyd edilmədən, yəni laboratoriya səviyyəsində təsdiqlənməyən virus pnevmoniyaların nəzərəçarpacaq dərəcədə artım müşahidə olunub. Bu isə, öz növbəsində, epidemiya ilə mübarizədə beynəlxalq praktikanı zənginləşdirir, çünki yeni koronavirus tam olaraq təhlil olunmayıb və onun müalicəsi üçün bütün mümkün əlamətlər vacibdir.

Ehtimal olunur ki, Qazaxıstanın təcrübəsi, çox güman ki, ÜST-ün qiymətləndirmələrə əsasən, COVID-19 ilə əlaqədar olan həddindən artıq ölüm halları olan ölkələr üçün faydalı olar. Ekspertlər güman edirlər ki, oxşar hallar təkcə Qazaxıstanda deyil, lakin, hər yerdə özünəməxsus spesifikası vardır.
Cari ilin 18 iyul tarixindən etibarən Qazaxıstanda COVID-19 ilə bağlı yoluxma və ölüm statistikası iki məlumat mənbəsindən formalaşdırılacaq: COVID-19-un laboratoriya səviyyəsində təsdiq olunan və dəqiqləşdirilməmiş virus pnevmoniyalarının halları. Bu, avtomatik olaraq, yoluxan insanların sayının artmasına gətirib çıxaracaq.

Lakin, bu yanaşma yoluxma ilə bağlı düzgün proqnozları etməyə, tibbi kadrlar, yataqlar, tibbi ləvazimat, dərman vasitələri kimi tələb olunan resursları adekvat şəklində planlaşdırmağa və statistikanın şəffaflığını təmin etməyə imkan yaradacaq. Qazaxıstanda beynəlxalq xəstəliklərin təsnifatının yeni kodlardan istifadə etməklə COVID-19-un yeni kodlaşmasına tam keçid cari ilin 1 avqust tarixindən başlanılacaq. 

Qazaxıstan Respublikasının Hökuməti yaxşı anlayır ki, yeni metodologiyasına keçid və yeni birləşdirilmiş statistikanın açıqlanması Qazaxıstanın koronavirus xəstəliyinə yoluxma və ölüm üzrə beynəlxalq reytinqində mövqenin pisləşməsinə gətirib çıxaracaq. 
Amma, ölkə Hökumətinin bu addımları Qazaxıstanın açıqlığını və koronavirus pandemiyaya qarşı birgə çıxış etməsinə və beynəlxalq ictimaiyyətlə sıx təmasda onun fəsadlarını öyrənməyə hazır olduğunu vurğulayır.

Qazaxıstanda COVID-19 epidemiyasının yeni kəskin artımı və yeni yoluxma hallarının kritik şəkildə yüksəlişi yoxdur. Məsələn, Con Hopkins Unversiteti və ya  worldometer.com kimi beynəlxalq statistikasında ölkənin yerinin kəskin şəkildə dəyişməsi ÜST-ün COVID-19 ilə bağlı təsnifatı üzrə bütün pnevmoniya xəstələnmələrin texniki artımı ilə əlaqədardır. 

Vətəndaşların yoluxmanın bütün halları (təsdiqlənmiş COVID-19 və pnevmoniya halları) Qazaxıstanın səhiyyə sistemi tərəfindən əvvəlcədən qeydə alınıb. Lakin COVID-19 ilə bağlı təsdiqləmələrin olmadığı üçün bu hallar ümumi epidemioloji statistikaya salınmamışdır.
Ümumilikdə, Qazaxıstanda cari ilin 5 iyulundan 2 avqustadək karantinin tədbiq edilməsi ölkədə COVID-19 ilə bağlı yoluxma vəziyyətini nəzərəçarpacaq dərəcədə stabilləşdirib, hazırda yeni halların artım dinamikası sutkada 1700-1800 səviyyəsində qorunub saxlanılır.

ÜST-də fövqəladə hallar üzrə Avropa regional direktoru Dorit Nitsenin (Dorit Nitzan, Regional Emergency Director, WHO Regional Office for Europe) fikrincə, əldə olan məlumatlara görə Qazaxıstanda epidemioloji vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşır. Bu gün, respublika əhalinin kütləvi test proqramını icra edir və maska taxilması, sosial məsafənin gözləməsi və insanların kütləvi yığışmaları ilə bağlı proqramı parallel olaraq həyata keçirdir.
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
29/09/2020 [23:58]:
Pens yaxın günlərdə ABŞ-da koronavirusa yoluxanların sayının artcağını hesab edir
29/09/2020 [21:39]:
İsveçrə iqtisadiyyatı 40 illik minimuma enib
29/09/2020 [20:30]:
Qətlə yetirilmiş 100-ə yaxın insanın meyiti aşkarlandı
29/09/2020 [19:59]:
İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu
29/09/2020 [19:32]:
27 sentyabr
29/09/2020 [19:05]:
Hikmət Hacıyev: “Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğu barədə xəbərlər cəfəngiyyatdır”
29/09/2020 [18:45]:
Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var
29/09/2020 [18:32]:
Misir 2023-cü ilədək benzin idxalından imtina edəcək
29/09/2020 [17:59]:
Hərbi vəziyyət milli birliyə çağırışdır
29/09/2020 [17:35]:
Xalq, dövlət, ordu birliyi
29/09/2020 [17:26]:
"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı
29/09/2020 [17:20]:
Bütün xalqın birliyi!
29/09/2020 [17:00]:
Dövlət, Xalq, Ordu Birliyi
29/09/2020 [16:49]:
“Srvena Zvezda” Ermənistana getmək istəmir
29/09/2020 [16:41]:
Siyasi həmrəyliyin nümunəsi
29/09/2020 [16:24]:
Ölkənin siyasi partiyaları Prezidentin yanındadır
29/09/2020 [15:44]:
Çin yuanı ABŞ dollarına qarşı son 10 ilin ən yüksək dinamikasını nümayiş etdirib
29/09/2020 [15:33]:
Hərbi vəziyyət elan edilməsi haqqında Fərman tarixi ədalətin bərpa olunması qərarıdır
29/09/2020 [15:17]:
SİYASİ PARTİYALAR AZƏRBAYCAN HÖKÜMƏTİNIN YANINDADIR
29/09/2020 [15:00]:
Xalqı birləşdirən siyasət
29/09/2020 [14:40]:
AZƏRBAYCAN XALQI HAQQ UĞRUNDA MÜBARİZƏYƏ DƏSTƏKDİR
29/09/2020 [14:39]:
Qış hazırlığını edərkən bunlara DİQQƏT EDİN
29/09/2020 [14:12]:
Azərbaycan Respublikası Prezidentinin Hərbi Vəziyyət elan edilməsi haqqında fərmanı.
29/09/2020 [13:50]:
Azərbaycan siyasi partiyaları dövlətin yanındadır
29/09/2020 [13:41]:
Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir
"Barselona"nın futbolçusu İngiltərə klubunda
Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb
Qulamhüseyn Əlibəyli: Tofiq bəyin tezliklə tam azadlıqda olmasını arzu edirəm
"Alverçi deputat" kimdir? - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin