Hindistan rəsmi sözçüsü: "Əsassız və qeyri-dəqiq məlumatlara yol verilməməlidir"

17/07/2020 [16:45] - Dünya (190)



Hindistanın və Çinin Baş Komandirləri iyulun 14-də Çuşulda dördüncü iclaslarını keçirib.

İstiqlal.az xəbər verir ki, bunu həftəlik virtual media brifinqində ölkənin xarici işlər nazirliyinin rəsmi sözçüsü Anurag Srivastava Hindistan-Çin sərhəd probleminə dair keçirilən media brifinqində deyib. Komandirlər, aparılan qoşunların çıxarılması prosesinin gedişatını nəzərdən keçirərək, ən qısa zamanda qoşunların tamamilə çıxarılmasını təmin etmək istiqamətində gələcək addımları da müzakirə edib. Hər iki tərəf, qoşunların tamamilə çıxarılması və Hindistan-Çin sərhədində sülh və əmin-amanlığın tam bərpası hədəfinə sadiqdir.

Tərəflər, bu nəticələrin əldə olunması istiqamətində diplomatik və hərbi sahələrdə təması davam etdirəcək. Media brifinqində, faktiki nəzarət xətti boyunca qoşunların çıxarılması prosesinin mürəkkəb olması və bu səbəbdən, əsassız və qeyri-dəqiq məlumatlara yol verilməməsi tələbi vurğulanıb. Hal-hazırda Qərb hissədə aparılan qoşunların çıxarılması prosesi, xüsusilə  faktiki nəzarət xətti boyunca qarşıdurma vəziyyəti və qoşunların yaxın yerləşdirilməsinin həll edilməsinə yönəldilib. Bu, yüksək hərbi komandirlər arasında razılaşmaya əsaslanır. Hər iki tərəf faktiki nəzarət xəttinin onlara aid tərəfindəki daimi postlarına doğru geri çəkilmək üçün müəyyən nöqtələr üzrə razılığa gəlib. Bu, qarşılıqlı razılaşdırılmış hər iki tərəfin atacağı addımlardır və davam edən bir prosesdir. Hindistanın faktiki nəzarət xəttinə dair mövqeyində heç bir dəyişiklik yoxdur. Hindistan, faktiki nəzarət xəttinin gözlənilməsində və riayət edilməsində tam qərarlıdır. Faktiki nəzarət xətti boyunca status-kvonu dəyişdirmək istiqamətində edilən hər hansı birtərəfli cəhdlər qəbul edilməzdir. 

A.Srivastava iyulun 5-də Hindistan və Çinin sərhəd məsələsi üzrə xüsusi nümayəndələri, Hindistanın milli təhlükəsizlik müşaviri Şri Acit Doval və Çinin dövlət məsləhətçisi və xarici işlər naziri cənab Vang Yi telefonla danışığını, həmçinin, Hindistan-Çin sərhəd məsələsi üzrə Məsləhətləşmə və Əlaqələndirmə İşçi Mexanizminin (WMCC) iyulun 10-da iclasının keçirildiyini xatırladıb. Bu görüşlər çərçivəsində tərəflər, ikitərəfli müqavilələrə və protokollara uyğun olaraq sərhəddə 
sülh və əmin-amanlığın tam bərpası məqsədilə faktiki nəzarət xətti boyunca qoşunların tamamilə çıxarılması və Hindistan-Çin sərhəd ərazisində gərginliyin aradan qaldırılması barədə razılığa gəlib.
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
29/09/2020 [23:58]:
Pens yaxın günlərdə ABŞ-da koronavirusa yoluxanların sayının artcağını hesab edir
29/09/2020 [21:39]:
İsveçrə iqtisadiyyatı 40 illik minimuma enib
29/09/2020 [20:30]:
Qətlə yetirilmiş 100-ə yaxın insanın meyiti aşkarlandı
29/09/2020 [19:59]:
İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu
29/09/2020 [19:32]:
27 sentyabr
29/09/2020 [19:05]:
Hikmət Hacıyev: “Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğu barədə xəbərlər cəfəngiyyatdır”
29/09/2020 [18:45]:
Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var
29/09/2020 [18:32]:
Misir 2023-cü ilədək benzin idxalından imtina edəcək
29/09/2020 [17:59]:
Hərbi vəziyyət milli birliyə çağırışdır
29/09/2020 [17:35]:
Xalq, dövlət, ordu birliyi
29/09/2020 [17:26]:
"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı
29/09/2020 [17:20]:
Bütün xalqın birliyi!
29/09/2020 [17:00]:
Dövlət, Xalq, Ordu Birliyi
29/09/2020 [16:49]:
“Srvena Zvezda” Ermənistana getmək istəmir
29/09/2020 [16:41]:
Siyasi həmrəyliyin nümunəsi
29/09/2020 [16:24]:
Ölkənin siyasi partiyaları Prezidentin yanındadır
29/09/2020 [15:44]:
Çin yuanı ABŞ dollarına qarşı son 10 ilin ən yüksək dinamikasını nümayiş etdirib
29/09/2020 [15:33]:
Hərbi vəziyyət elan edilməsi haqqında Fərman tarixi ədalətin bərpa olunması qərarıdır
29/09/2020 [15:17]:
SİYASİ PARTİYALAR AZƏRBAYCAN HÖKÜMƏTİNIN YANINDADIR
29/09/2020 [15:00]:
Xalqı birləşdirən siyasət
29/09/2020 [14:40]:
AZƏRBAYCAN XALQI HAQQ UĞRUNDA MÜBARİZƏYƏ DƏSTƏKDİR
29/09/2020 [14:39]:
Qış hazırlığını edərkən bunlara DİQQƏT EDİN
29/09/2020 [14:12]:
Azərbaycan Respublikası Prezidentinin Hərbi Vəziyyət elan edilməsi haqqında fərmanı.
29/09/2020 [13:50]:
Azərbaycan siyasi partiyaları dövlətin yanındadır
29/09/2020 [13:41]:
Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir
"Barselona"nın futbolçusu İngiltərə klubunda
Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb
Qulamhüseyn Əlibəyli: Tofiq bəyin tezliklə tam azadlıqda olmasını arzu edirəm
"Alverçi deputat" kimdir? - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin