“OPEC+” ölkələri xam neft hasilatını təxminən 23 faiz azaldıb

17/07/2020 [12:12] - İqtisadiyyat (664)



Gələn aydan “OPEC+” üzrə hasilat məhdudiyyətləri gündəlik 2 milyon barrel azaldılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salman deyib.

O, “OPEC+” ölkələrinin hasilat məhdudiyyətinin avqustun 1-dən başlayaraq sutkada 7,7 milyon barrel olacağını deyib. Lakin bəzi “OPEC+” ölkələri may və iyun aylarında öz kvotalarından çox neft istehsal etdiyi üçün avqust və sentyabr aylarında əlavə məhdudiyyətlər tətbiq etməklə vəziyyəti kompensasiya edəcək. Nəticədə “OPEC+” üzrə ümumi hasilat həcmi avqust ayında gündəlik 8,1 milyon barrel olacaq. “OPEC+” ölkələrin mayın 1-dən bu vaxtadək xam neft hasilatını təxminən 23 faiz azaldıb.

Nazir istehsal məhdudiyyətlərinin azaldılması nəticəsində bazarda əlavə tədarükün olmaması üçün ölkələrin həmin həcmləri daxili bazarda istehlak edəcəklərini bildirib.

Qeyd edək ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan iyunda sutkada xam neft hasilatını 164,2 min barrel azaldıb. Beləliklə Azərbaycan 164 min barrel həcmində olan öhdəliyini iyunda tam yerinə yetirib.

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin may-iyun-iyul aylarında xam neft istehsalını sutkada 554 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən AÇG-də 567 min barreldən azaldılaraq 434 min barreldə, SOCAR (“Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 120 min barrel həcmində saxlanılmalıdır.

Aprel ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, Azərbaycanda isə 164 min barrel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iyunun 6-da keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay - iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
Xəbər lenti
03/12/2020 [10:14]:
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
03/12/2020 [09:21]:
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
03/12/2020 [01:02]:
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
03/12/2020 [00:24]:
Türkiyə Futbol Federasiyasının prezidenti koronavirusa yoluxub
03/12/2020 [00:01]:
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
02/12/2020 [23:43]:
Xəzərdə zəlzələ oldu
02/12/2020 [23:19]:
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
02/12/2020 [22:58]:
"Sivasspor"un prezidenti: "Qarabağ" üzərində qələbələr bizi xilas etdi"
02/12/2020 [22:26]:
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
02/12/2020 [21:57]:
Təhsil naziri dərslərin təşkilindəki problemləri açıqlayıb
02/12/2020 [21:02]:
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
02/12/2020 [20:13]:
Putin Belarusdakı vəziyyətdən narahatdır
02/12/2020 [19:24]:
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
02/12/2020 [18:47]:
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
02/12/2020 [18:04]:
“Uzakrota Online 2020” turizm sammitində Qarabağın turizm potensialı tanıdılıb
02/12/2020 [18:01]:
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib
02/12/2020 [17:58]:
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
02/12/2020 [17:05]:
Çavuşoğlu: “Türkiyə həmişə Azərbaycanın ərazi bütövlüyü əsasında müzakirəli həll yolunu dəstəkləyib”
02/12/2020 [16:16]:
DİN vətəndaşlara müraciət edib
02/12/2020 [15:27]:
Dekabrın 3-ə hava proqnozu
02/12/2020 [14:34]:
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi
02/12/2020 [13:48]:
Azərbaycan bu il AÇG-dən 3,3 milyard dollardan çox gəlir əldə edib
02/12/2020 [13:04]:
10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub
02/12/2020 [13:01]:
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq - sərəncam
02/12/2020 [12:48]:
Anar Kərimov "France 24" müsahibə verib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - rəsmi
Ankarada “Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
“Qarabağ” xal itirib - XI tur
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin