Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir

16/07/2020 [19:00] - Cəmiyyət (383)



2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini yenidən pozaraq, dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə  hücum aktı törədib.
       
Azərbaycan silahlı qüvvələrinin keçirdiyi əks və qəti tədbirlər davam etməkdədir. Sosial şəbəkələrdə yayılan videolardan da göründüyü kimi, Azərbaycan ordusu düşmənin hərbi bölmələrinə güclü zərbə endirərək, texnikası və canlı qüvvələrini məhv etmişdir.
        
Ermənistan bu təxribatı törədərək, beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındırmaq planını həyata keçirir. Çünki hal-hazırda Ermənistanda əhalinin vəziyyəti olduqca gərgindir. Məhz bu gərginlik də, əhalinin hakimiyyətə olan etimadının itməsi ilə  nəticələnmişdir. Ermənistanın təcrübəsiz, populist baş naziri olan Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura rejimi qurmuşdur. Ölkədə baş verən ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koranavirusla mübarizə sahəsində saysız-hesabsız problemler Paşinyan hakimiyyətini mürəkkəb duruma salıb.
         
Paşinyan səriştəsiz idarəçiliyin yaratdığı problemləri gündəmdən çıxartmaq məqsədilə xarici düşmən mövzusunu qabartdı.
         
Azərbaycanın dünya miqyasında nüfuzunun günü-gündən artması bu gün düşməni olduqca qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi, ermənipərəst dairələri və Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.
        
Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi İrəvan Azərbaycan-Ermənistan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdır. 
         
Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə,yalan məlumatlarla ictimaiyyəti çaşdırmağa çalışır.  Ölənlərlə bağlı məlumatların gizlədilməsi isə insanlar arasında ciddi narazılıqlara səbəb olub, Ermənistanda etiraz aksiyaları başlanılıb.
      
Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcəkdir. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan bütün vəzifələri yerinə yetirməyə ,o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
      
Çünki vətənini qorumaq- ailəni, sevdiklərini və ən əsası da dövlətini qorumaq deməkdir. Millət vətən üzərində yaşayan böyük bir ailədir. Vətəni hiss edən və yaşadan isə ictimai vicdandır. Azərbaycan ordusu ictimai vicdanı öz üzərlərində daşıyır və buna görə də onlar lazım gələrsə canlarından belə keçməyə hazır olur.
      
Bu vicdanı ürəyində daşıyan bütün əsgərlərimizə Allah kömək olsun! Və vətəni naminə canını qurban verməkdən çəkinməyən, vicdan borcunu yerinə yetirən, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Verdiyeva Şəbnəm 
Nəsimi rayon gənci
 

Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
29/09/2020 [23:58]:
Pens yaxın günlərdə ABŞ-da koronavirusa yoluxanların sayının artcağını hesab edir
29/09/2020 [21:39]:
İsveçrə iqtisadiyyatı 40 illik minimuma enib
29/09/2020 [20:30]:
Qətlə yetirilmiş 100-ə yaxın insanın meyiti aşkarlandı
29/09/2020 [19:59]:
İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu
29/09/2020 [19:32]:
27 sentyabr
29/09/2020 [19:05]:
Hikmət Hacıyev: “Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğu barədə xəbərlər cəfəngiyyatdır”
29/09/2020 [18:45]:
Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var
29/09/2020 [18:32]:
Misir 2023-cü ilədək benzin idxalından imtina edəcək
29/09/2020 [17:59]:
Hərbi vəziyyət milli birliyə çağırışdır
29/09/2020 [17:35]:
Xalq, dövlət, ordu birliyi
29/09/2020 [17:26]:
"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı
29/09/2020 [17:20]:
Bütün xalqın birliyi!
29/09/2020 [17:00]:
Dövlət, Xalq, Ordu Birliyi
29/09/2020 [16:49]:
“Srvena Zvezda” Ermənistana getmək istəmir
29/09/2020 [16:41]:
Siyasi həmrəyliyin nümunəsi
29/09/2020 [16:24]:
Ölkənin siyasi partiyaları Prezidentin yanındadır
29/09/2020 [15:44]:
Çin yuanı ABŞ dollarına qarşı son 10 ilin ən yüksək dinamikasını nümayiş etdirib
29/09/2020 [15:33]:
Hərbi vəziyyət elan edilməsi haqqında Fərman tarixi ədalətin bərpa olunması qərarıdır
29/09/2020 [15:17]:
SİYASİ PARTİYALAR AZƏRBAYCAN HÖKÜMƏTİNIN YANINDADIR
29/09/2020 [15:00]:
Xalqı birləşdirən siyasət
29/09/2020 [14:40]:
AZƏRBAYCAN XALQI HAQQ UĞRUNDA MÜBARİZƏYƏ DƏSTƏKDİR
29/09/2020 [14:39]:
Qış hazırlığını edərkən bunlara DİQQƏT EDİN
29/09/2020 [14:12]:
Azərbaycan Respublikası Prezidentinin Hərbi Vəziyyət elan edilməsi haqqında fərmanı.
29/09/2020 [13:50]:
Azərbaycan siyasi partiyaları dövlətin yanındadır
29/09/2020 [13:41]:
Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir
"Barselona"nın futbolçusu İngiltərə klubunda
Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb
Qulamhüseyn Əlibəyli: Tofiq bəyin tezliklə tam azadlıqda olmasını arzu edirəm
"Alverçi deputat" kimdir? - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin