Uğursuz təxribat

16/07/2020 [18:45] - Cəmiyyət (242)



Vətənimiz Azərbaycanın başına əsrlər boyu bir çox olaylar gəlsə də, bu hadisələrin əksəriyyətindən üzüağ çıxmağı bacarmışıq. Bütün bu hadisələr zamanı isə özümüzə həm dost, həm də düşmən qazanmışıq. Hal-hazırda da düşmənimiz Ermənistanla tez-tez münaqişələr yaşamağa davam edirik. Bununsa əsas səbəbi mənfur qonşularımızın sülh danışıqlarına razı olmaması və ölkələrin ərazi bütövlüyü qaydalarına hörmət etməyərək Azərbaycanın torpaqlarını öz işğalında saxlaması və mümkün olarsa daha çox torpaq əldə eləmə istəyidir. 
     
Atəşkəs bağlandıqdan sonra belə hər gün atəşkəsi pozan düşmənlərə hər dəfəsində layiqli cavab verilmiş və susdurulmuşlar. Bunun ən böyük nümunələrindən biri də “Aprel” hadisələridir. Bu zaman düşmənə layiqi cavab verilmiş və ordumuzun gücü bir daha sübut olunmuşdur. Amma görünən odur ki, Ermənistan tərəfi bu məğlubiyyətdən də öz dərsini ala bilməmişdir ki, son günlərdə də Tovuz rayonu istiqamətində atəşkəsi pozur, mövqelərimizi ələ keçirməyə çalışır. Azərbaycan ordusu isə öz növbəsində əks-cavab verib və düşmənin çox sayda texnika və canlı qüvvəsini məhv edərək yerində otuzdurub. Biz bunların hamısı yayılmış videolardan da açıq şəkildə görə bilərik.
      
Azərbaycanın beynəlxalq əlaqələrinin daha da güclənməsi, xarici siyasətdə uğurlar qazanması, Cənab Prezident İlham Əliyevin irəli sürdüyü fikirlərin beynəlxalq arenalarda dəstəklənməsi və s. Azərbaycanı istəməyən qüvvələri  narahat edir. Eyni zamanda, Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik sessiyasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın əməllərinin ifşa olunması, Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ mövzusunda ədalətli qərarların verilməsi Ermənistan tərəfini pis vəziyyətdə qoyur.
      
Şübhəsiz ki, Ermənistan tərəfi Azərbaycan ordusunun və Azərbaycanın  gücünü, qüdrətini görməyə bilməz. Əgər bunları görə-görə bu tip təxribatlar keçirilirsə deməli ortada başqa nəsə də var. Çox güman ki, təxribatların əsas səbəbi beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındırıb fərqli tərəfə yönəltmək, həmçinin Paşinyanın səriştəsiz siyasətini gündəmdən çıxarmaq və ölkə daxilində gərginliyi azaltmaqdır.
     
Hal-hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir. Ola bilsin ki, Paşinyan Azərbaycana qarşı təxribat keçirərək bunların qarşısını ala biləcəyini,  müxalifəti tərki silah edəcəyini və hakimiyyətin qarşısındakı təhlükələri aradan qaldıracağını düşünürdü. Amma bu belə olmadı. Ermənistan hakimiyyətinin növbəti uğursuzluğu və bu uğursuzluğu gizləmə cəhdi – yalan məlumatlar paylaşılması, ölənlər barədə məlumat verilməməsi və nəticədə bütün bunların yavaş-yavaş üzə çıxması ictimaiyyətdə ciddi narazılığa səbəb olub. Ölkədə aksiyalar başlayıb və hakimiyyət sosial şəbəkələr üzərindən ciddi tənqid olunur.
      
Azərbaycanda isə bu təxribat eşidildikdən sonra sosial şəbəkələrdə sıravi vətəndaşların toplanaraq cəbhəyə getməsi, hərbi əməliyyatlara başlamaq, silaha sarılmaq kimi çağırışlar səslənməyə başladı. Əlbəttə, bunların hamısı vətənpərvərlik hissindən irəli gəlsə də, unutmamalı olduğumuz bir məqam da var ki, Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil. O zamanlar, nizami ordu olmadığına görə sıravi vətəndaşlar torpaqları qorumaq üçün silaha sarılmağa məcbur idi. İndi isə vahid və nizami bir ordumuz vardır. Xaotik toplaşmalar və təşəbbüslər isə düşməni sevindirə bilər.
      
Bu gün Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazır və qadir güclü bir ordu vardır. Hər dəfə düşmənə layiqli cavab verildiyi kimi də, bu təxribatlar da cavabsız qalmayacaq və düşmən yerində sakit oturmağa məcbur qalacaq.

Turan İbrahimli
Nəsimi rayon gənci

Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
29/09/2020 [23:58]:
Pens yaxın günlərdə ABŞ-da koronavirusa yoluxanların sayının artcağını hesab edir
29/09/2020 [21:39]:
İsveçrə iqtisadiyyatı 40 illik minimuma enib
29/09/2020 [20:30]:
Qətlə yetirilmiş 100-ə yaxın insanın meyiti aşkarlandı
29/09/2020 [19:59]:
İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu
29/09/2020 [19:32]:
27 sentyabr
29/09/2020 [19:05]:
Hikmət Hacıyev: “Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğu barədə xəbərlər cəfəngiyyatdır”
29/09/2020 [18:45]:
Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var
29/09/2020 [18:32]:
Misir 2023-cü ilədək benzin idxalından imtina edəcək
29/09/2020 [17:59]:
Hərbi vəziyyət milli birliyə çağırışdır
29/09/2020 [17:35]:
Xalq, dövlət, ordu birliyi
29/09/2020 [17:26]:
"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı
29/09/2020 [17:20]:
Bütün xalqın birliyi!
29/09/2020 [17:00]:
Dövlət, Xalq, Ordu Birliyi
29/09/2020 [16:49]:
“Srvena Zvezda” Ermənistana getmək istəmir
29/09/2020 [16:41]:
Siyasi həmrəyliyin nümunəsi
29/09/2020 [16:24]:
Ölkənin siyasi partiyaları Prezidentin yanındadır
29/09/2020 [15:44]:
Çin yuanı ABŞ dollarına qarşı son 10 ilin ən yüksək dinamikasını nümayiş etdirib
29/09/2020 [15:33]:
Hərbi vəziyyət elan edilməsi haqqında Fərman tarixi ədalətin bərpa olunması qərarıdır
29/09/2020 [15:17]:
SİYASİ PARTİYALAR AZƏRBAYCAN HÖKÜMƏTİNIN YANINDADIR
29/09/2020 [15:00]:
Xalqı birləşdirən siyasət
29/09/2020 [14:40]:
AZƏRBAYCAN XALQI HAQQ UĞRUNDA MÜBARİZƏYƏ DƏSTƏKDİR
29/09/2020 [14:39]:
Qış hazırlığını edərkən bunlara DİQQƏT EDİN
29/09/2020 [14:12]:
Azərbaycan Respublikası Prezidentinin Hərbi Vəziyyət elan edilməsi haqqında fərmanı.
29/09/2020 [13:50]:
Azərbaycan siyasi partiyaları dövlətin yanındadır
29/09/2020 [13:41]:
Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir
"Barselona"nın futbolçusu İngiltərə klubunda
Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb
Qulamhüseyn Əlibəyli: Tofiq bəyin tezliklə tam azadlıqda olmasını arzu edirəm
"Alverçi deputat" kimdir? - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin