Ermənistan həmişə xəyallarla yaşayır

16/07/2020 [18:23] - Cəmiyyət (327)



Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl atıb. Belə ki, iyulun 12-dən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində atəşkəsi pozmuş, mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərmişdir. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində mənfur geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərbə vurulub.
    
Ölkəmizin günü-gündən çiçəklənməsi, beynəlxalq mövqedə yüksəlməsi, diplomatik uğurlarımız, dövlət başçısının irəli sürdüyü təşəbbüslərin beynəlxalq ərazidə dəstəklənməsi erməni lobbisini, xarici ermənipərəst dairələrini və Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. 
    
Bu gün Ermənistanda əhalinin hakimiyyətə qarşı etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Sosial-iqtisadi həyatda geriləmə, koronavirusun törətdiyi problemlər, korrupsiya, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb vəziyyətə gətirib çıxarmışdır. 
    
Hazırda Ermənistanda vəziyyət gərgin və mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. N.Paşinyan öz hakimiyyətini qorumağa və yarıtmaz idarəçiliyinin yaratdığı problemləri ört-basdir etməyə çalışır.
    
Azərbaycanla sərhəddə baş verən təxribat vasitəsilə xarici düşmən mövzusunu qabardaraq cəmiyyəti toplayıb öz hakimiyyətini yenidən qurmağa və  öz idarəçiliyinin yaratdığı problemləri örtbasdır etməyə çalışmışdır.
    
Növbəti dəfə uğursuzluğa düçar olmuş Ermənistan dezinformasiya yaymağa, məsələnin mahiyyətini gizləməyə, beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatların gizlədilməsi Ermənistan ictimaiyyətində ciddi narazılıqlara səbəb olmuşdur.
    
Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəsini yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. 
   
Ermənistan onlara aid olmayan bir xülya uğrunda mübarizə aparır. Bütün həqiqətlər dünyaya çatdırılacaq və ədalət yenidən öz yerini tapacaqdır. 

Əhmədzadə Leyla
Nəsimi rayon gənci 

Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Xəbər lenti
23/09/2020 [21:48]:
Bu vitaminlər gözü xəstəlikdən qoruyur
23/09/2020 [20:22]:
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
23/09/2020 [19:50]:
Baş Nazir iclas keçirdi
23/09/2020 [19:12]:
“AzGold”un rəhbəri həbs edildi
23/09/2020 [18:33]:
Tramp koronavirusa qarşı xarici peyvəndlərdən istifadə etməyə hazır olduğunu bildirib
23/09/2020 [18:29]:
3 yeni yarımstansiya tikilir
23/09/2020 [18:13]:
Qulamhüseyn Əlibəyli: Azərbaycan işğal olunmuş ərazilərimizi azad etmək üçün hərbi əməliyyatlara başlamalıdır
23/09/2020 [17:42]:
İlham Əliyev və xanımı Balaxanıya getdi
23/09/2020 [17:42]:
TANAP-la Türkiyəyə 6,7 mlrd. kubmetr qaz nəql edilib
23/09/2020 [17:20]:
Daha 146 nəfər COVID-19-a yoluxub
23/09/2020 [16:40]:
Pandemiya ilə mübarizə üçün yeni məhdudiyyətlər tətbiq ediləcək
23/09/2020 [16:16]:
Ramin Bayramlı: “Əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır”
23/09/2020 [16:00]:
Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"
23/09/2020 [15:38]:
“Atletiko”nun hücumçusu “Yuventus”a keçib
23/09/2020 [14:22]:
“Oyaq gözəl” yenidən səhnədə
23/09/2020 [13:40]:
Beynəlxalq ekspertin iştirakı ilə iki günlük təlim proqramı təşkil edilib
23/09/2020 [13:33]:
R.Colville: "Qurbanların və ailələrinin ədalət, həqiqət və təzminat hüququ var"
23/09/2020 [13:31]:
Səhər yeməyi üçün ən təhlükəli qidalar bunlardır
23/09/2020 [12:39]:
ABŞ əhalisinin rifahı II rübdə tarixi maksimuma çatıb
23/09/2020 [12:10]:
Azərbyacan Gürcüstana 21,6 mindən çox dərslik göndərib
23/09/2020 [11:42]:
Neymar yapon futbolçunu təhqir edib
23/09/2020 [11:16]:
Azərbaycanla Ukrayna arasında uçuşlara hazırlıq gedir
23/09/2020 [10:47]:
Gürcü ekspert: “Ermənistan müxtəlif yollarla gərginliyi daha da artırmağa çalışacaq”
23/09/2020 [10:31]:
Müstəqil Azərbaycanımızın beynəlxalq imici günü-gündən artmaqdadır
23/09/2020 [10:22]:
İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş İclasında videoformatda çıxış edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Şəkidəki “Karvansaray” Mehmanxana Kompleksi ləğv olunur
Avropa Liqasında 42 oyun keçirilib
"Sabah" klubu türkiyəli futbolçu ilə müqaviləni uzadıb
Amerikalilar Lenin mumiyasının alınmasına görə 50 milyon dollar topladılar
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin