ABŞ “Türk axını” layihəsini də sanksiya siyahısına salır

16/07/2020 [11:12] - İqtisadiyyat (376)



ABŞ Dövlət Departamenti “Şimal Axını-2” və “Türk axını” layihələrini ölkədə mövcud olan “Amerikanın düşmənlərinə qarşı sanksiyalar yolu ilə mübarizə haqqında”(CAATSA) qanunun təsir dairəsinə salır.

Bu barədə jurnalistlərə Dövlət katibi Mayk Pompeo bu gün məlumat verib: “Dövlət Departamenti CAATSA qanunun təsir dairəsini yeniləməklə “Şimal axını-2” və “Türk axını”nın ikinci hissəsini ora əlavə edir. Bu, Rusiyanın ixrac boru kəmərləri layihəsinə bu və ya başqa formada aidiyyəti olan investisiya və digər fəaliyyətlərin sanksiya altına düşməsi riski yaradır”.

Xatırladaq ki, “Şimal axını-2” Rusiya qazının Ukraynadankənar ərazi ilə Avropaya – Almaniya ərazisinə çatdırılması məqsədilə həyata keçirilir. Ötən ilin dekabrından layihə üzrə tikintilər ABŞ sanksiyalarına görə dayandırılıb. Son həftələrdə Rusiyanın səyi ilə tikintinin davam etməsi istiqamətində bəzi addımlar atılıb.

“Türk axını” layihəsi isə Rusiyadan Qara dənizin dibi ilə Türkiyəyə qaz çatdırılması üçün icra edilir. Hər birinin ötürücülük gücü 15,75 milyard kubmetr olan iki qaz kəmərindən biri artıq istismara verilib – onunla Türkiyəyə qaz nəqlinə başlanıb. İkinci  xəttin də tezliklə istifadəyə verilməsi gözlənilir.

ABŞ Dövlət katibi hər iki layihədə iştirak edən şirkətlərə xəbərdarlıq edib: “Bu, Rusiya layihələrində iştirak edən, onların icrasına hər hansı formada kömək göstərən şirkətlərə bir xəbərdarlıqdır: bu layihələrdən dərhal çıxın, ya da nəticələrilə risk edin”.

Pompeonun sözlərinə görə, hər iki layihə iqtisadi deyil, Rusiyanın siyasi maraqlarına xidmət edən vasitədir: “Onlar Kremlin Avropanın öz enerjidaşıyıcılarından asılılığını gücləndirmək  alətləridir. Bu alətlər həm də Ukrayna ərazisindən qaz tranzitini dayandırmaqla bu demokratik ölkəyə zərbə vurmağa hesablanıb. Onlar son nəticədə transatlantik təhlükəsizliyəi təhdid edirlər. ABŞ Avropadakı dostlarımıza hər zaman kömək etməyə, onların enerji tələbatını ödəməyə hazırdır”.

Qeyd edək ki, “Şimal axını-2” Avropa, “Türk axını” isə Türkiyədə Azərbaycan qazına rəqabət yaradacaq layihələrdir.
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
Xəbər lenti
03/12/2020 [11:57]:
Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib
03/12/2020 [11:47]:
Azərbaycanda qızıl və gümüş bahalaşıb
03/12/2020 [10:14]:
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
03/12/2020 [09:21]:
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
03/12/2020 [01:02]:
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
03/12/2020 [00:24]:
Türkiyə Futbol Federasiyasının prezidenti koronavirusa yoluxub
03/12/2020 [00:01]:
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
02/12/2020 [23:43]:
Xəzərdə zəlzələ oldu
02/12/2020 [23:19]:
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
02/12/2020 [22:58]:
"Sivasspor"un prezidenti: "Qarabağ" üzərində qələbələr bizi xilas etdi"
02/12/2020 [22:26]:
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
02/12/2020 [21:57]:
Təhsil naziri dərslərin təşkilindəki problemləri açıqlayıb
02/12/2020 [21:02]:
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
02/12/2020 [20:13]:
Putin Belarusdakı vəziyyətdən narahatdır
02/12/2020 [19:24]:
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
02/12/2020 [18:47]:
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
02/12/2020 [18:04]:
“Uzakrota Online 2020” turizm sammitində Qarabağın turizm potensialı tanıdılıb
02/12/2020 [18:01]:
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib
02/12/2020 [17:58]:
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
02/12/2020 [17:05]:
Çavuşoğlu: “Türkiyə həmişə Azərbaycanın ərazi bütövlüyü əsasında müzakirəli həll yolunu dəstəkləyib”
02/12/2020 [16:16]:
DİN vətəndaşlara müraciət edib
02/12/2020 [15:27]:
Dekabrın 3-ə hava proqnozu
02/12/2020 [14:34]:
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi
02/12/2020 [13:48]:
Azərbaycan bu il AÇG-dən 3,3 milyard dollardan çox gəlir əldə edib
02/12/2020 [13:04]:
10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - rəsmi
Ankarada “Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
“Qarabağ” xal itirib - XI tur
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin