Google Hindistana 10 milyard dollar sərmayə qoymağı planlaşdırır

15/07/2020 [17:15] - Dünya (238)



Benjamin Parkin  və Tim Bradşav

Financial Times -ft.com .

Google, Silikon Vadisi şirkətlərinin dünyanın ən sürətlə böyüyən internet bazarlarından birində mövqe tutması üçün yaxın illərdə Hindistana infrastruktur və kapital sərmayesi də daxil olmaqla 10 milyard dollar sərmayə yatırmağı planlaşdırdığını söyləyib.

Google və ana şirkət Alphabet-in baş icraçı direktoru Sundar Piçai bazar ertəsi günü Hindistanın baş naziri Narendra Modi ilə danışdıqdan sonra planı açıqlayıb. N.Modi, koronavirus pandemiyası dövründə yeni iş praktikası, eləcə də onlayn təhlükəsizlik məsələrini müzakirə eddildiyi söhbəti "son dərəcə məhsuldar" olaraq xarakterizə edib.

"Bu, Hindistanın gələcəyinə və rəqəmsal iqtisadiyyatımıza inamımızın təzahürüdür" deyə cənab Pichai onlayn tədbirdə bildirib.

Konkret detalları açıqlanmayan və növbəti “beş-yeddi il” ərzində tətbiq ediləcəyi bildirilən vəd, Silikon Vadisinin üstünlük verdiyi biznes üsullarına mane olmaqla təzyiq edən bir ölkənin rəhbərliyini öz tərəfinə çəkmək istiqamətində ABŞ-ın böyük internet şirkətinin  son cəhdini özündə ifadə edir.
Hindistan, Amerika Birləşmiş Ştatlarına məxsus internet xidmətlərində standart hala gəlməkdə olan şifrələmə üsulundan hökümət nəzarətinin üstün olmasında təkid edərək “Big Tech” oligopoliyasının yerli gücünü məhdudlaşdırmağa çalışıb.

Yerli antiinhisar təhqiqatı ilə üzləşən Amazon-un baş icraçı direktoru Ceff Bezos bu ilin əvvəlində Hindistana səfərində 1 milyard dollarlıq investisiya və sonrakı beş il ərzində Hindistanın 10 milyard dollarlıq ixrac satışını dəstəkləmək vədi edib.

Google-un vədi, rəqib Facebook-un  bir sıra rəqəmsal xidmətlər başladan Hindistanın sürətlə inkişaf edən “Jio Platforms” telekommunikasiya şirkətinə 5.7 milyard dollar sərmayə yatırmasından üç ay sonra baş verib. 

Mukeş Ambaninin neftdən pərakəndə ticarət konqlomeratı “Reliance Industries”-in tərkibinə daxil olan “Jio”, ABŞ-in chip istehsalçıları Intel və Qualcomm, habelə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu, KKR və “Silver Lake”-in  investisiya qolları da daxil olmaqla digər 11 xarici investora paylarını satıb.

Google həmçinin, “Jio” və rəqib telekommunikasiya operatorları ilə sərmaye imkanlarını araşdırmışdır.

Son aylarda “Vodafone İdea,” “Financial Times” daha əvvəl xəbər vermişdi. "Apple" şirkəti, tədarükçüsü "Foxconn" vasitəsilə ölkədə iPhone istehsalını da artırıb.
Google, qeyri-müəyyən sərmayə vədini "Hindistanın rəqəmsallaşdırma fondu" olaraq təsvir edərək bu investisiyanın, əlçatan internet çıxışı, Hindistan bazar ehtiyaclarına uyğun yeni məhsul yaradılması və rəqəmsal transformasiyanın sürətləndirilməsini, həmçinin səhiyyə, təhsil və kənd təsərrüfatını əhatə edəcəyini söyləyib.

1.3 milyard əhalisi olan Hindistan, son illərdə yüz milyonlarla Hindistanlının smartfonlardan istifadə etməyə və internetə çıxışa başlamasından sonra dünya miqyasında texnoloji şirkətlər üçün ən böyük imkanlardan birini təqdim edir. Şirkətin rəqəmsal ödənişlər xidməti olan “Google Pay,” 2017-ci ildə Hindistanda istifadəyə verildikdən sonra sürətlə inkişaf edib.

Google və digər ABŞ-da yerləşən investorların Hindistana artan marağı, Hindistan-Çin sərhədindəki gərginlik səbəbindən xarici sərmayənin digər böyük mənbəyi olan Cənubi Asiya ölkəsi Çindən olan sərmayəçilər üçün yolların bağlanması ilə əlaqədardır.

“Tencent” və “Alibaba” kimi Çin nəhəngləri Çinin girişimci kapital şirkətləri ilə birlikdə Hindistan texnologiyasının ən böyük sərmayeçilərindəndir.
Ancaq Hindistan aprel ayında xarici investisiya qaydalarını dəyişdirərək, bütün Çin investorları üçün hökumətin icazəsini tələbini irəli sürüb.

Ötən ay Himalay sərhəddində baş verən ağır toqquşmadan sonra gərginliyin kəskin artması hakimiyyəti “TikTok”-a məxsus “ByteDance” da daxil olmaqla 59 Çin tətbiqetməsini qadağan etməyə məcbur edib.

İndi dünyanın ikinci ən böyük mobil bazarı olan Hindistana giriş, Hindistan Çin üçün bağlandığından və keçən ay yeni təhlükəsizlik qanununun qəbul edilməsindən sonra Hong Kongda fəaliyyətinin daha böyük çətinliklə üzləşdiyi Google üçün xüsusilə vacibdir.
Hindistanın elektronika və informasiya texnologiyaları naziri Ravi Şankar Prasad deyib ki, Google Hindistanın rəqəmsal transformasiyasına kifayət qədər böyük miqdarda investisiya qoymağa çalışaraq vəziyyətə uğurla cavab verir: "Məmnunam ki, Google Hindistanın rəqəmsal yeniliyini və çoxlu fürsətlər yaratmaq imkanını tanıyır".
Tərcümə: İstiqlal.az

Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
29/09/2020 [23:58]:
Pens yaxın günlərdə ABŞ-da koronavirusa yoluxanların sayının artcağını hesab edir
29/09/2020 [21:39]:
İsveçrə iqtisadiyyatı 40 illik minimuma enib
29/09/2020 [20:30]:
Qətlə yetirilmiş 100-ə yaxın insanın meyiti aşkarlandı
29/09/2020 [19:59]:
İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu
29/09/2020 [19:32]:
27 sentyabr
29/09/2020 [19:05]:
Hikmət Hacıyev: “Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğu barədə xəbərlər cəfəngiyyatdır”
29/09/2020 [18:45]:
Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var
29/09/2020 [18:32]:
Misir 2023-cü ilədək benzin idxalından imtina edəcək
29/09/2020 [17:59]:
Hərbi vəziyyət milli birliyə çağırışdır
29/09/2020 [17:35]:
Xalq, dövlət, ordu birliyi
29/09/2020 [17:26]:
"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı
29/09/2020 [17:20]:
Bütün xalqın birliyi!
29/09/2020 [17:00]:
Dövlət, Xalq, Ordu Birliyi
29/09/2020 [16:49]:
“Srvena Zvezda” Ermənistana getmək istəmir
29/09/2020 [16:41]:
Siyasi həmrəyliyin nümunəsi
29/09/2020 [16:24]:
Ölkənin siyasi partiyaları Prezidentin yanındadır
29/09/2020 [15:44]:
Çin yuanı ABŞ dollarına qarşı son 10 ilin ən yüksək dinamikasını nümayiş etdirib
29/09/2020 [15:33]:
Hərbi vəziyyət elan edilməsi haqqında Fərman tarixi ədalətin bərpa olunması qərarıdır
29/09/2020 [15:17]:
SİYASİ PARTİYALAR AZƏRBAYCAN HÖKÜMƏTİNIN YANINDADIR
29/09/2020 [15:00]:
Xalqı birləşdirən siyasət
29/09/2020 [14:40]:
AZƏRBAYCAN XALQI HAQQ UĞRUNDA MÜBARİZƏYƏ DƏSTƏKDİR
29/09/2020 [14:39]:
Qış hazırlığını edərkən bunlara DİQQƏT EDİN
29/09/2020 [14:12]:
Azərbaycan Respublikası Prezidentinin Hərbi Vəziyyət elan edilməsi haqqında fərmanı.
29/09/2020 [13:50]:
Azərbaycan siyasi partiyaları dövlətin yanındadır
29/09/2020 [13:41]:
Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir
"Barselona"nın futbolçusu İngiltərə klubunda
Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb
Qulamhüseyn Əlibəyli: Tofiq bəyin tezliklə tam azadlıqda olmasını arzu edirəm
"Alverçi deputat" kimdir? - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin