Ermənistanın cəbhə xəttində Azərbaycana qarşı təxribatı cinayətdir

15/07/2020 [14:10] - Cəmiyyət (338)



Azərbaycan istər iqtisadi göstəricilərinə görə, istər silahlı qüvvələrinin gücünə görə, istərsə də diplomatik uğurlarına görə Ermənistanı dəfələrlə üstələyir. Belə bir vaxtda Ermənistanın cəbhə xəttində təxribata getməsi maraq doğurur. Rəsmi İrəvan anlayır ki, heç bir halda yeni bir savaş onun maraqlarına cavab verməyəcək. Müharibə başlayarsa, Ermənistanın ağır məğlubiyyətə uğrayacağı bir aksiomadır. Odur ki, indi hər kəsi belə bir sual düşündürür: İrəvanı özünü çox çətin duruma salacaq təxribata getməyə nə vadar etdi? Aydın məsələdir ki, burada əsas məqsəd Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək, həmçinin canlı qüvvəyə və hərbi texnikaya zərər yetirmək olub. Lakin Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri oturdulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Onu da qeyd edək ki, Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb. Yəni, Ermənistan təxribata əl atıb və Azərbaycan tərəfi Ermənistanın təxribatlarına qətiyyətli cavab verib. Ermənistanın siyasi rəhbərliyi anlayır ki, yeni müharibəyə tab gətirə bilməz. İrəvanın Bakı qarşısında bütün müstəvilərdə zəifliyi göz önündədir. Burada bir məsələyə də diqqət yetirmək lazım gəlir. Koronavirus pandemiyası dövründə Ermənistanın yeni müharibəyə başlamaq təxribatı əslində bütün dünyadakı nizama mənfi təsir göstərir. Məlumdur ki, koronavirus pandemiyası başlayandan dünyadakı bir çox hərbi münaqişələr dondurulub. Belə bir zamanda Ermənistanın savaş təxribatı olduqca pis nümunə kimi qəbul ediləcək. Pandemiya dövründə müharibə dünyanı koronavirusa təslim etmək cəhdi kimi də dəyərləndirilə bilər. Bu vəziyyətdə beynəlxalq ictimaiyyət Ermənistana qarşı kəskin qınaq mövqeyi tutmalıdır. Çünki Ermənistan bütün humanizm prinsiplərini tapdalayaraq, ağır pandemiya dövründə belə təcavüzkar niyyətindən əl çəkmir.
       
Ermənistan onsuz da iqtisadi və siyasi baxımdan ağır vəziyyətdə idi, pandemiya dövründə müharibəyə başlayacağını nümayiş etdirməklə isə diplomatik durumunu daha da ağırlaşdırmış oldu. Bütün bunları öncədən proqnozlaşdırmaq mümkün idi. Belə olan təqdirdə Ermənistanı savaş təxribatına getməyə nə vadar elədi?  Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyi az ehtimal olunur. Paşinyan ölkə daxilində müxalifətin təzyiqləri ilə üzləşib. Paşinyan hakimiyyətə gələn ərəfədə vəd etdiyi hər hansı islahatı və ya işi məntiqi sonluğa çatdıra bilmir. Bu, onun bacarıqsızlığından, qeyri-peşəkarlığından xəbər verir. Paşinyan heç bir sahədə dərin islahatlar apara, heç bir sahəni normal idarə edə bilmir. Yerli və xarici analitiklər iddia edirlər ki, bu gün bütün dövlət idarəetmə sistemi xaosa sürüklənir. N. Paşinyanın atdığı addımların hansısa keyfiyyət dəyişikliyinə gətirib çıxaracağı inandırıcı deyil. 
        
Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Lakin Ermənistanda mövcud iqtidardan narazılıq o həddə çatıb ki, erməni cəmiyyətini birləşdirmək imkansız görünür. Baş Nazir Nikol Paşinyanın Ermənistan daxilində reytinqi ciddi problemlər fonunda sürətlə düşür. 
        
Bir sözlə, Paşinyanın və onun komandasının uğursuzluğu hər gün artır. Paşinyan bütün problemləri koronavirusla əlaqələndirməyə çalışır, lakin müxalifət böhranın başlıca səbəbi kimi Paşinyanın səriştəsizliyini önə çıxarır. Bu səbəbdən də Paşinyan “yeni savaş təxribatı”na əl atır. Lakin Azərbaycan Ordusunun verdiyi sərt və adekvat cavab onun durumunu daha da ağırlaşdırır. 

Mehriban İbrahimova
Nəsimi rayon təhsil işçisi

Azərbaycanda daha 3 712 nəfər koronavirusa yoluxub - 35 nəfər ölüb
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
Azərbaycan Fransaya nota verdi
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Xəbər lenti
27/11/2020 [17:02]:
Özbəkistanda bu il Azərbaycan kapitallı 65 müəssisə fəaliyyətə başlayıb
27/11/2020 [16:34]:
Azərbaycanda daha 3 712 nəfər koronavirusa yoluxub - 35 nəfər ölüb
27/11/2020 [15:46]:
Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq
27/11/2020 [15:09]:
Allahverdi Bağırovun zabit qızları 27 illik işğaldan sonra atalarının məzarı başında
27/11/2020 [14:18]:
Noyabrın 28-ə hava proqnozu
27/11/2020 [13:40]:
Fuad Nağıyev: “Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq”
27/11/2020 [13:32]:
Ermənistandan Zod qızıl yatağı barədə açıqlama: “Azərbaycanın nəzarətindədir”
27/11/2020 [13:20]:
Koreya Səfirliyindən Məcburi Köçkünlərə Dəstək Tədbiri
27/11/2020 [12:23]:
Rusiyalı politoloq: “Fransa Qarabağ münaqişəsinin həlli prosesindən çoxdan çıxıb”
27/11/2020 [11:37]:
İsrailli ekspert: "Kəlbəcərdəki dini abidələrin erməni kilsəsinə dəxli yoxdur"
27/11/2020 [10:48]:
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
27/11/2020 [09:56]:
"Qarabağ" klubu Ağdama gedəcək
27/11/2020 [00:34]:
İşxan Saqatelyan: - Ermənistanda hakimiyyət yoxdur
26/11/2020 [23:47]:
Azərbaycanla Belarus arasında birbaşa aviareyslər bərpa edilir
26/11/2020 [23:02]:
Qüdrət Həsənquliyev amnistiya təklif edir - movqe
26/11/2020 [22:34]:
Türkiyə və İranın Azərbaycandakı səfirləri görüşüb
26/11/2020 [21:53]:
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
26/11/2020 [21:06]:
Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü
26/11/2020 [20:21]:
Azərbaycan Fransaya nota verdi
26/11/2020 [19:32]:
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
26/11/2020 [18:56]:
Azərbaycanda gündəlik yoluxma sayı 3705-ə çatdı
26/11/2020 [18:19]:
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
26/11/2020 [18:10]:
Qızıl sərmayə əhəmiyyətini itirir?
26/11/2020 [17:48]:
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
26/11/2020 [17:11]:
Çavuşoğlu və NATO Baş katibi Qarabağı müzakirə etdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Fransa ilə bütün əlaqələrin kəsilməsi müzakirəyə çıxarılmalıdır
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Şəfiqə Məmmədova: “Rasim Ocaqov Milli Kinomuzun simvolikasıdır”
"Taqovı"da vandallıq - hansı dövlət qurumu məsuliyyət daşıyır?
Oktyabr ayı üzrə bütün müavinət və təqaüdlər ödənildi - rəsmi
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Bu gündən özəl sektorda çalışanların sayı 30 faizədək azaldılacaq - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin