Ermənistan hərbi bölmələrinin növbəti təxribat cəhdinin də qarşısı uğurla alındı

15/07/2020 [13:38] - Cəmiyyət (286)



İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdi. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzduruldu, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirildi. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıdı və Ermənistanın təxribatına qətiyyətli cavab verildi. 
         
Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edirdi ki, bu da çox çəkmədi ki, özünü göstərdi.
        
Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.
         
Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Təsadüfi deyil ki, Azərbaycanla sərhəddə olan təxribat da Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan bununla hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.
Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur.

Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında  məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər.
Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Aprel döyüşlərindən sonra  iyulun 12-də Ordumuz öz qüdrəti ilə bunu bir daha nümayiş etdirdi.

Murad İsmayılov
Nəsimi rayon Təhsil işçisi

Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
Azərbaycan Fransaya nota verdi
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
Xəbər lenti
27/11/2020 [16:34]:
Azərbaycanda daha 3 712 nəfər koronavirusa yoluxub - 35 nəfər ölüb
27/11/2020 [15:46]:
Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq
27/11/2020 [15:09]:
Allahverdi Bağırovun zabit qızları 27 illik işğaldan sonra atalarının məzarı başında
27/11/2020 [14:18]:
Noyabrın 28-ə hava proqnozu
27/11/2020 [13:40]:
Fuad Nağıyev: “Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq”
27/11/2020 [13:32]:
Ermənistandan Zod qızıl yatağı barədə açıqlama: “Azərbaycanın nəzarətindədir”
27/11/2020 [13:20]:
Koreya Səfirliyindən Məcburi Köçkünlərə Dəstək Tədbiri
27/11/2020 [12:23]:
Rusiyalı politoloq: “Fransa Qarabağ münaqişəsinin həlli prosesindən çoxdan çıxıb”
27/11/2020 [11:37]:
İsrailli ekspert: "Kəlbəcərdəki dini abidələrin erməni kilsəsinə dəxli yoxdur"
27/11/2020 [10:48]:
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
27/11/2020 [09:56]:
"Qarabağ" klubu Ağdama gedəcək
27/11/2020 [00:34]:
İşxan Saqatelyan: - Ermənistanda hakimiyyət yoxdur
26/11/2020 [23:47]:
Azərbaycanla Belarus arasında birbaşa aviareyslər bərpa edilir
26/11/2020 [23:02]:
Qüdrət Həsənquliyev amnistiya təklif edir - movqe
26/11/2020 [22:34]:
Türkiyə və İranın Azərbaycandakı səfirləri görüşüb
26/11/2020 [21:53]:
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
26/11/2020 [21:06]:
Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü
26/11/2020 [20:21]:
Azərbaycan Fransaya nota verdi
26/11/2020 [19:32]:
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
26/11/2020 [18:56]:
Azərbaycanda gündəlik yoluxma sayı 3705-ə çatdı
26/11/2020 [18:19]:
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
26/11/2020 [18:10]:
Qızıl sərmayə əhəmiyyətini itirir?
26/11/2020 [17:48]:
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
26/11/2020 [17:11]:
Çavuşoğlu və NATO Baş katibi Qarabağı müzakirə etdi
26/11/2020 [16:38]:
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Fransa ilə bütün əlaqələrin kəsilməsi müzakirəyə çıxarılmalıdır
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Şəfiqə Məmmədova: “Rasim Ocaqov Milli Kinomuzun simvolikasıdır”
"Taqovı"da vandallıq - hansı dövlət qurumu məsuliyyət daşıyır?
Oktyabr ayı üzrə bütün müavinət və təqaüdlər ödənildi - rəsmi
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Bu gündən özəl sektorda çalışanların sayı 30 faizədək azaldılacaq - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin