Ermənistan özünün təcavüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirdi

14/07/2020 [18:00] - Cəmiyyət (267)



Ermənistan hərbi bölmələrinin iyulun 12-dən başlayaraq növbəti dəfə təxribata əl atması – Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirməyə cəhd göstərməsi təsadüfi deyil. Bütün dünyanın dəhşətli bir bəla-COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda  işğalçı ölkənin bu cür təxribat törətməsi bir tərəfdən onu idarə edənlərin xarakterik xüsusiyyətindən irəli gəlirsə, digər tərəfdən Azərbaycanın son vaxtlar beynəlxalq miqyaslı təşəbbüslərlə çıxış etməsinə, artan nüfuzuna qısqanclıqla yanaşması, ən başlıcası isə “xarici düşmən” mövzusunu qabartması və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa cəhd göstərməsi ilə bağlıdır. 

Prezident İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı vəziyyətə münasibət bildirərək, erməni təxribatının səbəblərini açıqlayıb: “Sözsüz ki, yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hakimiyyətinin üzərinə düşür. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Digər tərəfdən Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu, güclənən mövqeyi dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllində də ölkəmizin üstünlüyünü artırır. Bu gün bütün dünya dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Eyni zamanda, bəşəriyyətin üzləşdiyi pandemiya ilə mübarizədə Azərbaycan mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir və bu təşəbbüslər dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Təbii ki, bu amillər işğalçı Ermənistanı çox qıcıqlandırır. Üzdən iraq qonşularımız bizim müvəffəqiyyətlərimizi qısqanclıq hissi ilə qarşılayırlar. Bu, həm də o deməkdir ki, Azərbaycanın dünyada artan nüfuzu qarşısında Ermənistan daha da zəifləyir”.

Göründüyü kimi, bu gün Ermənistanda dərin siyasi böhran hökm sürür, sosial-iqtisadi şərait gündən-günə ağırlaşır, ölkə iqtisadiyyatı bir sıra xarici dövlətlər və diaspor tərəfindən edilən yardımlar, habelə ianələrdən asılıdır. Bu ölkədə COVID-19 pandemiyası səbəbindən ağır fövqəladə vəziyyət yaşanır. Xarici mətbuatın məlumatına görə, pandemiya işğalçı respublikada getdikcə geniş yayılır. Bununla bağlı Qafqazda ən acınacaqlı vəziyyət məhz Ermənistandadır. Bütün bunların nəticəsidir ki, burada sosial gərginlik pik həddədir. 

Lakin belə bir acınacaqlı duruma baxmayaraq, düşmən yenə də işğalçılıq siyasətindən əl çəkmir, sərhədlərimizi kobudcasına pozur, yeni mövqelər əldə etmək, canlı qüvvəyə və hərbi texnikaya zərər yetirmək üçün cəhdlər göstərir. Şübhəsiz ki, faşizm ənənələrini davam etdirən bir ölkə üçün bu, heç də təəccüblü deyil.
    
Burada diqqətçəkən digər bir məqamı da xüsusi vurğulamaq istərdim. İşğalçı Ermənistanda yuxarıda vurğuladığım ciddi sosial-iqtisadi böhran, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız çətinliklər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb, çətin duruma salıb. Şübhəsiz ki, Ermənistan tərəfinin iyulun 12-dən başlayaraq,  Azərbaycanla sərhəddə törətdiyi təxribatlar da Paşinyan hakimiyyətinin öz səriştəsiz idarəçiliyinin yaratdığı son dərəcə ağır problemləri ört-basdır etməyə, gündəmdən çıxartmağa hesablanıb.

Yeri gəlmişkən, Ermənistanın indiki təxribatlarına qarşı  Azərbaycanın adekvat cavabı zamanı Paşinyan hakimiyyətinin xəstə təfəkkürü bir daha özünü göstərdi. Bu, əsgər meyitlərinin   gizlədilməsində, xalqa yanlış informasiya verilməsində özünü büruzə verdi. Bununla da işğalçı ölkə artıq  şərəf və heysiyyətini itirdiyini bütün dünyaya nümayiş etdirdi. 
  
Ermənistan təxribat törədərkən, bir həqiqəti də unudur. Yaddan çıxarır ki, Azərbaycan Ordusu müstəqilliyin ilk illərindəki  zəif, gücsüz Ordu deyil. Bunu bilmək üçün Silahlı Qüvvələrimizin  müstəqillik illərində keçdiyi sürətli inkişaf yoluna qısaca nəzər salmaq kifayətdir. Xatırladım ki,  son 17 ildə zabit kadrlarının hazırlıq səviyyəsinin diqqət mərkəzində saxlanılması, əsgərlərin mənəvi-psixoloji durumunun yüksəldilməsi, mütəmadi qaydada təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin gücləndirilməsi sayəsində hazırda Azərbaycan Ordusunun dünyada 50 ən güclü ordu sırasında yer alması ölkə qarşısında duran ən ağrılı, ən çətin problemin həllini–torpaqlarımızın hərbi yolla azad edilməsini  şərtləndirir.

Bir sözlə, bu gün qüdrətli Ordumuz qarşısında gücsüz və taqətsiz durumda olan Ermənistan Ordusunun duruş gətirə bilməməsi də yuxarıda diqqətə çatdırdığım fikrin təsdiqidir. 
Onu da vurğulamaq istərdim ki, Prezident İlham Əliyev ayrı-ayrı çıxışlarında düşmənə atəşkəs pozulacağı, təxribatlara cəhd ediləcəyi təqdirdə Ordumuzun buna ən ağır şəkildə cavab verəcəyi barədə xəbərdarlıq edib, “Ermənistan Aprel döyüşlərini heç vaxt unutmasın!” kimi qətiyyətli mesaj verib. Ermənistan tərəfinin iyulun 12-də törətdiyi təxribatın qarşısının alınması da dövlət başçımızın səsləndirdiyi bəyanatın parlaq ifadəsidir, düşmənə növbəti layiqli cavab, döyüş meydanında daha bir dərsdir.

Lakin  Ermənistan nə qədər ki, işğalçılıq və faşizm siyasətini davam etdirəcək, bu cür cavablar da alacaq, belə məğlubiyyətlər yaşayacaq, saysız-hesabsız itkilər verəcək. İşğalçı ölkədə bu, unudulmamalıdır. 

Yeri gəlmişkən, Ermənistan hakimiyyətinin təxribatçı əməli ilə bağlı bir cəhəti də qeyd etmək istərdim.  Belə ki, işğalçı ölkə təxribatı  Azərbaycanın işğal altındakı torpaqlarından yox, dövlət sərhədlərindən etməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq, Ermənistanın BMT tərəfindən tanınmış sərhədləri üzrə ərazisinə Azərbaycanın təcavüzkar hücumu kimi göstərmək niyyətində idi. Lakin, əksinə, beynəlxalq ictimaiyyət üçün aydındır ki, Azərbaycanın hücum niyyəti olarsa, öncə işğal altındakı torpaqları azad edilməsinə üstünlük verər. Çünki  BMT-nin nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, hər bir dövlətin də özünümüdafiə hüququ var və hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən anda hərbi yoldan istifadə edə bilər. Belə olan halda Tovuz istiqamətindən hücuma keçib beynəlxalq narahatlığı üzərinə çəkmək, əlbəttə, Bakı üçün ilkin mərhələdə uğurlu variant olmazdı. Buna görə də Paşinyanın sərsəm,  ağılsız, düşünülməmiş planı ilk gündən iflasa uğradı.

Hazırda təxribat törədilən ərazidə vəziyyət gərgin olaraq qalır. Azərbaycanın müttəfiqləri birmənalı olaraq rəsmi Bakıya dəstəklərini ifadə edirlər. Ermənistanın müttəfiqi isə susurlar. 
Göründüyü kimi, Ermənistanın hərbi təxribatını Azərbaycanla dövlət sərhədində həyata keçirməyə cəhd göstərməsi də məqsədyönlü xarakter daşıyır. İşğalçı ölkə bununla diqqəti münaqişənin mahiyyətindən, işğal faktından yayındırmağa, məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışır. Amma Azərbaycan Prezidentinin də bildirdiyi kimi, bunun üçün heç bir əsas yoxdur və bütün faktlar təxribatın Ermənistan tərəfindən həyata keçirildiyini, ölkəmizin isə təxribata adekvat cavab verdiyini sübuta yetirir. Azərbaycan Silahlı Qüvvələri istənilən hərbi təxribata cavab vermək gücündədir. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Düşmənə hər zaman olduğu kimi öz layiqli yeri göstəriləcək. Azərbaycan xalqı və dövləti heç zaman işğalla barışmayacaq.
Sonda qeyd etmək istərdim ki, Ermənistanın sərhəd xəttində növbəti təxribatı Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənib. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hisslərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Lakin unutmaq olmaz ki, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar.
Ona görə də bildirirəm ki, bu gün Azərbaycan güclü Orduya malikdır və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı yağılardan azad etməyə qadirdir.
Söhrab Həşimov

DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
14/08/2020 [23:58]:
Koronavirusun atipik simptomları məlum olub
14/08/2020 [21:40]:
Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib
14/08/2020 [20:46]:
Qalata qülləsində aparılan bərpa işləri mütəxəssislərin nəzarətindədir
14/08/2020 [18:28]:
PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"
14/08/2020 [17:55]:
COVID-19 virusuna yoluxma ehtimalı qan qrupundan asılıdır
14/08/2020 [17:22]:
Tovuz hadisələri Ermənilərin yaratdığı hərbi təxribatdır…
14/08/2020 [16:50]:
Ermənistan silah istehsalçılarının poliqonudur
14/08/2020 [16:47]:
Azərbaycanda ÜDM-in həcmi 3%-ə yaxın azalıb
14/08/2020 [16:19]:
Serbiya hökumətinin addımı Azərbaycan tərəfindən birməmalı qarşılanmadı
14/08/2020 [16:00]:
Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
14/08/2020 [15:49]:
Ermənistanın silahlanmasında digər dövlətlərin dəstəyi
14/08/2020 [15:24]:
Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək
14/08/2020 [15:14]:
Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər
14/08/2020 [15:03]:
Dostumuz kim, düşmənimiz kim?
14/08/2020 [15:00]:
Paşinyan BBC-də biabır oldu - Video
14/08/2020 [14:37]:
İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
14/08/2020 [13:22]:
Çin Mayk Pompeonu “siyasi virus” yaymaqda ittiham edib
14/08/2020 [12:49]:
Ərdoğandan sərt mesaj: "Makron kimilər..."
14/08/2020 [12:18]:
Rusiyanın hazırladığı peyvənd ən azı iki il koronavirusdan qoruyacaq
14/08/2020 [11:55]:
Təcavüzkar və terrorist ölkə Ermənistana hərbi yardım edən dövlətlər
14/08/2020 [11:44]:
Ağacların dibinin betonlanması ilə bağlı yayılan məlumatlara Nəsimi RİH CAVAB VERDİ
14/08/2020 [11:39]:
Ermənistanın silahlanması
14/08/2020 [11:36]:
Neymar Messinin rekordunu yeniləyib
14/08/2020 [11:22]:
Ermənistana satılan silahlar...
14/08/2020 [11:16]:
ABŞ mediası: "Tramp artıq Pentaqon rəhbərini dəyişdirməyi beyninə qoyub"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
Kitabların saxlancı – qeyri-adi kitab rəfləri
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Yardım kampaniyası davam edir
Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin