Azərbaycan xalqı və dövləti növbəti erməni məkrinə qarşı

14/07/2020 [17:35] - Cəmiyyət (332)



Ermənistanda hakimiyyəti inqilab yolu ilə mənimsəyən və idarəetmə səriştəsi olmayan Nikol Paşinyan mövcud gərginlik şəraitində öz hakimiyyətini qorumaq üçün ən iyrənc yola əl atmaqdan belə çəkinmədi. Bütün beynəlxalq öhtəliklərə və müqavilələrə xilaf çıxaraq ölkəmizin sərhədlərinə hərbi müdaxilə gerçəkləşdirdi. İyulun 12-dən başlayan bu hərbi müdaxilənin əsas məqsədi ermənistan əhalisinin diqqətini hakimiyyət böhranından və çökmüş Ermənistan iqtisadiyyatından yayındırmaq məqsədi daşıyır. Bununla N.Paşinyan həm dünyanın diqqətini ölkəsinə çəkmək, həm də öz hakimiyyət zamanını uzatmaq kimi iyrənc amalını gerçəkləşdirmək niyyətindədir. Hazırda erməni cəmiyyətində olan parçalanmanı məhz müharibə ilə pərdələmək və erməniləri hakimiyyət ətrafında birləşdirmək görülən bu işlər Azərbaycanın qətiyyətli addımları nəticəsində elə ilk addımlarda iflasa uğradı. Hazırda Ermənistanı bürüyən əsgər analarının etirazları hərbi itkilərini gizlətməkdə qərarlı olan Paşinyan hakimiyyətini daha ağır duruma saldı. Hətta Ermənistan hakimiyyətinin bu hiyləgər planından xəbər tutan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da Ermənistanın müraciətinə baxmayaraq, Ermənistanın təhlükəsizliyi üçün toplanmaqdan vaz keçdi.

Baş verən bütün bu təbəddülatlar fonunda öz müvazinətini itirməyən Azərbaycan dövləti istər pandemiya ilə mübarizə, istər ölkə sərhədlərinin təhlükəsizliyinin qorunması baxımından öz gücünü ortaya qoymaqdadır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişləri nəticəsində Azərbaycan ordusu Ermənistan ordusuna ağır zərbələr vurmuş və bu proses hazırda da davam etməkdədir. Bu elan olunmamış müharibədə Azərbaycan öz sərhədlərini böyük əzmlə qorumuş və düşmənə sarsıdıcı zərbələr endirmişdir. Ermənistan rəsmiləri itkilərlə bağlı susmağa davam etsə də, Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verən bütün prosesləri davamlı olaraq cəmiyyətin diqqətinə təqdim edir. Nazirliyin verdiyi açıqlamalar ölkə əhalisinin ruh yüksəkliyinə səbəb olmuş və bütün əhalini Qarabağın azadlığı naminə səfərbər etmişdir. 

Ali Baş Komandanın baş verən döyüşlərlə bağlı keçirdiyi Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlər əhalimizi daha da ruhlandırmış və insanlarımızda qələbəyə inam yaratmışdır. Ali Baş Komandan qeyd etmişdir ki,  Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər.

Bu saatlarda da davam edən ağır döyüşlərdə Azərbaycan ordusunun generalı da, əsgəri də eyni səngərdə çiyin-çiyinə döyüşməkdədir. Zabitlərimizin, əsgərlərimizin vətən uğrunda gedən bu savaşda öz həyatlarını qurban verməsi Azərbaycan əhalisində düşmənə qarşı nifrət yaratmaqla bərabər, həm də hər bir kəsdə döyüşmək arzusu doğurmuşdur. Buna görə də insanlarımız aktiv döyüşlərin baş verdiyi nöqtələrə qədər gedərək hərbiçilərimizə dəstək nümayiş etdirmişlər.

Azərbaycanın da üzv olduğu beynəlxalq təşkilatlar, xüsusən münaqişə ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupu baş verən proseslərlə bağlı hələ də susqunluq nümayiş etdirirlər. Bu təəssüf doğurur. Lakin Prezidentimiz cənab İlham Əliyev dəfələrlə vurğuladığı məsələnin həqiqət olduğuna artıq hər kəs əmin olub. Beynəlxalq təşkilatlar Azərbaycana münasibətlərində davamlı ikili standartlar ortaya qoyurlar. Bu gün də dövlət sərhəddimizə müdaxilə olmasına baxmayaraq, onların səssizliyi bunun əyani sübutudur.

Biz əminik ki, bu günlər baş verən Azərbaycanın ərazi bütövlüyünə müdaxilənin Ali Baş Komandanımız İlham Əliyevin müdrik və düzgün qərarları nəticəsində tezliklə qarşısı qətiyyətlə alınacaq. Düşmən Ermənistan hakimiyyətinin xalqına yaşadacağı növbəti acınacaqlı vəziyyət onların təkcə hərb cəbhəsində deyil, beynəlxalq aləmdə də məğlubiyyətini labüd edəcək.

Biz Azərbaycan gənci olaraq Ali Baş Komandanımızın döyüş əmrini gözləyirik. Dövlətimizin verəcəyi hər bir qərara sayğı duyaraq vətənimizin sərhədlərinin qorunması, itirilmiş torpaqlarımızın geri qaytarılması uğrunda bir nəfər kimi döyüşə hazırıq. Biz birlikdə güclüyük – bu gücümüz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün, təhlükəsizliyimizi qorumaq üçün kifayət qədərdir. Biz qələbəyə inanırıq!

Sərraf Hüseynov,
ADU rektorunun müşaviri,
ADU YAP təşkilatının sədri 

Türkiyə minaaxtaranları Qarabağda əməliyyata başladılar
Azərbaycanda distant təhsil müddəti uzadılıb
Laçın rayonunun yol nişanları hazırdır
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib
Azərbaycanda son sutkada 2981 nəfər COVID-19-a yoluxub
Xəbər lenti
30/11/2020 [21:55]:
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının tarixinə düşüb
30/11/2020 [20:46]:
Türkiyə minaaxtaranları Qarabağda əməliyyata başladılar
30/11/2020 [20:11]:
Azərbaycanda distant təhsil müddəti uzadılıb
30/11/2020 [19:37]:
Neft ucuzlaşdı
30/11/2020 [19:13]:
Laçın rayonunun yol nişanları hazırdır
30/11/2020 [18:21]:
KİV: Paşinyanın Rusiyaya səfəri ləğv olunub
30/11/2020 [17:59]:
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib
30/11/2020 [17:28]:
Azərbaycanda son sutkada 2981 nəfər COVID-19-a yoluxub
30/11/2020 [17:17]:
Yerevanda əsgər valideynləri yenidən etiraza qalxdı
30/11/2020 [17:03]:
ANAMA: İşğaldan azad olunmuş ərazilərin 80 faizi partlayıcı maddələr baxımından təhlükəlidir
30/11/2020 [16:14]:
Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət
30/11/2020 [15:47]:
Baş Prokurorluq vətəndaşlara müraciət edib
30/11/2020 [15:28]:
Moldova prezidenti hökuməti istefaya çağırdı
30/11/2020 [14:46]:
Ukraynada karantin qaydalarını pozan azərbaycanlılar deportasiya olunub
30/11/2020 [13:59]:
Azərbaycan Ermənistan sərhədinə qədər yeni yol çəkir
30/11/2020 [13:22]:
Təhsil naziri Tibb Universitetinin qəzada ölən tələbələri ilə bağlı paylaşım edib
30/11/2020 [13:15]:
Dekabr ayına olan hava proqnozu açıqlanıb
30/11/2020 [12:24]:
Eduard Şərmazanov: "Paşinyan həyasızcasına yalan danışır"
30/11/2020 [11:29]:
ABŞ-ın baş infeksionisti: “Məktəbləri yox, barları bağlayın”
30/11/2020 [11:02]:
Azərbaycanda yeni qızıl yatağı istismara verilib
30/11/2020 [10:33]:
"Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik" - Türkiyə Milli Müdafiə Nazirliyi
30/11/2020 [09:41]:
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin