YA BATAQLIQDA GÜL AÇIB, YA DA DÜNYA DƏYİŞİB?

14/07/2020 [13:19] - Cəmiyyət (247)



Mayıl B. Əsgərov

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və Psixolinqvistika şöbəsinin müdiri, 
filologiya üzrə elmlər doktoru, 
Bakı Avrasiya Universitetinin professoru 


Azərbaycanda səhiyyə sisteminin ümumi vəziyyəti haqqında bir şey deməyə ehtiyac yoxdur. Ailəsində sağlamlıqla bağlı bir problem olanda dərhal xaricə, xüsusilə də Avropaya üz tutan ölkə vətəndaşlarının bu davranışı hər şeyi açıq şəkildə ortaya qoyur və sözə ehtiyac qalmır. 

Avropaya təbii ki, qaz vurub qazanını doldurmuş olan imkanlılar gedir. İmkanı zəif olanlar isə bəyənmədiyimiz, “orada orta əsrlər dövründə yaşayırlar” dediyimiz İrana, yaxud da “iqtisadi cəhətdən bizdən asılı vəziyyətdədirlər” dediyimiz Gürcüstana üz tuturlar.
 
Ən çarəsizlər isə qapısında “tibbi xidmət pulsuzdur” yazılan, amma pul vermədən içəri girmək belə mümkün olmayan tibb müəssisələrimizə, yanını qaşıyan xəstəyə belə “deyəsən, pul çıxarır” deyə əl uzadan həkimlərə müraciət etməli olurlar. Bəlkə bizim həkimlərimiz də Avropada olduğu kimi, 10-15 min avro maaş alsaydı, bu qədər ələbaxan olmazdılar. Həkimin maaşı heç bir halda 300-500 manat olmamalıdır. Amma çox təəssüf ki, hələlik reallıq budur. 

Təbii ki, ölkə xaricində müalicəyə üstünlük verənlər arasında hər şeyin “importnu” olmasını istəyənlər, Məşədi İbad demiş, “bir növü adətkərdə” olanlar və ölkə xaricinə məhz bu səbəbdən gedənlər də var. Amma əsas kütlə, sadəcə, dərdinə dərman axtarır və bu dərmanı ya Azərbaycanda tapa bilmir, ya da burada tapdığı dərmana pulu çatmır. 

Həkim xalatının, sadəcə, önündə deyil, arxasında da cib tikirdilər ki, həkimlə göz-gözə gəlməkdən utanan xəstələr də “hörmət” eləmək istəyəndə çəkinməsinlər. Çox təəssüf ki, bu yaxın zamanlara qədər Azərbaycan səhiyyəsində mövcud olan real vəziyyət belə idi. 

Amma bu günlərdə “German Hospital” adlı bir xəstəxana, daha doğrusu, bu hospitalda ünsiyyətdə olduğum 3-5 personal məni çox heyrətə saldı. İndiyə qədər Azərbaycanın səhiyyə müəssisələri ilə bağlı bildiklərimin hamısını alt-üst elədi. Bir anlığına özümü Azərbaycanda yox, elə “German Hospital”ın adına uyğun olaraq Almaniyada hiss elədim. Azərbaycanda bilikli, təcrübəli həkimlərin olduğunu bilirdim, amma onların bu qədər diqqətli və qayğıkeş ola biləcəyi heç vaxt ağlıma da gəlməzdi.

Onu deyim ki, iki gün əvvəl, yəni 10.07.2020 tarixində saat 09.09-da baba oldum. Hər kəsə bu gözəl hissi yaşamağı arzu edirəm. Bundan öncə də, sonra da “German Hospital”ın həkimi ginekoloq Pərvin Mikayılzadə ilə, qəbul və qeydiyyat şöbəsinin 3-4 personalı ilə dəfələrlə ünsiyyətdə və təmasda oldum. Azərbaycan səhiyyəsinin faciəvi və bərbad vəziyyəti ilə bağlı indiyə qədər eşitdiklərim, gördüklərim və bildiklərim bu hospitalda şahidi olduğum real vəziyyətlə qətiyyən uyğun gəlmirdi. Hətta ilk dəfə mənə elə gəldi ki, bütün bunlar, çəkiliş xatirinə oynanan bir oyundur (türklərin dediyi kimi, bir “kamera şakası”dır). Hər an haradansa bir kameranın çıxacağını gözləyirdim. Amma elə olmadı. Oraya getdiyim ilk gündən bu günə kimi ünsiyyətdə olduğum həkim Pərvin xanım da, hospitalın qəbul və qeydiyyat şöbələrində çalışan digər heyət də öz davranışı ilə məni heyrətə saldı. Təkrar da olsa, bir daha deyim ki, özümü Azərbaycanda yox, Avropanın orta göbəyində, lap Almaniyada hiss etdim. 

Yəni doğrudanmı Azərbaycan xəstəxanalarında çalışan həkimlər həm xəstəyə, həm onu müşayiət edən şəxslərə qarşı bu qədər diqqətli, qayğıkeş, yardımcan ola bilirlər. Necə olur ki, qəbul və qeydiyyat şöbəsinin əməkdaşları xəstənin və onun yaxınlarının sağlamlığına və rahatlığına bu qədər önəm verirlər. Axı adətən onların tək bircə vəzifəsi var: alınacaq pulun kassaya girməsini təmin etmək. 

Hər şeyi lap başdan anladım. Qızım hamiləliyin son ayında idi. Onu daimi müayinə edən həkimi COVID-19 ilə mübarizə çərçivəsində növbəyə yazdılar. Təxminən doğum tarixlərində o növbədə olacaqdı. Təcili olaraq başqa bir həkim tapmaq lazım idi. Yaxın dostlar bir neçə həkimi məsləhət gördülər. Araşdırdıq. “German Hospital”da çalışan Pərvin xanım Mikayılzadənin müəllimi (V.Məşədiyev), iş yoldaşları və onun keçmiş xəstələri ilə əlaqə saxladıq, rəylərini öyrəndik. Hamının rəyi eyni idi: gözəl həkimdir, gözəl insandır.

Pərvin xanımla telefonla danışdım, daha sonra şəxsən görüşdük. Ovsunlandım. Tilsimə düşdüm. Onun biliyi və savadı haqqında söz demək kompetensiyam olmasa da, bunu əminliklə deyə bilərəm ki, danışığına, ünsiyyət tərzinə, mənə, həyat yoldaşıma və qızıma göstərdiyi qayğıya, diqqətə heyran qaldım. Qızımın ana olmasına yol göstərəcək ən uyğun bələdçini tapmışdıq. Əməliyyat tarixi təyin olundu.

Əməliyyat günü qızım bütün analizləri verdi, müayinələrdən keçdi, əməliyyata hazırlıq mərhələsində temperaturu qalxdı. Təbii ki, xəstəxana rəhbərliyi əməliyyata icazə vermədi. COVID-19 testindən keçmək lazım idi. Biz hamımız həyəcandan və bir qədər də qorxudan özümüzü itirmişdik. Pərvin xanım bir necə xəstəxanaya zəng vurub bu testin harada, hansı şərtlərlə aparıldığını araşdırdı. Ən tez və ən düzgün nəticə verən Leyla Şıxlinskaya adına xəstəxanada testdən keçməyə qərar verdik.
Testi həyətdə qoyulmuş bir köşkdə götürdülər. Test verib evə gəldik. Həmin axşam Pərvin xanım zəng vurub mənə də, qızıma da inam dolu xoş sözlər söylədi. Buna baxmayaraq gecə yata bilmədim. Ailə üzvlərimdən də kiminsə yata bildiyinə inanmıram.  

Sabahı gün dəfələrlə Leyla Şıxlinskaya adına xəstəxanaya zəng vurub testin nəticəsini öyrənməyə çalışdım. Hər dəfə nəticənin saat 3-6 arasında hazır olacağını deyirdilər. Amma saat 3 olmurdu ki, olmurdu. Elə bil zaman dayanmışdı. Bir məsəl var deyirlər ki, bəzən düşmən düşmənə demədiyini insanın özü özünə deyir. Mən qəti şəkildə bilirdim ki, qızım karantin vaxtı ərzində, yəni mart ayından bu günə kimi çox nadir hallarda evdən çıxıb. Çıxanda da həkimə gedib və həmişə də şəxsən özüm aparıb gətirmişəm: maskada, əlcəkdə, hər kəsdən məsafə saxlayaraq. Amma zaman daraldıqca ağıla çox şeylər gəlir: əgər..., birdən..., bəlkə... və sair. 
   
Saat ikiyə 14 dəqiqə işləmiş Pərvin xanım mənə zəng vurdu. “Təbrik edirəm, testin nəticəsi neqativdir” dedi. Elə bil bütün dünyanı mənə bağışladı. Bundan sonra daha nələrsə dedi, amma onların çox hissəsini eşitmədim, eşitdiklərimin də çoxunu anlamadım. Həyatımda ilk dəfə idi ki, nəyinsə neqativ olmasına bu qədər sevinirdim. Bir o yadımda qaldı ki, əməliyyatın sabah, yəni 10 iyul 2020-ci ildə saat 8:30-da olması haqda razılığa gəldik. Sabahı gün saat 09:30-da Pərvin xanım əməliyyatı uğurla başa vurub öz kabinetində bizimlə üzbəüz oturmuşdu, nəvəmin və qızımın şəkillərini, qısa videosunu bizə göstərirdi. 

Mənim 58 yaşım var. Yüzlərlə xəstəxana və həkim görmüşəm. Amma xəstəyə də, onun yaxınlarına da bu qədər diqqət göstərən həkimə ilk dəfədir ki, rast gəlirəm. 

Məncə, iki möcüzədən biri baş verib: ya rüşvət, özbaşınalıq və etinasızlıq bataqlığında Pərvin xanım adlı və ya “German Hospital” adlı yeni bir gül açıb, ya da bütünlüklə dünya və o cümlədən də Azərbaycanın səhiyyə sistemi dəyişib. Hansı olursa olsun, kaş ki olsun!   

DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
14/08/2020 [23:58]:
Koronavirusun atipik simptomları məlum olub
14/08/2020 [21:40]:
Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib
14/08/2020 [20:46]:
Qalata qülləsində aparılan bərpa işləri mütəxəssislərin nəzarətindədir
14/08/2020 [18:28]:
PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"
14/08/2020 [17:55]:
COVID-19 virusuna yoluxma ehtimalı qan qrupundan asılıdır
14/08/2020 [17:22]:
Tovuz hadisələri Ermənilərin yaratdığı hərbi təxribatdır…
14/08/2020 [16:50]:
Ermənistan silah istehsalçılarının poliqonudur
14/08/2020 [16:47]:
Azərbaycanda ÜDM-in həcmi 3%-ə yaxın azalıb
14/08/2020 [16:19]:
Serbiya hökumətinin addımı Azərbaycan tərəfindən birməmalı qarşılanmadı
14/08/2020 [16:00]:
Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
14/08/2020 [15:49]:
Ermənistanın silahlanmasında digər dövlətlərin dəstəyi
14/08/2020 [15:24]:
Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək
14/08/2020 [15:14]:
Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər
14/08/2020 [15:03]:
Dostumuz kim, düşmənimiz kim?
14/08/2020 [15:00]:
Paşinyan BBC-də biabır oldu - Video
14/08/2020 [14:37]:
İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
14/08/2020 [13:22]:
Çin Mayk Pompeonu “siyasi virus” yaymaqda ittiham edib
14/08/2020 [12:49]:
Ərdoğandan sərt mesaj: "Makron kimilər..."
14/08/2020 [12:18]:
Rusiyanın hazırladığı peyvənd ən azı iki il koronavirusdan qoruyacaq
14/08/2020 [11:55]:
Təcavüzkar və terrorist ölkə Ermənistana hərbi yardım edən dövlətlər
14/08/2020 [11:44]:
Ağacların dibinin betonlanması ilə bağlı yayılan məlumatlara Nəsimi RİH CAVAB VERDİ
14/08/2020 [11:39]:
Ermənistanın silahlanması
14/08/2020 [11:36]:
Neymar Messinin rekordunu yeniləyib
14/08/2020 [11:22]:
Ermənistana satılan silahlar...
14/08/2020 [11:16]:
ABŞ mediası: "Tramp artıq Pentaqon rəhbərini dəyişdirməyi beyninə qoyub"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
Kitabların saxlancı – qeyri-adi kitab rəfləri
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Yardım kampaniyası davam edir
Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin