Ölkəmizin başçısı Pandemiya ilə mübarizəyə mühüm əhəmiyyət verir

13/07/2020 [14:46] - Cəmiyyət (333)



Koronavirus pandemiyasına qarşı mübarizə ilk gündən hər bir ölkəyə yalnız daxildə deyil, regional və qlobal çərçivədə birliyə, həmrəyliyə xidmət edən tədbirlərin gücləndirilməsinə çağırış etdi. Daim birləşdirici, sabitləşdirici mövqeyi ilə dünyanın diqqətində olan Azərbaycan bu müddətdə daxili tədbirlərlə yanaşı, birliyə, həmrəyliyə xidmət edən təşəbbüslərini reallıqda təsdiqləməsi ilə diqqət çəkdi. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, həmçinin BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 130-dan çox ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının videokonfrans şəklində Zirvə görüşləri keçirildi, bu beynəlxalq tədbirlərdə dünyaya “COVID-19-a qarşı birlikdəyik” mesajı ünvanlandı. Bu kimi tədbirlər beynəlxalq səviyyədə Azərbaycana və Prezident İlham Əliyevə olan böyük inamın və etimadın göstəricisi kimi dəyərləndirildi. Bu gün bu sıraya dövlətimizin başçısının BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü və ona verilən yüksək dəstək də daxil edilir.Pandemiyaya qarşı mübarizə sahəsində nümunəvi ölkə kimi Azərbaycanın təşəbbüsləri təqdir olunur, həyata keçirdiyi tədbirlər yüksək dəyərləndirilir.
       
 COVID-19 pandemiyası bütün dünya dövlətlərinin iqtisadiyyatına, xüsusilə insanların sağlamlığına mənfi təsir göstərir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə Görüşündə bu reallığı diqqətə çatdırdı ki, yalnız qarşılıqlı dəstək, özünəqapanmama və birgə səylərlə COVID-19-a qalib gəlmək mümkündür.Təbii ki, özünəqapanma heç bir dövlətə uğur gətirə bilməz. Səylərin birləşdirilməsi, birgə addımların atılması, təcrübə mübadiləsinin aparılması fonunda nəzərdə tutulan hədəfə yüksək səviyyədə nail olmaq mümkündür, Azərbaycanın ötən müddətdə Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırması və 30-dan çox ölkəyə humanitar yardım göstərməsi də birliyin, həmrəyliyin genişləndirilməsində, ehtiyacı olan ölkələrə dəstəyin göstərilməsində nə qədər maraqlı olduğunu nümayiş etdirir.
Azərbaycan Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsinə nail olmaqla iki əks qütbün – Avropa İttifaqı ilə Qoşulmama Hərəkatının koronavirus pandemiyasına qarşı bir araya gətirilməsinə müvəffəq oldu. Prezident İlham Əliyevin fikirlərinə istinad etsək, Azərbaycan dünyanı birləşdirir. Beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülmüş təşəbbüslər dünya birliyi tərəfindən birmənalı şəkildə yüksək qiymətləndirilir və təqdir edilir.
      
Azərbaycan dövləti bu çağırışı da etdi ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Nəzərə alsaq ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlərin üçdəikisini özündə birləşdirir, o zaman hər bir ölkənin ortaya qoyduğu yanaşmanın mübarizənin müsbət sonluqla başa çatmasında rolunu aydın görərik, amma bu günədək beynəlxalq münasibətlər sistemində BMT, onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür, dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünütəcridə kökləniblər. Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də, bu, baş vermədi. Daha çox özünütəcrid, milli eqoizm xarakteri daşıyan addımlar atıldı. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Assambleyası çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların da əksəriyyəti uğurla nəticələnmədi. Dövlətimizin başçısı İlham Əliyev Qoşulmama Hərəkatının videokonfras şəklində keçirilən Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi.
      
BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin qurumun Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi bir daha beynəlxalq birlik tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
        
       
BMT Baş Assambleyası çərçivəsində belə bir qlobal problemin müzakirəyə çıxarılması, vahid yanaşma modelinin ortaya qoyulması vacibdir. Hər bir məsələdə fəal mövqedən çıxış edən Azərbaycan dövləti, möhtərəm Prezidentimiz İlham Əliyev bu inamı da səsləndirir ki, görülən tədbirlər mübarizədən az itki ilə çıxmağımıza əsas yaradır. Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Məhz bu birlik, əməkdaşlıq sayəsində görülən işlər daim qurumun rəsmiləri tərəfindən önə çəkilir.
       
Azər Hüseynov
Nəsimi rayon sakini

Azərbaycanda daha 3 712 nəfər koronavirusa yoluxub - 35 nəfər ölüb
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
Azərbaycan Fransaya nota verdi
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Xəbər lenti
27/11/2020 [17:02]:
Özbəkistanda bu il Azərbaycan kapitallı 65 müəssisə fəaliyyətə başlayıb
27/11/2020 [16:34]:
Azərbaycanda daha 3 712 nəfər koronavirusa yoluxub - 35 nəfər ölüb
27/11/2020 [15:46]:
Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq
27/11/2020 [15:09]:
Allahverdi Bağırovun zabit qızları 27 illik işğaldan sonra atalarının məzarı başında
27/11/2020 [14:18]:
Noyabrın 28-ə hava proqnozu
27/11/2020 [13:40]:
Fuad Nağıyev: “Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq”
27/11/2020 [13:32]:
Ermənistandan Zod qızıl yatağı barədə açıqlama: “Azərbaycanın nəzarətindədir”
27/11/2020 [13:20]:
Koreya Səfirliyindən Məcburi Köçkünlərə Dəstək Tədbiri
27/11/2020 [12:23]:
Rusiyalı politoloq: “Fransa Qarabağ münaqişəsinin həlli prosesindən çoxdan çıxıb”
27/11/2020 [11:37]:
İsrailli ekspert: "Kəlbəcərdəki dini abidələrin erməni kilsəsinə dəxli yoxdur"
27/11/2020 [10:48]:
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
27/11/2020 [09:56]:
"Qarabağ" klubu Ağdama gedəcək
27/11/2020 [00:34]:
İşxan Saqatelyan: - Ermənistanda hakimiyyət yoxdur
26/11/2020 [23:47]:
Azərbaycanla Belarus arasında birbaşa aviareyslər bərpa edilir
26/11/2020 [23:02]:
Qüdrət Həsənquliyev amnistiya təklif edir - movqe
26/11/2020 [22:34]:
Türkiyə və İranın Azərbaycandakı səfirləri görüşüb
26/11/2020 [21:53]:
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
26/11/2020 [21:06]:
Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü
26/11/2020 [20:21]:
Azərbaycan Fransaya nota verdi
26/11/2020 [19:32]:
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
26/11/2020 [18:56]:
Azərbaycanda gündəlik yoluxma sayı 3705-ə çatdı
26/11/2020 [18:19]:
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
26/11/2020 [18:10]:
Qızıl sərmayə əhəmiyyətini itirir?
26/11/2020 [17:48]:
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
26/11/2020 [17:11]:
Çavuşoğlu və NATO Baş katibi Qarabağı müzakirə etdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Fransa ilə bütün əlaqələrin kəsilməsi müzakirəyə çıxarılmalıdır
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Şəfiqə Məmmədova: “Rasim Ocaqov Milli Kinomuzun simvolikasıdır”
"Taqovı"da vandallıq - hansı dövlət qurumu məsuliyyət daşıyır?
Oktyabr ayı üzrə bütün müavinət və təqaüdlər ödənildi - rəsmi
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Bu gündən özəl sektorda çalışanların sayı 30 faizədək azaldılacaq - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin