SOCAR təlimlərini onlayn keçir

13/07/2020 [17:01] - İqtisadiyyat (377)



SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi fəaliyyətini karatin rejminin şərtlərinə uyğun qurub
Karantin rejimində SOCAR-ın digər müəssisələri kimi Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi də fəaliyyətini Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimləyir.

COVID-19 infeksiyasına yoluxma hallarının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə keçirilən tibbi-profilaktik tədbirlər çərçivəsində Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində dezinfeksiya işləri həyata keçirilir. İdarənin giriş və çıxışları, iş otaqları, dəhlizlər, konfrans və akt zalları, yeməkxana, həmçinin təlimmərkəzlərinin sinif otaqları və laboratoriyalar dezinfeksiya edilir.

İdarə əməkdaşlarının 25 faizi işə cəlb edilib. İşçilər əvvəlcə koronavirus testi verib və yalnız mənfi nəticə əldə edənlərin işə çıxmasına icazə verilib. Hər gün işə başlamazdan əvvəl işçilərin bədən hərarəti ölçülür, onlar tibbi maska ilə təmin olunurlar.

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi artıq mart ayından fəaliyyətini xüsusi rejimdə davam etdirir. 

Ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi və təhsil müəssisələrində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Tədris prosesində yaranmış fasilə dövründə tədris proqramının dinləyicilərə çatdırılması məqsədi ilə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində onlayn dərslər davam etdirilir. 
Hazırda TTSİ-nin Kadr hazırlığının təşkili mərkəzində onlayn təlimlər keçirilməsi üçün sinif otaqları ayrılıb, otaqlar lazımi texniki avadanlıqlarla təchiz edilib: Dərslər "Skype for business" proqramı vasitəsilə internet üzərindən təşkil edilir. Sistemə qoşulan hər bir dinləyici onlayn dərs zamanı müəllimi dinləməklə yanaşı, müvafiq mövzuya uyğun suallar vermək və fikir mübadiləsi aparmaq imkanına malikdır. Təlimlərin sonunda imtahanlar da distant yolla aparılır. İmtahandan uğurla keçənlər sertifikata layiq görülürlər.

SOCAR-da çalışan mühəndis-texniki işçilər üçün keçirilən təlimlər maarifləndirmə, təlimatlandırma və təkmilləşdirmə istiqamətlərində aparılır. 

Təlimlərdən İSO 9001:2015 "Keyfiyyət idarəetmə sistemi" beynəlxalq standartı, İSO 31000 - Risklərin idarə edilməsi sistemi beynəlxalq standartı, AutoCAD proqramı, İSO 14001:2015 "Ekologiya idarəetmə sistemi" beynəlxalq standartı, Neft sənayesində Əməyin mühafizəsinin Vahid İdarəetmə Sistemi, İlk tibbi yardım (Sağlamlıq, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi), "Dənizdə qəza halları və təhlükəsizliyin əsasları ilə tanışlıq", ISO/IEC 17025:2017 "Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlılığı üçün ümumi şərtlər standartı", "Beynəlxalq nəqliyyat sistemləri və logistika" və s. misal göstərmək olar. Həmçinin, Bakı Ali Neft Məktəbinin tələbələri üçün  "Peşə etikası" təlimatlandırma kursu da təşkil olunub. 

Aprel-iyun ayları ərzində 37 adda vebinar təşkil olunub, vebinarlara 5 mindən artıq dinləyici qatılıb. TTSİ tərəfindən keçirilən 32 adda onlayn təlimdə 350-dək dinləyici iştirak edib. Onlayn təlimlər davam etdirilir.
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
Xəbər lenti
03/12/2020 [10:14]:
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
03/12/2020 [09:21]:
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
03/12/2020 [01:02]:
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
03/12/2020 [00:24]:
Türkiyə Futbol Federasiyasının prezidenti koronavirusa yoluxub
03/12/2020 [00:01]:
QHT rəhbəri Azərbaycan xalqını və prezidenti təbrik etdi
02/12/2020 [23:43]:
Xəzərdə zəlzələ oldu
02/12/2020 [23:19]:
Azərbaycanda şəhid ailələrinin və qazilərin kredit borcları silindi - rəsmi
02/12/2020 [22:58]:
"Sivasspor"un prezidenti: "Qarabağ" üzərində qələbələr bizi xilas etdi"
02/12/2020 [22:26]:
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub
02/12/2020 [21:57]:
Təhsil naziri dərslərin təşkilindəki problemləri açıqlayıb
02/12/2020 [21:02]:
Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
02/12/2020 [20:13]:
Putin Belarusdakı vəziyyətdən narahatdır
02/12/2020 [19:24]:
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
02/12/2020 [18:47]:
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
02/12/2020 [18:04]:
“Uzakrota Online 2020” turizm sammitində Qarabağın turizm potensialı tanıdılıb
02/12/2020 [18:01]:
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib
02/12/2020 [17:58]:
Rusiya MN: Ermənilər məktəbləri də minalayıb
02/12/2020 [17:05]:
Çavuşoğlu: “Türkiyə həmişə Azərbaycanın ərazi bütövlüyü əsasında müzakirəli həll yolunu dəstəkləyib”
02/12/2020 [16:16]:
DİN vətəndaşlara müraciət edib
02/12/2020 [15:27]:
Dekabrın 3-ə hava proqnozu
02/12/2020 [14:34]:
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi
02/12/2020 [13:48]:
Azərbaycan bu il AÇG-dən 3,3 milyard dollardan çox gəlir əldə edib
02/12/2020 [13:04]:
10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub
02/12/2020 [13:01]:
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq - sərəncam
02/12/2020 [12:48]:
Anar Kərimov "France 24" müsahibə verib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub - rəsmi
Ankarada “Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
“Qarabağ” xal itirib - XI tur
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin