Hindistan 123-dən çox ölkəni zəruri dərman preparatları ilə təmin edib

11/07/2020 [15:02] - Dünya (221)



Hindistan COVID-19 pandemiyasının yaratdığı böhranı fürsətə çevirmək üçün müxtəlif səylər göstərir. 

Hindistanın ölkəmizdəki Səfirliyindən İstiqlal.az saytına bildiriblər ki, Baş nazir Şri Narendra Modi xalqa müraciətində COVID-19 böhranının fürsətə çevirməyin vacibliyini vurğulayıb və özünə güvənən Hindistanı (Atmanirbhar India) qurmaq istəyini bir daha təsdiqləyib.

Hindistan peyvəndlər, plazma terapiyası, dərman müalicəsi, COVID-19 pandemiyası üçün ehtiyac duyulan tibbi cihazlar üzərində işləyir. Hindistan şirkətləri - Bharat Biotech və Zydus Cadila tərəfindən hazırlanan COVAXIN və ZyCov-D adlı iki yerli inkişaf etdirilmiş COVID-19 peyvəndi bu ay 1-ci və 2-ci mərhələlərinin sınaqlarından keçirilməsi üçün təsdiq edilib. Hindistan 123-dən çox ölkəni zəruri dərman preparatları ilə təmin edib və Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatının (SAARC) COVID-19 fondunu yaradıb.  Eyni zamanda COVID-19 pandemiyasının tədqiqatı və inkişafı üzrə, həmçinin tibbi məhsullar, əsas məhsulların ticarəti, məlumat mübadiləsi də daxil olmaqla bir sıra istiqamətlərdə qlobal miqyasda tərəfdaşdır.

Biznes və investisiya yönümlü artımı təşviq etmək, investisiya və ticarət islahatlarına imkan yaratmaq və minerallar, müdafiə, kosmos, atom enerjisi, mülki aviasiya, kömür və kənd təsərrüfatı sahələri üzrə bir investisiya məkanı olaraq Hindistanın öz qapılarını açması istiqamətində bir sıra meyarlar qəbul edilib. "Özünə güvən" ideyası beş sütun hesab edilən iqtisadiyyat, infrastruktur, sistem, demoqrafiya və tələb meyarına əsaslanaraq iqtisadiyyat yönümlü qloballaşmaya qarşı insan yönümlü qloballaşmanın davam edən diskussiyası ilə əlaqədar inkişaf edib. İnvestisiyaların cəlb edilməsi məqsədilə təqribən 265 milyard ABŞ dolları dəyərində büdcə Hindistanın ticarət və investisiya üçün ideal bir məkan olması istiqamətində ayrılıb və sürətli investisiya qoyuluşu üçün bir çox siyasi islahatları aparılır.

Fermerlər üçün kənd təsərrüfatı məhsullarını birbaşa istehlakçıya satan satış infrastrukturu fondunun yaradılması, taxıl, yeməli yağlar, paxlalılar, soğan və kartof ilə bağlı məhdudlaşdırıcı şərtləri azaltmaqla və  ehtiyat limitini aradan qaldırmaqla zəruri məhsullar üzrə Aktda dəyişikliklərin edilməsi; fermerlərin məhsullarını sata bilməsi üçün kənd təsərrüfatı üzrə satış islahatları; kənd təsərrüfatı məhsulları ilə maneəsiz ştatlararası ticarətin həyata keçirilməsinə icazə verilməsi və fermerlərin məhsulçular, aqreqatorlar, iri pərakəndə satıcılar və ixracatçılarla birbaşa əlaqələrini asanlaşdırmaq üçün müqavilə əkinçiliyinin hüquqi bazasını təmin etmək kimi  müxtəlif meyarların qəbul edilməsi ilə kənd təsərrüfatı sektoruna təkan verilib.

Özəl sektora investisiya qoyuluşunun təşviq edilməsi, KOBİ-lərin, biznesin asanlaşdırılmasının artırılması, yeni bir dövlət sektoru müəssisə siyasəti, Hindistan Ehtiyat Bankı tərəfindən müxtəlif sektorların likvidliyini artırmaq və kredit və dövriyyə kapitalı xərclərini azaltmaq və dövlət səviyyəsində islahatların stimullaşdırılması üçün yardım tədbirləri kimi  bir neçə təşəbbüs elan olunub. Digər vacib bir siyasət qərarı, tibbi izotopların istehsalı üçün kosmik fəaliyyətlərdə və Atom Enerjisindəki Dövlət Şəxsi Tərəfdaşlığında (PPP) fərdi iştiraka icazə vermək və qidaların qorunması üçün şüalanma texnologiyasından istifadə etməkdir. Mülki aviasiya istiqamətində səmərəli idarəetmə yolu ilə Hindistan təyyarə baxımı və təmiri (MRO) üzrə qlobal bir mərkəz olmağa hazırlaşır. Bütün bu proaktiv tədbirlər Hökümətin qeyri-müəyyən vaxtlarda iqtisadi tərəqqiyə nail olmaq istəyini təsdiqləyir.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
14/08/2020 [23:58]:
Koronavirusun atipik simptomları məlum olub
14/08/2020 [21:40]:
Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib
14/08/2020 [20:46]:
Qalata qülləsində aparılan bərpa işləri mütəxəssislərin nəzarətindədir
14/08/2020 [18:28]:
PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"
14/08/2020 [17:55]:
COVID-19 virusuna yoluxma ehtimalı qan qrupundan asılıdır
14/08/2020 [17:22]:
Tovuz hadisələri Ermənilərin yaratdığı hərbi təxribatdır…
14/08/2020 [16:50]:
Ermənistan silah istehsalçılarının poliqonudur
14/08/2020 [16:47]:
Azərbaycanda ÜDM-in həcmi 3%-ə yaxın azalıb
14/08/2020 [16:19]:
Serbiya hökumətinin addımı Azərbaycan tərəfindən birməmalı qarşılanmadı
14/08/2020 [16:00]:
Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
14/08/2020 [15:49]:
Ermənistanın silahlanmasında digər dövlətlərin dəstəyi
14/08/2020 [15:24]:
Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək
14/08/2020 [15:14]:
Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər
14/08/2020 [15:03]:
Dostumuz kim, düşmənimiz kim?
14/08/2020 [15:00]:
Paşinyan BBC-də biabır oldu - Video
14/08/2020 [14:37]:
İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
14/08/2020 [13:22]:
Çin Mayk Pompeonu “siyasi virus” yaymaqda ittiham edib
14/08/2020 [12:49]:
Ərdoğandan sərt mesaj: "Makron kimilər..."
14/08/2020 [12:18]:
Rusiyanın hazırladığı peyvənd ən azı iki il koronavirusdan qoruyacaq
14/08/2020 [11:55]:
Təcavüzkar və terrorist ölkə Ermənistana hərbi yardım edən dövlətlər
14/08/2020 [11:44]:
Ağacların dibinin betonlanması ilə bağlı yayılan məlumatlara Nəsimi RİH CAVAB VERDİ
14/08/2020 [11:39]:
Ermənistanın silahlanması
14/08/2020 [11:36]:
Neymar Messinin rekordunu yeniləyib
14/08/2020 [11:22]:
Ermənistana satılan silahlar...
14/08/2020 [11:16]:
ABŞ mediası: "Tramp artıq Pentaqon rəhbərini dəyişdirməyi beyninə qoyub"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
Kitabların saxlancı – qeyri-adi kitab rəfləri
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Yardım kampaniyası davam edir
Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin