“Mayası xəyanətdən yoğrulmuşlar sadəlöhvcəsinə düşünürlər...”

11/07/2020 [10:19] - Siyasət (245)



Qüdrət Həsənquluyev: “Tarixdə prezidentinə və dövlətinə xəyanət etmiş qiyamçı qara polkovnik kimi qalan Sürət isə Rüstəm İbrahimbəyovdan 20 il əvvəl istifadə olunub və kənara atılıb”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev “Xalq cəbhəsi” qəzetinə açıqlamasında son vaxtlar, xüsusilə də Sürət Hüseynovun fəallaşmasından sonra guya Rusiyanın Azərbaycanda hansısa qüvvələri fəallaşdırdığı,Vilayət Eyvazovun çevriliş edəcəyi barədə yayılan şaiyələrin səbəbləri barədə danışıb.

Bu kimi şaiyələri yayanların əsasən ermənilər və onların xarici ölkələrdəki havadarları olduğunu deyən BAXCP sədri qeyd edib ki, onlar Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirəcəyindən qorxurlar və bunun qarşısını almaq üçün cəmiyyətdə çaşqınlıq yaradıb başımızı özümüzə qatmaq istəyirlər: “Bu informasiya müharibəsidir. Təəssüf ki, daxildə bu işdə onlara bilərəkdən və ya bilməyərəkdən kömək edən hakimiyyətə susamış, arzularına çatmaq üçün hər cür xəyanətə və şeytanla əməkdaşlığa belə hazır olan, nifrətin kor edib sağlam düşüncədən məhrum etdiyi insanlar da var. Onlar düşünürlər ki, bu üsulla ölkədə siyasi böhran yaradıb arzularına çata bilərlər. Gözəl anlayırlar ki, onların bu istəklərinin qarşısında ən böyük maneələrdən biri Vilayət Eyvazovdur və ona görə də mayası xəyanətdən yoğrulmuşlar sadəlöhvcəsinə düşünürlər ki, bu yolla ona qarşı etimadsızlıq yaradıb yolları üzərindən götürə bilərlər”.

Qüdrət Həsənquliyev Azərbaycanın 1993-cü ildəki kimi 2 yaşlı, ilk müstəqil addımlarını atan kövrək bir dövlət deyil, 29 yaşlı gənc bir dövlət olduğunu xatırladıb: “Bu dövlətin başında isə böyük idarəetmə təcrübəsi olan Prezident dayanır. Azərbaycanda dövlət və vətəndaş cəmiyyəti institutları artıq oturuşub və onlar ölkəni istənilən xəyanətdən qorumaq gücündədir. Ölkədə təhlükəsizliyə, ictimai asayişin qorunmasına, qanunun aliliyinin təmin edilməsinə cavabdeh olan dövlət orqanları hər hansı təxribatların qarşısını istənilən şəraitdə və şərtlər altında qətiyyətlə almaq gücündədirlər. Bundan başqa 1993-cü il dövlət çevrilişinin acılarını yaşamış xalqımız belə fikrə düşənləri heç zaman əhv etməz. Bunu Azərbaycanda marağı olan dövlətlər də yaxşı başa düşürlər. Rusiyadakı bəzi dairələr 2013-cü ilin Prezident seçkiləri zamanı ziyalı cildində ən "nüfuzlu" əlaltılarından olan Rüstəm İbrahimbəyovdan və onun yaratdığı “Milli Şura”dan Azərbaycana təzyiq məqsədilə siyasi təxribatlar törətmək üçün istifadə etmək fikrinə düşdü, amma çox tezliklə anladılar ki, heç nə alınan deyil və dövlətlərinin marağını təmin etməyin ən yaxşı yolu Azərbaycanın rəsmi hakimiyyəti ilə qarşılıqlı hörmətə söykənən əməkdaşlıqdır. Bundan sonra artıq istifadə olunmuş Rüstəm İbrahimbəyov və onun kimi bəziləri kənara tullanıldı.

Tarixdə prezidentinə və dövlətinə xəyanət etmiş qiyamçı qara polkovnik kimi qalan Sürət isə Rüstəm İbrahimbəyovdan 20 il əvvəl istifadə olunub və kənara atılıb. Ona görə də narahat olmamalı, amma ayıq-sayıq olmalıyıq. Dövlətimizin əbədi olması üçün tariximizi yaxşı öyrənməli, ondan dərs götürməliyik”.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
14/08/2020 [23:58]:
Koronavirusun atipik simptomları məlum olub
14/08/2020 [21:40]:
Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib
14/08/2020 [20:46]:
Qalata qülləsində aparılan bərpa işləri mütəxəssislərin nəzarətindədir
14/08/2020 [18:28]:
PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"
14/08/2020 [17:55]:
COVID-19 virusuna yoluxma ehtimalı qan qrupundan asılıdır
14/08/2020 [17:22]:
Tovuz hadisələri Ermənilərin yaratdığı hərbi təxribatdır…
14/08/2020 [16:50]:
Ermənistan silah istehsalçılarının poliqonudur
14/08/2020 [16:47]:
Azərbaycanda ÜDM-in həcmi 3%-ə yaxın azalıb
14/08/2020 [16:19]:
Serbiya hökumətinin addımı Azərbaycan tərəfindən birməmalı qarşılanmadı
14/08/2020 [16:00]:
Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
14/08/2020 [15:49]:
Ermənistanın silahlanmasında digər dövlətlərin dəstəyi
14/08/2020 [15:24]:
Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək
14/08/2020 [15:14]:
Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər
14/08/2020 [15:03]:
Dostumuz kim, düşmənimiz kim?
14/08/2020 [15:00]:
Paşinyan BBC-də biabır oldu - Video
14/08/2020 [14:37]:
İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
14/08/2020 [13:22]:
Çin Mayk Pompeonu “siyasi virus” yaymaqda ittiham edib
14/08/2020 [12:49]:
Ərdoğandan sərt mesaj: "Makron kimilər..."
14/08/2020 [12:18]:
Rusiyanın hazırladığı peyvənd ən azı iki il koronavirusdan qoruyacaq
14/08/2020 [11:55]:
Təcavüzkar və terrorist ölkə Ermənistana hərbi yardım edən dövlətlər
14/08/2020 [11:44]:
Ağacların dibinin betonlanması ilə bağlı yayılan məlumatlara Nəsimi RİH CAVAB VERDİ
14/08/2020 [11:39]:
Ermənistanın silahlanması
14/08/2020 [11:36]:
Neymar Messinin rekordunu yeniləyib
14/08/2020 [11:22]:
Ermənistana satılan silahlar...
14/08/2020 [11:16]:
ABŞ mediası: "Tramp artıq Pentaqon rəhbərini dəyişdirməyi beyninə qoyub"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
Kitabların saxlancı – qeyri-adi kitab rəfləri
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Yardım kampaniyası davam edir
Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin