Azərbaycan da Rusiya kimi maska rejimini ləğv edə bilərmi?

11/07/2020 [12:14] - Siyasət (242)



İyulun 13-dən etibarən Rusiyanın paytaxtı Moskvada məcburi qoruyucu maska rekimi ləğv olunacaq. Rusiya mətbuatının yazdığına görə, bu barədə Moskva meri Sergey Sobyanin sosial şəbəkədə məlumat yayıb. O, qeyd edib ki, artıq iyulun 13-dən Moskva küçələrində maskasız gəzmək mümkün olacaq. Bununla yanaşı Moskva meri sosial məsafə tələbinin hələ də qüvvədə qaldığını vurğulayıb.

“13 iyul 2020-ci il tarixindən küçələrdə vətəndaşlara maskadan, repirator və digər qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur. Küçələrdə məcburi maska rejimi isə ləğv olunur”, - deyə o qeyd edib.

Məcburi maska rejiminin ləğvinin ardından isə Rusiya sentyabrın 1-dən məktəblərin açılmasına hazırlaşacaq. Belə ki, qərara əsasən məktəblər bundan əvvəl olduğu kimi öz vaxtında, yəni sentyabrın 1-də açılacaq.

Son bir neçə gündə Azərbaycanda koronavirusa yoluxanların sayın qismən də olsa stabilləşmə var. Bəs Rusiyadan sonra ölkəmizdə də məcburi maska rejimi ləğv oluna, dərslər öz vaxtında başlaya bilərmi?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb: “Məlum olduğu kimi, Azərbaycanda mart ayından etibarən tədris prosesi dayandırılıb və bu ölkə ərazisində koronavirusa yoluxmanın qarşısını almaq üçün atılan addımlardan biri idi. Bu gün ölkədə təhsil ətrafında birləşən əhalinin ümumi sayı ölkə üzrə ümumi vətəndaşların sayından dəfələrlə çoxdur. Ona görə də hesab edirəm ki, atılan addımlar uğurludur. Tədris prosesinin dayanması təbii ki, bütün təhsil alanlara çox ciddi mənfi təsir göstərdi. Artıq ali məktəblərə qəbul prosesi başlayıb. Lakin karantin rejimi olan yerlərdə imtahanların keçirilməməsi şagirdlər arasında çox cidd psixoloji problem və narahatlıq yaradıb”.

Kamran Əsədov: Bu gün ölkəmizdə 5 minə yaxın xarici ölkələrdən ...

Kamran Əsədov: “Sentyabr ayında dərslərə başlamaq mümkündür”

Təhsil eksperti qeyd edib ki, fərqli növbəlilik sistemi ilə Azərbaycanda da sentyabrda dərslərə başlamaq mümkündür: “Qeyd edim ki, yeni tədris ilinə bir çox ölkələr yeni qayda ilə başlayır. Hesab edirəm ki, Azərbaycanda da yeni tədris ili sentyabr ayında başlaya bilər. Burada dünya təcrübəsindən yaralanmaq lazımdır. Belə ki, Azrəbaycanda 4447 ümumi orta təhsil müəssisəsində 1,6 milyon şagirdin hamısı heç də hamısı eyni vaxtda dərsə başlamamalıdır. Burada dərslərin növbəliliyi prinsipinə müraciət etmək lazımdır. Növbə də 3 formada olmalıdır. I-III-V günlərdə orta ümumi təhsil məktəblərinin 1-5-7-9-cu siniflərində təhsil alan şagirdlər, digər II-IV-VI günlərdə isə digər şagirdlər dərsə gəlməlidirlər. Bu zaman məktəblərdə dərslərin başlanma vaxtı da müxtəlif olmalıdır. Yəni, dərslər əvvəlki kimi 5-6 saat deyil, maksimum 2-3 saata qədər olmalıdır. Beləliklə, 3 növbəli dərs prosesi tətbiq edilə bilər. Səhər saat 8:00-dən 11:00-a qədər bir qrup, məsələn, ibtidai sinif şagirdləri, daha sonra növbə ilə digər şagirdlərin maska taxıb, sosial məsafə gözləməklə dərslərə başlaması mümkündür. Artıq Rusiya, Türkiyə sentyabrda dərslərə başlayacağını elan edib. Gürcüstanda isə iyulun 7-dən peşə təhsil müəssisələri fəaliyyətə başlayıb. Azərbaycan da sentyabr ayında qeyd etdiyim formada dərslərə başlaya bilər”

Sərdar Cəlaloğlu: “Qadının özbaşınalıq hüququ yoxdur, ərə tabe ...

Sərdar Cəlaloğlu: “Maskanı uzun müddət taxmaq ziyandır”

İxtisasca həkim olan ADP sədri Sərdar Cəlaloğlu isə qeyd edib: “Əgər Azərbaycanda da yoluxma sayında stabilləşmə baş verərsə, əlbəttə ki, yumşaldıcı tədbirlər görüləcək. Əksinə, vəziyyət getdikcə ağırlaşarsa, hətta deyərdim ki, daha da sərt tədbirlərə getmək lazımdır. Yəni hər şey xalqın müdafiəsi üçündür”.

Əlcək və maska taxmaq məcburidirmi?

Sərdar Cəlaloğlu ölkəmizdə də yaxın vaxtlarda pandemiya ilə bağlı stabilləşmə ola biləcəyini dedi: “Dünyadakı prosesləri izləyirik. Şahidi oluruq ki, bir çox ölkələrdə, o cümlədən qonşu Türkiyədə vəziyyət stabilləşib. Buna uyğun demək olar ki, Azərbaycanda da yaxın günlərdə vəziyyət stabilləşəcək. Lakin onun da şahidi oluruq ki, ölkələrdə təkrar yoluxma sayı artır, yenidən sərt qaydalar tətbiq edilir və sairə. Bu baxımdan heç kəs dəqiq proqnoz verə bilmirik ki, bizi qarşıda hansı vəziyyət gözləyir. Əgər etinasızlıq, məsuliyyətsizlik baş verərsə, virusun nəinki ikinci, hətta üçüncü dalğası olacaq. Ona görə də əgər məsuliyyətli şəkildə özümüzü bu virusdan qorusaq, düzgün qaydada müalicəmizə davam etsək, vəziyyətin stabilləşməsinə baxmayaraq yenə də sosial məsafə saxlasaq, maska taxsaq təhlükə aradan qalxar”.

Sərdar Cəlaloğlu onu da qeyd etdi ki, uzun müddətli maska taxmağın özünün də orqanizmə ziyanı var: “Maskanı uzun müddət taxmaq ziyandır. Çalışmaq lazımdır ki, zəruri yerlərdə maska taxılsın. Daha sonra maskanı dərhal çıxartmaq lazımdır. Çünki maska tənəffüzü 30-40 faiz məhdudlaşdırır, oksigenlə təchizatı aşağı salır”.

musavat
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
14/08/2020 [23:58]:
Koronavirusun atipik simptomları məlum olub
14/08/2020 [21:40]:
Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib
14/08/2020 [20:46]:
Qalata qülləsində aparılan bərpa işləri mütəxəssislərin nəzarətindədir
14/08/2020 [18:28]:
PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"
14/08/2020 [17:55]:
COVID-19 virusuna yoluxma ehtimalı qan qrupundan asılıdır
14/08/2020 [17:22]:
Tovuz hadisələri Ermənilərin yaratdığı hərbi təxribatdır…
14/08/2020 [16:50]:
Ermənistan silah istehsalçılarının poliqonudur
14/08/2020 [16:47]:
Azərbaycanda ÜDM-in həcmi 3%-ə yaxın azalıb
14/08/2020 [16:19]:
Serbiya hökumətinin addımı Azərbaycan tərəfindən birməmalı qarşılanmadı
14/08/2020 [16:00]:
Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
14/08/2020 [15:49]:
Ermənistanın silahlanmasında digər dövlətlərin dəstəyi
14/08/2020 [15:24]:
Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək
14/08/2020 [15:14]:
Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər
14/08/2020 [15:03]:
Dostumuz kim, düşmənimiz kim?
14/08/2020 [15:00]:
Paşinyan BBC-də biabır oldu - Video
14/08/2020 [14:37]:
İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
14/08/2020 [13:22]:
Çin Mayk Pompeonu “siyasi virus” yaymaqda ittiham edib
14/08/2020 [12:49]:
Ərdoğandan sərt mesaj: "Makron kimilər..."
14/08/2020 [12:18]:
Rusiyanın hazırladığı peyvənd ən azı iki il koronavirusdan qoruyacaq
14/08/2020 [11:55]:
Təcavüzkar və terrorist ölkə Ermənistana hərbi yardım edən dövlətlər
14/08/2020 [11:44]:
Ağacların dibinin betonlanması ilə bağlı yayılan məlumatlara Nəsimi RİH CAVAB VERDİ
14/08/2020 [11:39]:
Ermənistanın silahlanması
14/08/2020 [11:36]:
Neymar Messinin rekordunu yeniləyib
14/08/2020 [11:22]:
Ermənistana satılan silahlar...
14/08/2020 [11:16]:
ABŞ mediası: "Tramp artıq Pentaqon rəhbərini dəyişdirməyi beyninə qoyub"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
Kitabların saxlancı – qeyri-adi kitab rəfləri
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Yardım kampaniyası davam edir
Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin